şənbə günü, 15 avqust 2026
     

Ermənistan Azərbaycanla münasibətlərini daha da sıxlaşdırmaq üçün Gürcüstana minnətçi düşür...

Image


Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana iki günlük səfər edib. İki ölkənin nümayəndələri gecə klubunda əyləniblər, Cənubi Qafqazda sülhü müzakirə ediblər və İrandakı müharibəni görməzdən gəlməyə çalışıblar. İrəvan və Tiflis əmindirlər ki, onları parlaq gələcək gözləyir. Amma bu gələcək üçün əsas şərt Azərbaycanla sıx əlaqələrə malik olmaqdır. Elə Ermənistanın da əsas istəyi Azərbaycanla münasibətləri daha da sıxlaşdırmaq üçün gürcüstanın imkanlarından yararlanmaqdır. Nikol Paşinyan Gürcüstana səfəri həm də bununla bağlı olub.

Paşinyan Gürcüstana böyük bir nümayəndə heyəti ilə təşrif buyurub. Tiflis hava limanında Nikol Paşinyanı Gürcüstanın xarici işlər naziri Maka Boçoroşvili qarşılayıb. Onu müşayiət edənlər arasında baş nazir administrasiyasının rəhbəri Araik Harutyunyan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, iqtisadiyyat naziri Gevorq Papoyan və xarici işlər nazirinin müavini Vahan Kostanyan olub. Rəsmi tədbirlər üçün vaxt ayrılmayıb, lakin Ermənistan lideri yenə də gürcü həmkarı İrakli Kobaxidze ilə ikitərəfli gündəliyi qısaca müzakirə etmək üçün təkbətək görüşüb. Daha sonra Paşinyan "Gürcü Arzusu" rəhbərliyinin müşayiəti ilə Tiflisdə gecə klubuna gedib. Şənlik tədbiri zamanı Ermənistanın baş naziri hətta musiqiçilərdən barabanda çalmaq üçün icazə istəyib.

Paşinyan sosial mediada yazıb: “Gürcü dostlarımla olmaq, onlar üçün ifa etmək mənim üçün şərəf idi”.O, ertəsi gün sKobaxidze ilə rəsmi danışıqlara yollanıb və dediyi kimi, Tiflis ilə münasibətlər İrəvan üçün xüsusi əhəmiyyət kəsb edir. Ermənistan hökuməti başçısının mətbuat xidməti tədbirlə bağlı bildirib: “Həmsöhbətlər ikitərəfli strateji münasibətlərin gündəliyindəki geniş məsələləri müzakirə etdilər. Ticarət-iqtisadi əməkdaşlığın ardıcıl inkişaf etdirilməsinin və genişləndirilməsinin vacibliyi vurğulandı... Regionda sülh və sabitliyin təmin edilməsi üçün addımların atılmasının vacibliyi qeyd olundu”. Daha sonra İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclası baş tutub və hökumət başçıları əvvəlcə birgə işin müsbət dinamikasını və müxtəlif sektorlarda tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini qeyd ediblər. Kobaxidze bildirib: “Ölkələrimiz arasında müxtəlif formatlar yaradılıb ki, bu da tərəfdaşlığımızın inkişafına müsbət təsir göstərir. Ermənistan daim Gürcüstanın ən yaxşı on ticarət tərəfdaşı arasında yer alır... Regionda sabitliyin qorunması da çox vacibdir. Bölgəmizdəki son tendensiyalardan məmnunuq. Sizinlə Azərbaycan arasında imzalanmış sülh müqaviləsi böyük əhəmiyyət kəsb edir. Bütün bunlar regionumuzu daha da gücləndirmək və inkişaf etdirmək üçün çox yaxşı zəmin yaradır”. Öz növbəsində Paşinyan qeyd edib ki, Ermənistan və Gürcüstan arasında dəmir yolu xidməti heç vaxt kəsilməyib və ümid edir ki, bu qatarlar ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsində rol oynamağa davam edəcək: “Gürcüstanın dəstəyi sayəsində Ermənistan, Gürcüstan və Azərbaycan arasında üçtərəfli ticarət və münasibətlər dərinləşib. Ermənistan və Azərbaycan arasında sülh, şübhəsiz ki, bölgəmizdəki vəziyyəti yaxşılaşdırır. Biz Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini qeyd-şərtsiz dəstəkləməyə davam edəcəyik. Xalqlarımız arasında tarixi münasibətlər çox yaxşı və müsbətdir. Bu, həyati və əhəmiyyətli bir sərvətdir”.

Diqqətəlayiqdir ki, danışıqlar zamanı İrandakı müharibədən yalnız bir dəfə, hətta o zaman da yalnız dolayı yolla bəhs edilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmkarı Boçoroşvili ilə görüşüb və digər məsələlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlər gərginliyin azaldılması və məsələlərin dinc yolla həlli üçün səylərin vacibliyini vurğulayıblar və sülhün faydalarını qeyd ediblər. Həmçinin bildirilib ki, Mirzoyan və Boçoroşvilinin ölkələrinin Yaxın Şərqdəki mövcud səfirlikləri vasitəsilə yerində vətəndaşlara mümkün yardımın göstərilməsində əməkdaşlıq etməyi vacib hesab edirlər. Gürcü ekspert Arçil Sixarulidzenin sözlərinə görə, İrəvan və Tiflisin ABŞ və İsrailin İrana hücumları məsələsindən yayınması təsadüfi deyil. Onlar əsasən ikitərəfli münasibətləri amerikalıların Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsində mühüm rol oynadığı fərziyyəsi əsasında qururlar: “ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan hakimiyyəti çox aydın yeni iqtisadi model qurur, lakin bu sistem Gürcüstanın iştirakı olmadan işləyə bilməz. Buna görə də Paşinyan gürcü həmkarlarının “Tramp Yolu”nu, Orta Dəhlizin inkişafını və İrəvanla Bakı arasında sülhün möhkəmləndirilməsini dəstəkləməyə hazır olduqlarını təmin etmək üçün Tiflisə səfər etdi... “Gürcü Arzusu” üçün bu görüş ABŞ-a münasibətlərdə yenidən başlamağa hazır olduğunu nümayiş etdirmək üçün bir fürsət idi”. Bu fonda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalına müsahibəsində “Tramp Yolu”nu dəstəklədiklərini diqqətə çatdırıb: “Gürcüstan TRIPP-i çox vacib layihə hesab edir və onun reallaşdırılması ilə regionun əhəmiyyəti daha da artacaq. Alternativ marşrutların yaranması daha çox yükün cəlb olunmasını və daha çox imkanların yaranmasını təmin edəcək. Bu baxımdan bölgədə sabitlik və sülh çox mühüm əhəmiyyət kəsb edir. İqtisadi layihələrdən danışarkən əlbəttə ki, bu məsələlər çox vacib siyasi addımlarla bağlıdır. Bu kontekstdə TRIPP layihəsinin reallaşdırılmasında həlledici rol oynayan Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh razılaşmasını qeyd etməyə bilmərəm”. XİN başçısı həmçinin qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazı Orta Dəhliz kimi ciddi olaraq nəzərdən keçirirsə, Gürcüstan olmadan bu barədə danışmaq ağlasığmazdır. Daha bir maraqlı nüans odur ki, belə vəziyyətdə Ermənistan dəmir yollarının idarəçiliyinin Rusiyadan alınması məsələsində israrlıdır. Ermənistanda iddia edilir ki, hakimiyyətin bu addımı Bakının istəklərinə uyğundur. Politoloq Tiqran Qriqoryan bu iddia üzərində xüsusilə dayanır. O bildirib ki, Rusiya tərəfi əvvələr dəmir yolunun sıradan çıxmış hissələrinin bərpası ilə bağlı danışıqların başlandığını açıqlamışdı, lakin görünür, bu mərhələdə Moskvanın öhdəlik götürmək istəyi İrəvan üçün kifayət etmir: “Fikrimcə, bu, üçüncü tərəfin investisiyaları, yaxud Azərbaycanda dəmir yolunun bərpası üçün mümkün dəstək, xüsusilə Naxçıvandakı hissənin modernləşdirilməsi ilə bağlıdır. Çünki Avropa İttifaqı Naxçıvanın dəmir yolu xətlərinin bərpasına və Ermənistan dəmir yolları ilə birləşməsinə investisiya qoymaq fikrini açıqlayıb. Lakin Avropa İttifaqının investisiya qoyacağı dəmir yollarına Rusiya tərəfindən nəzarət edilməsi məsələni çətinləşdirir. Paşinyanın açıqlamaları, xüsusilə Rusiyanın mövcud nəzarətinin Ermənistan üçün rəqabətqabiliyyətli olmaması, yeni imkanların qarşısını aldığı haqda dedikləri də bundan qaynaqlanır. Ona görə İrəvan üçüncü tərəflərin istək və tələbi ilə dəmir yollarında Rusiya idarəçiliyinə son qoymaq niyyətindədir”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 14:12
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ