çərşənbə günü, 25 noyabr 2026
     

"Azərbaycan kimi nadir müsəlman ölkəsinə rast gəlmək olar ki, millət vəkili ucadan bu sözləri deyə bilsin..."

Image


Fransada nəşr edilən "Dieney" (Elzasın Son Xəbərləri) qəzeti Azərbaycan haqqında iri məqalə dərc edib. "Azərbaycan avropalıların ittihamlarından qıcıqlanıb" adlı məqaləni xüsusi müxbir Jak Fortye qələmə alıb. Məqaləni qısa ixtisarla çap edirik.
"Bazar ertəsi Azərbaycan parlamenti sentyabr ayının 10-da bu Qafqaz ölkəsində insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən Avropa Parlamenti ilə bütün əlaqələrini dayandırmaq haqda qərar qəbul edib. Avropa Parlamentinin qətnaməsinə cavab olaraq, rəsmi Bakı Avropanın Dağlıq Qarabağın işğalını və bir milyon qaçqın və məcburi köçkünü unutmasından təəssüfləndiyini bildirib.
"Bizə dərs keçən Avropa 130 min qaçqın problemini həll etmək iqtidarında deyil, biz isə artıq bir milyon qaçqın qəbul etmişik" - Azərbaycan parlamentinin sədri Oqtay Əsədov açıq şəkildə bildirib. Bu hiddətin səbəbi Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədir. Qətnamədə Avropa Şurasının üzvü olan bu ölkədə insan haqlarının pozulmasından təəssüf hissi ifadə olunur. Parlament siyasi məhbusların əksəriyyətinin azad olunmasını tələb edir.

İkili standartlar?

Beləliklə, bazar ertəsi Azərbaycan parlamenti Strasburqdakı assambleya, həmçinin Avropa Parlamenti ilə Mərkəzi Avropa və Qafqazın yeddi ölkəsinin birgə orqanı olan Avronest ilə bütün əməkdaşlığı dayandırmaq haqda qərar qəbul edib.
Bakıda hakimiyyət nümayəndələri fərqli nazirliklərdə təkrar olunan və öncədən öyrənilmiş üslubdan istifadə edərək, ikili standartların mövcud olduğunu bildirir. "Bizi hüquq pozuntusu törətmiş iki, üç şəxsin saxlanmasına görə qınayırlar, lakin ərazilərimizin 20 faizinin işğalı və bunun nəticəsində 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi heç kimi maraqlandırmır" - iqtisadiyyat və sənaye nazirinin müavini Sahil R.Babayev hiddətlə qeyd edir. Burada 1988-1994-cü illər arasında davam etmiş müharibə nəticəsində ermənilərin suverenliyi altına düşmüş Dağlıq Qarabağ və ətrafındakı yeddi rayona işarə edilir. Bugünlərdə Bakıda səfərdə olmuş Fransanın Aşağı Reyn departamentindən senator və Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Andre Rişar da bu məsələni dəfələrlə təkrar edib.
"Biz problemlərin mövcud olduğunu rədd etmirik" - qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin rəhbəri, baş nazirin müavini Əli Həsənov qeyd edir və "illər sonra həll yolunun tapıldığını" bildirir. O "amerikan riyakarlığını", "erməni lobbisinin Avropadakı təsirini", "Rusiyanın postsovet ölkələri üzərindəki nəzarətini" tənqid edir. "Azərbaycan istisna olmaqla" - baş nazirin müavini bu məqamı dəqiqləşdirir.
Azərbaycan hökuməti, xoşməramlı addım olaraq, Fransa parlamentinin üzvləri Andre Rişar və Natali Qulenin Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə birlikdə həbsdə olan üç tanınmış məhbus - insan hüquqları üzrə fəal Leyla Yunus, vəkillər Rəsul Cəfərov və İntiqam Əliyevə baş çəkməsinə icazə verib.

Nadir tapılan dini azadlıq

Azərbaycan tənqidlərin qarşısını almaq üçün, ilk növbədə, özünün dini tolerantlığını təbliğ edir. Dini tolerantlığın həqiqətən real olduğu görünür ki, bu da müsəlman ölkəsinə xas olan cəhət deyil.
Qırmızı kərpiclərdən tikilmiş sinaqoqa girmək üçün ayaqqabıları çıxarmaq lazımdır. Azərbaycanın şimalında, Qubada yerləşən Qırmızı Qəsəbədə bu nadir adət qorunub saxlanıb. Qırmızı Qəsəbədə 5-6 min yəhudi yaşayır və onlar əhalisinin 95 faizi müsəlman olan ölkənin ən güclü icmasıdır. Onların rəhbərləri əminliklə təsdiq edirlər: yəhudilər bu ölkədə yaxşı yaşayır, müsəlman qonşuları və hakimiyyət qurumları ilə yaxşı münasibətlərə malikdirlər.
"Avropada dezinformasiya xarakterli məlumatlar olduqca çoxdur" - Yevda Abramov hiddətlə bildirir. "Sovet hakimiyyəti dövründə bütün dinlər təqib olunurdu. Müstəqillik qazanıldıqdan sonra isə bu artıq belə deyil: sinaqoqlarımızı özümüzə qaytarıblar və biz dinc şəkildə öz dinimizə etiqad edirik".
Azərbaycan parlamentinin deputatı olan cənab Abramov eyni zamanda insan hüquqları komitəsinin sədr müavinidir. O, sinaqoqda Tövratın qədim əlyazmalarını göstərir: "Sovet hakimiyyəti dövründə yəhudi ailələri bu əlyazmaları gizli saxlayırdı" - icma üzrə məsul olan şəxslərdən biri izah edir.

"Dağ yəhudiləri"

Bu şənbə axşamı yəhudi təqvimi üzrə yeni il olan Roş Ha-Şana qeyd ediləcək. Burada İsrailin "itkin düşmüş tayfalarının" törəmələri və ya İrandan gəlmələr adlandırılan "dağ yəhudiləri"bayrama hazırlaşır. Müsəlman icması artıq öz təbriklərini göndərib.
Bakıdan 170 km aralıda, dənizin sahilindəki böyük mehmanxanada Roş Ha-Şana bayramının şərəfinə paytaxtda yaşayan yəhudilər üçün rəsmi qəbul, dini ayin və şam yeməyi təşkil olunub. İslam və xristian dininin yüksək səviyyəli təmsilçiləri də qonaqlar arasındadır ki, burada xristianlığı rus pravoslav kilsəsi təmsil edir.
Bununla belə, onlar bu mərasimə ona görə birlikdə gəliblər ki, Parisdə, Buksvilldə, sonra isə Strasburqda (Elzasın Son Xəbərləri, 8 sentyabr) Elzas regionunun dinlərarası komitəsində Bakıdakı dini naharlarda bal, alma, balıq və narı bir-biri ilə paylaşdıqlarını təsdiq etsinlər.
Sovet sosializminin 70 illik dövrü ərzində din durğunluq vəziyyətində idi ki, bu da, görünür, hazırkı dini azadlığın və konfessiyalar arasındakı xoş münasibətlərin səbəblərindən biridir. Fransalı müşahidəçinin fikrincə, bunun digər səbəbi isə Azərbaycandakı islamın mötədil, qeyri-məcburi və dünyəvi xarakterli"olmasıdır.
Əslində, hətta Bakıda islamın gücü çoxsaylı məscidlərdə və xüsusən tikintisi keçən il başa çatmış və dörd minarəsi şəhərin üzərində 95 metr hündürlüyə yüksəlmiş məsciddə təcəssüm olunursa da, hicablı qadınlara nadir hallarda rast gəlmək olar. Burada insanlar Qərb ölkələrindəki kimi geyinir. Heç kim spirtli içki qəbul etməkdən çəkinmir.
Dini etiqad azadlığı həm də etiqadın olmaması deməkdir. Nadir hallarda belə müsəlman ölkəsinə rast gəlmək olar ki, onun tanınmış deputatı və parlamentinin beynəlxalq münasibətlər komitəsinin üzvü olan Cavanşir Feyziyev açıq şəkildə və ucadan bəyan etsin: "Mən ateistəm və öz övladlarımı da ateist kimi tərbiyə edirəm, lakin dinlərə hörmət edirəm".

Neftin qiyməti aşağı düşür? "Biz buna adət etmişik"

Avropa neftin qiymətinin aşağı düşməsinə sevinirsə, Bakıda bu məsələyə daha təmkinli münasibət göstərilir. 19-cu əsrdə dünyanın ilk neft istehsalçısı olmuş Azərbaycanın iqtisadiyyatı əsasən karbohidrogen və qaz ehtiyatlarından asılıdır. Sovet dövrünün keçmiş dövlət neft konqlomeratının bazasında 1992-ci ildə yaradılmış ARDNŞ bütün dünyaya neft ixrac edir. Enerji sektoru ümumdaxili məhsulun, demək olar ki, yarısını təmin edir.
"Biz neftin qiymətinin yuxarı qalxmasına və aşağı düşməsinə adət etmişik"- ARDNŞ-nin marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov fəlsəfi şəkildə fikir bildirib. "Bilirsiniz, bolşeviklər 1920-ci ildə Bakıya daxil olanda neftin dünya qiyməti qat-qat yuxarı idi! Mən işğaldansa, neftin qiymətinin aşağı düşməsinə üstünlük verirəm". Elşad Nəsirov gizlətmir: "Neftin qiyməti aşağı düşəndə biz layihələri ixtisar edir və ya təxirə salırıq". Yeni yataqların istismarı və ya Qafqazdan Türkiyə vasitəsilə Avropaya uzanacaq Cənub Qaz Dəhlizi də belə layihələrdəndir.

Elzas turizm və iqtisadi əlaqələri inkişaf etdirməyə ümid bəsləyir

11-15 sentyabr tarixlərində Azərbaycana səfər etmiş fransız nümayəndə heyətinin tərkibinə Elzasdan iki "missioner" də daxil idi. İqtisadiyyat sahəsində Fortwenger de Gertwiller biskvit fabrikinin səlahiyyətli nümayəndəsi və ərzaq sənayesi regional assosiasiyasının (ARİA) baş katibi Jerar Riş distribyutor müəssisələr və mehmanxana şəbəkələri ilə əlaqə qurub. Turizm sahəsində Elzas regionunun və Təbliğat Agentliyinin (AAA) vitse-prezidenti Mari-Ren Fişer turizm operatorları və mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qarşısında çıxış edib. Hökumət nümayəndələri, xüsusilə Azərbaycana səfər etmək üçün vizaların alınması prosesinin sadələşdirildiyi haqda məlumat verib".
Baki-xeber.com






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ