Cümə günü, 31 iyul 2026
     

Trampın İranı güc tətbiqilə hədələməsi - beynəlxalq hüquqla cinayət sayılan əmələ qiymət veriləcək?..

Image


Şəmsəddin Əliyev: "Belə hallarda beynəlxalq hüquq çərçivəsində xüsusi məsuliyyət rejimi tətbiq olunur"

Məlum olduğu kimi, Donald Trump İranla bağlı bir sıra sərt bəyanatlar səsləndirib. Məsələn, o deyib ki, “bu gecə bütöv bir sivilizasiyanı məhv edəcəyik”, “İranı yerlə bir edəcəyik”, “İranı daş dövrünə qaytaracam” və s. Beynəlxalq hüquqda “güc tətbiqi ilə hədələmə” cinayət maddəsi mövcuddur. Eyni zamanda, Trampın biədəb ifadələrlə iranlıları aşağılamaq və İran xalqını təhqir etmək faktları da var.

Beynəlxalq hüquq baxımından, Trampın İranla bağlı bu cür bəyanatlarına gələcəkdə hüquqi qiymət verilə bilərmi? Hansı şərtlər altında belə bəyanatlar məsuliyyət yarada bilər?

Beynəlxalq hüquq baxımından Donald Trump kimi dövlət başçılarının sərt bəyanatları xüsusi şərtlərə görə qiymətləndirilə bilər. Sadəcə sözlərlə edilən hədələr adətən cinayət məsuliyyəti yaratmır, amma əgər bu bəyanatlar real hərbi əməliyyat imkanları ilə birləşirsə, “güc tətbiqi ilə hədələmə” çərçivəsində beynəlxalq tribunal və ya Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırıla bilər. Təhqir və aşağılayıcı ifadələr isə birbaşa hüquqi məsuliyyət doğurmur, amma insan hüquqları və diskriminasiyaya qarşı beynəlxalq standartlar kontekstində siyasi və diplomatik tənqid obyektinə çevrilə bilər. Ümumilikdə, belə bəyanatlar daha çox siyasi, diplomatik və tarixi qiymətləndirmə üçün əsas yaradır, hüquqi məsuliyyət yalnız bəyanatların əməli addımlar və real təhdid potensialı ilə birləşdiyi halda yaranır.

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər” qəzetinə bildirib ki, beynəlxalq hüquq hamılıqla tanınan normalara əsasən dövlətlərarası münasibətləri tənzimləmək üçün qarşılıqlı razılaşma əsasında yaradılan hüquq normalarının məcmusudur. Onun sözlərinə görə, beynəlxalq hüququn ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu normalar dövlətlər tərəfindən ümumi şəkildə qəbul olunur və hər bir dövlət üzərinə götürdüyü öhdəlikləri vicdanla, onlara xələl gətirmədən yerinə yetirməlidir.

Ekspert qeyd edir ki, beynəlxalq hüququn əsas prinsipləri beynəlxalq münasibətləri tənzimləyən və dövlətlərin davranışlarını istiqamətləndirən normativ əsaslardır. Onlardan ən vacib 10 prinsipi aşağıdakılardır:

Dövlətlərin suverenliyinə hörmət prinsipi

Dövlətlərin bərabərliyi prinsipi

Ərazi bütövlüyünə hörmət prinsipi

Dövlətlərin daxili işlərinə qarışmama prinsipi

Mübahisələrin dinc yolla həlli prinsipi

Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi

Beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipi

Hüquqi bərabərlik və ədalət prinsipi

İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi

Dövlətlər arasında əməkdaşlıq və davamlı inkişaf prinsipi

Onun sözlərinə görə, 1975-ci ilə qədər bu prinsiplərin sayı 7 idi. Həmin il Helsinki Yekun Aktı qəbul edildi və bununla da prinsiplərin sayı 10-a çatdırıldı. Əlavə edilən prinsiplər əsasən insan hüquq və azadlıqları ilə bağlı idi. Bu prinsiplər sırasında “güc tətbiq etməmək”, “mübahisələrin dinc yolla həlli”, “daxili işlərə qarışmama” və “hüquqi bərabərlik və ədalət” prinsipləri ilk qəbul edilən fundamental prinsiplər sırasına daxildir.

Ekspertin fikrincə, İranla bağlı son hadisələrdə yalnız ABŞ deyil, koalisiyada iştirak edən digər dövlətlər də “güc tətbiq etməmək” prinsipini pozublar. O bildirir ki, bu cür hallarda beynəlxalq hüququn əsas prinsiplərinin pozulması bir neçə dövlət tərəfindən eyni vaxtda həyata keçirilə bilər və bu da onların birgə məsuliyyətini yaradır.

Ş.Əliyev bildirir ki, BMT Baş Assambleyasının 1974-cü ildə qəbul etdiyi qətnaməyə əsasən “güc” dedikdə bir dövlətin digər dövlətə qarşı hərbi vasitələrlə təzyiq göstərməsi başa düşülür. Bəzi hüquqi ədəbiyyatlarda isə bu anlayış daha geniş şərh olunaraq iqtisadi və ideoloji təsir vasitələrini də əhatə edir.

Bu prinsipə görə aşağıdakı hallar beynəlxalq hüquqa zidd hesab olunur:

- başqa dövlətin ərazi bütövlüyünü pozmaq məqsədilə güc tətbiqi

- beynəlxalq mübahisələrin, o cümlədən ərazi və sərhəd mübahisələrinin güc yolu ilə həllinə cəhd

- güc tətbiqi ilə hədələmə

- qeyri-nizami silahlı qüvvələrdən istifadə.

Bu kimi hallarda dövlət beynəlxalq hüququn müvafiq prinsiplərini pozmuş sayılır və məsuliyyətə cəlb oluna bilər.

Güc tətbiqi eyni zamanda silahlı təcavüz kimi qiymətləndirilir. Silahlı təcavüz - bir dövlətin digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq etməsi və ya bu cür hərəkətlərlə hədələməsidir. Məsələn, bir dövlətin digər dövlətin ərazisini bombalaması, limanlarını blokadaya alması və ya silahlı hücum həyata keçirməsi silahlı təcavüz hesab edilir.

Ş.Əliyev vurğulayır ki, beynəlxalq hüquqda “beynəlxalq hüquqi məsuliyyət” anlayışı da mühüm yer tutur. Bu, dövlətin və ya digər beynəlxalq hüquq subyektinin beynəlxalq hüquq normalarını pozması nəticəsində yaranan və həmin pozuntunun aradan qaldırılması, zərərin ödənilməsi və hüquqi nəticələrin bərpasını nəzərdə tutan məsuliyyətdir. Bu institut beynəlxalq hüququn ən mühüm mexanizmlərindən biridir.

Beynəlxalq məsuliyyətin hüquqi əsasları aşağıdakılardır:

1. Beynəlxalq öhdəliyin mövcudluğu

2. Hüquq pozuntusu (beynəlxalq delikt)

3. Əməlin dövlətə aid edilməsi

4. Zərərin yaranması

5. Səbəb-nəticə əlaqəsi

Yəni öhdəlik, pozuntu, aidiyyət, zərər və səbəb-nəticə əlaqəsi birlikdə beynəlxalq məsuliyyət yaradır.

Ekspert bildirir ki, dövlətin hüquqi məsuliyyəti onun öhdəliklərinin pozulması nəticəsində yaranır. Bu baxımdan beynəlxalq məsuliyyətin hüquqi əsası hər hansı normanın mövcudluğu deyil, həmin normanın pozulmasıdır. Yəni dövlət güc tətbiq etməməli olduğu halda bunu edirsə, silahla hədələməməli olduğu halda hədələyirsə və ya öhdəliklərini yerinə yetirmirsə, bu zaman beynəlxalq məsuliyyət meydana çıxır.

O qeyd edir ki, beynəlxalq hüquq pozuntusunun müəyyən edilməsi üçün iki əsas cəhət vacibdir:

obyektiv cəhət - dövlətin əməli beynəlxalq öhdəliyi pozmalıdır

subyektiv cəhət - həmin əməl dövlətə aid edilməlidir

Bundan əlavə, əməl qəsdən törədildikdə məsuliyyət daha da ağırlaşır.

Ş.Əliyev müasir beynəlxalq hüquqda beynəlxalq cinayət anlayışına da toxunaraq bildirir ki, beynəlxalq cinayət beynəlxalq hüququn əsas prinsiplərini və ümumbəşəri dəyərləri kobud şəkildə pozan, bütün beynəlxalq ictimaiyyət üçün təhlükə yaradan və fərdlərin beynəlxalq səviyyədə cinayət məsuliyyətinə səbəb olan əməllərdir.

Bu cinayətlərin əsas xüsusiyyətləri:

- beynəlxalq xarakter daşıması

- bütün beynəlxalq ictimaiyyətə zərər vurması

- fərdi məsuliyyət yaratması

- ağır hüquq pozuntuları olması

Əsas növləri:

- soyqırım (genosid)

- insanlıq əleyhinə cinayətlər

- müharibə cinayətləri

- təcavüz cinayəti

Ekspert vurğulayır ki, dövlətin beynəlxalq cinayəti sosial-hüquqi hadisə kimi bir sıra əlamətlərlə xarakterizə olunur. Bu cinayətlər beynəlxalq birliyin həyati maraqlarını əks etdirən öhdəliklərin pozulması və bəşəriyyət üçün sülhə təhlükə yaradılması hallarında meydana çıxır.

İkinci mühüm əlamət odur ki, bu pozuntular ciddi xarakter daşımalıdır. Məsələn, təsadüfi bir hadisə nəticəsində obyektə zərər dəyməsi dövlətin beynəlxalq cinayəti hesab edilmir. Söhbət öhdəliklərin kobud və sistemli şəkildə pozulmasından gedir. Eyni zamanda, həmin əməlin bütün beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət kimi tanınması da əsas şərtdir.

Ş.Əliyev bildirir ki, bu gün Yaxın Şərqdə beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə açıq şəkildə zidd hərəkətlər edilir. Onun fikrincə, ABŞ və müttəfiqləri tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar planlı və məqsədyönlü xarakter daşıyır. Bunun nəticəsində isə suveren dövlət olan İran öz sərhədləri daxilində zərər cəkir və əhali arasında itkilər baş verir ki, bu da beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirilməlidir.

O, qeyd edir ki, belə hallarda beynəlxalq hüquq çərçivəsində xüsusi məsuliyyət rejimi tətbiq olunur. Bu rejim adi hüquq pozuntularından fərqlənir. Əgər adi hallarda əsas məsələ dəymiş ziyanın ödənilməsidirsə, beynəlxalq cinayətlər zamanı bundan əlavə, təcavüzkar dövlətin suverenliyinin müəyyən dərəcədə məhdudlaşdırılması da mümkün olur.

Məsələn, İraqın Küveytə qarşı təcavüzündən sonra BMT Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsi ilə İraqın suverenliyinə ciddi məhdudiyyətlər tətbiq olunmuşdu.

Ekspert əlavə edir ki, beynəlxalq cinayətlər zamanı yalnız dövlət deyil, həmin cinayətlərin törədilməsində iştirak edən və ya göstəriş verən vəzifəli şəxslər, ali rəhbərlik və digər aidiyyəti şəxslər də beynəlxalq cinayət məsuliyyəti daşıyırlar. Bu, xüsusilə müharibə cinayətləri və dinc əhaliyə qarşı törədilən əməllərlə bağlı hallarda özünü göstərir.

O, həmçinin xatırladır ki, 1949-cu il Cenevrə Konvensiyalarına əsasən müharibə qurbanlarının və dinc əhalinin müdafiəsi təmin edilməlidir. Bu normaların pozulması ağır hüquq pozuntusu hesab olunur və cinayət hüququ qaydasında təqib edilə bilər.

Sonda Ş. Əliyev qeyd edir ki, beynəlxalq hüququn effektivliyi onun prinsiplərinə əməl olunmasından asılıdır və bu prinsiplərin pozulması həm dövlətlər, həm də fərdlər üçün ciddi hüquqi nəticələr doğurur.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

SON XƏBƏRLƏR

31.07.2026 / 22:55
İspaniyaya tarixdə görünməmiş miqrant axınının ŞOK PƏRDƏARXASI... Hadisələrdə İsrail barmağı göründü... - VİDEO

31.07.2026 / 22:38
Ukrayna müharibəsində 50-50-yə qələbə şansı indi Trampdan asılıdır...

31.07.2026 / 22:22
Paşinyan Rusiyasız yeni şanslardan danışdı - bəs Azərbaycan və Türkiyəsiz mümkünmü?...

31.07.2026 / 22:05
ABŞ və Fransa kəşfiyyatı Rusiyaya qarşı fəal müharibəyə qoşuldu...

31.07.2026 / 21:48
Ukraynada ABŞ zavodunun vurulması müharibəni qızışdıra bilər...

31.07.2026 / 21:33
Mərkəzi Asiya məşvərətində ilk rəsmi iştirak Əliyevə də, formata da uğur gətirdi...

31.07.2026 / 21:20
Əliyev qırğız həmkarı ilə mühüm investisiya qərarı verdilər...

31.07.2026 / 21:07
Professor Zülfüqarlının sensasiyalı “monqol-tatar tədqiqatlarına” alimlər niyə susur?...

31.07.2026 / 20:51
Azərbaycan-Qırğızıstan müttəfiqliyi barədə müqavilə imzalandı...

31.07.2026 / 20:39
Səudiyyə İran və husilərə qarşı 43 ölkə ilə hərbi dəniz koalisiyası yaradır – ilk addım atıldı...

31.07.2026 / 20:26
Rusiya Ukraynada 200-dən çox yanacaqdoldurma məntəqəsini vurdu...

31.07.2026 / 20:22
İlin birinci yarısı Türkiyəni 25 milyondan çox turist ziyarət edib - Mehmet Nuri Ersoy

31.07.2026 / 20:12
Prezidentin sosial media hesablarında Qırğızıstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO

31.07.2026 / 20:09
Mərakeşdən İspaniyaya keçən miqrantların sayı 80 mini keçdi - yaxın saatlarda 120 minə çatacaq...

31.07.2026 / 19:41
Ermənilərin məhkəməsi davam edir, hakimlər müşavirəyə getdi - FOTO

31.07.2026 / 19:35
Prezidentin Qırğızıstana səfəri başa çatdı - FOTO

31.07.2026 / 19:14
Tramp danışıqlar üçün İran qarşısında şərt qoydu – gəmilərə, bazalara hücum olsa...

31.07.2026 / 18:56
Avropa ŞOKDA... Azı 60 min miqrant üzərək Mərakeşdən İspaniyaya keçdi – Aİ Madridlə Şengeni dayandırır... FOTO/VİDEO

31.07.2026 / 17:40
Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub - FOTO

31.07.2026 / 17:33
Putinlə son telefonlaşmadan sonra Paşinyan hədələməyə başlayıb...

31.07.2026 / 17:10
Gürcüstan qeyri-müəyyənliyin sonuna gəldi - avrointeqrasiya məsələsi konstitusiyadan çıxarılır...

31.07.2026 / 16:56
Rusiya və Ermənistan arasında dəmir yollarına görə dava böyüyür...

31.07.2026 / 16:32
Hörmüz məsələsində İranın qarşısında üç variant...

31.07.2026 / 16:21
150 balla qəbul mümkün olan ixtisasların sayı artırıldı...

31.07.2026 / 16:14
Azərbaycan Ukraynaya nə göndərsə vuracağıq - rusiyalı deputatdan çılpaq hədə...

31.07.2026 / 16:10
Riyaziyyat–informatika altqrupu üzrə iki yeni ixtisas 150 ballıq siyahıya daxil edildi

31.07.2026 / 16:04
Azərbaycan yaşıl enerjinin hesabına xaricə qaz satışını sürətlə artırır...

31.07.2026 / 15:40
Ukrayna Wildberries-in Volqoqrad və Tatarıstandakı mərkəzlərinə də hücum etdi - VİDEO

31.07.2026 / 15:25
Qəmər Adaları Maore Komitəsi fransız deputatlara dərs verdi - yalan hekayələr uydurmaq əvəzinə bunları öyrənin...

31.07.2026 / 15:00
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - FOTO/YENİLƏNDİ

31.07.2026 / 14:38
İran Hörmüz boğazından keçməyə cəhd edən iki gəmini vurdu…

31.07.2026 / 14:12
Ölü doğulan körpənin zirzəmiyə atıldığı “Vital Hospital”ın fəaliyyəti dayandırıldı

31.07.2026 / 13:45
Azərbaycan dövlətinin 16 milyardlıq borc öhdəliyi nədən yaranıb...

31.07.2026 / 13:26
Paşinyan dəmiryoluna görə Putindən ildə 2 milyard dollar tələb edir...

31.07.2026 / 13:15
Şəmkirdə keçmiş məhkum 19 kq narkotiklə tutuldu

31.07.2026 / 13:04
"Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir" - Tokayev

31.07.2026 / 12:35
Prezident: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək"

31.07.2026 / 12:33
"Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir" - Prezident İlham Əliyev

31.07.2026 / 12:30
Paşinyan Rusiya ilə problemin əsas səbəbini dedi - Moskva istəyir ki...

31.07.2026 / 12:27
Qırğızıstan xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiqini təklif etdi

31.07.2026 / 12:21
"Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini təqdim edə bilər" - Japarov

31.07.2026 / 12:08
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi - Bəyannamə imzalandı - FOTO/YENİLƏNDİ

31.07.2026 / 11:55
ABŞ-ın raket arsenalı tükənib - Lockheed Martinlə 58 milyardlıq saziş bağlandı...

31.07.2026 / 11:52
Tik-tokda itirdiyimiz GƏLƏCƏK - Mətləb Salahov yazır...

31.07.2026 / 11:27
Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatdı

31.07.2026 / 11:06
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib - FOTO

31.07.2026 / 10:22
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

31.07.2026 / 10:18
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

31.07.2026 / 10:05
"Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq" - Prezident İlham Əliyev

31.07.2026 / 10:00
"Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir" - Sadır Japarov

31.07.2026 / 09:52
Prezident İlham Əliyev qırğız həmkarını Azərbaycana səfərə dəvət etdi

31.07.2026 / 09:45
"Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur" - Japarov

31.07.2026 / 09:35
"Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək" - Prezident İlham Əliyev

31.07.2026 / 09:17
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

31.07.2026 / 09:12
"Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb" - Sadır Japarov

31.07.2026 / 09:07
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO

31.07.2026 / 08:46
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"

31.07.2026 / 08:36
"Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir" - Prezident

31.07.2026 / 08:24
Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi

31.07.2026 / 08:17
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO/YENİLƏNDİ

31.07.2026 / 08:13
Prezident İlham Əliyevin Qırğız prezidenti ilə təkbətək görüşü keçirildi

31.07.2026 / 08:10
Prezident İlham Əliyevin Qırğızıstanda rəsmi qarşılanma mərasimi oldu - FOTO

31.07.2026 / 07:25
İspaniya XİN İtaliyadakı səfirini geri çağırdı - Şengen sazişi dayandırılır?..

31.07.2026 / 07:15
ABŞ Rusiya şirkətinə sanksiya tətbiq etdi - İranın Mahan Air aviaşirkəti ilə əlaqələrinə görə…

31.07.2026 / 07:02
Durov adının terrorçular siyahısına salınmasına şərh verdi - “… çaşqınlıq içindədirlər”

31.07.2026 / 06:55
Uitkoff və Kuşner Ukraynaya gedir - həm də “foto çəkiliş xatirinə” yox…

31.07.2026 / 06:47
Tramp HƏMAS-ın tam silahsızlaşdırılması ilə bağlı Sazişi elan etdi

31.07.2026 / 06:39
HƏMAS silahı yerə qoyur - Axios…

31.07.2026 / 06:26
Rusiya ilk dəfə Kiyevdəki Amerika Dron Zavodunu vurdu

31.07.2026 / 06:09
“DSD” İB Xəzər Dəniz Neft Donanmasında dənizçi şəhid ailələri ilə görüş keçirib

30.07.2026 / 23:27
Marağa rəsədxanasına ögey münasibət - Ziyalılar niyə susur?

30.07.2026 / 22:50
Xüsusi təyinatlı gizir

30.07.2026 / 22:14
Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

30.07.2026 / 21:42
Rusiya əleyhinə sanksiya qanununu Tramp şəxsən yazıb - Senatın komitə sədri ilginc faktı açdı...

30.07.2026 / 21:15
Katolikos həbsə gedir - erməni kilsə başçısı məhkəmə qərarına tabe olmur...

30.07.2026 / 20:57
Dövlət sifarişi ilə film çəkilişinə kimlərin ədəbi əsərləri seçiləcək?...Qərar verilib

30.07.2026 / 20:40
Trampın Zelenskiyə münasibəti kardinal şəkildə tərsinə dəyişdi...

30.07.2026 / 20:23
Fransa casus Martin Rayanın müdafiəsinə qalxdı, Bakıdan da sərt cavab aldı..

30.07.2026 / 20:09
Trampın yeni rüsum qanununda Azərbaycanla bağlı ilginc məqam... Layihə müzakirə olunur

30.07.2026 / 19:56
Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

30.07.2026 / 19:41
Ermənistan Rusiya ilə dəmir yolu mübahisəsini Beynəlxalq Məhkəməyə çıxarır - ildə 2 milyard dollar tələbi...

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ