Bazar günü günü, 11 oktyabr 2026
     

Trampın nəzərdə tutduğu 3 adamdan heç biri İranın başına keçə bilmədi...

Image


Sədrəddin Soltan: "... Müctəba Xameneyinin ali rəhbər vəzifəsini tutması üçün bir sıra göstəriciləri kifayət eləmir"

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl "The New York Times" qəzetinə verdiyi müsahibədə Xameneinin ölümündən sonra İrana rəhbərlik etmək üçün üç çox yaxşı namizədinin olduğunu bildirmişdi. Lakin o, kimin haqqında danışdığını dəqiqləşdirməmişdi.

Əldə olunan məlumata görə, SEPAH-ın təzyiqi altında Ekspertlər Şurası Müctəba Xameneyini İslam Respublikasının növbəti lideri seçib. Hər halda o, bu 3 nəfər arasında Əli Xameneyinin oğlunu nəzərdə tutmurdu. Çünki oğul atanın xəttini davam etdirmək üçün ən real namizə olardır. Hələ müharibədən əvvəl bu namizədin adı mediada hallanırdı. Hazırda Trampın planı və ya proqnozu pozuldu, deyə bilərikmi?

Donald Trumpın "The New York Times"a verdiyi müsahibədə İranın ali rəhbəri Əli Xameneidən sonra ölkəyə rəhbərlik edə biləcək “üç çox yaxşı namizəd”in olduğunu deməsi daha çox siyasi və psixoloji mesaj xarakteri daşıyırdı. O, konkret ad çəkmədiyi üçün bu bəyanatı real, detallı plan kimi yox, ehtimal və ya siyasi mövqe kimi qiymətləndirmək daha düzgündür.

İranın siyasi sistemi fərdi təyinatla deyil, institusional mexanizmlə işləyir. Konstitusiyaya görə ali rəhbərin seçimi Ekspertlər Məclisinin səlahiyyətindədir və proses daxili siyasi balanslar, dini legitimlik və təhlükəsizlik strukturlarının mövqeyi ilə müəyyən olunur. Xarici liderin hansısa “namizədlər” barədə danışması həmin mexanizmə birbaşa təsir göstərmir. Buna görə də bu cür açıqlamalar daha çox informasiya müharibəsi, daxili auditoriyaya mesaj və ya diplomatik təzyiq elementi kimi şərh olunur.

“Planın pozulması” ifadəsi o halda məntiqli olardı ki, ortada konkret, rəsmi və icra mərhələsində olan strategiya mövcud olaydı. Hazırkı vəziyyətdə isə Trampın dedikləri daha çox proqnoz və ya siyasi ritorika təsiri bağışlayır. İran daxilində varislik məsələsi hələ aktiv mərhələyə keçmədiyi və rəsmi proses başlamadığı üçün hər hansı planın reallaşıb-reallaşmadığını demək mümkün deyil.

Belə məsələlərdə əsas dəyişən faktor hadisələrin daxili dinamikasıdır. Əgər İran daxilində gözlənilməz siyasi transformasiya baş versəydi və həmin “üç namizəd”dən heç biri gündəmə gəlməsəydi, o zaman proqnozun səhv çıxdığını demək olardı. Amma indiki mərhələdə bunu “pozulmuş plan” kimi yox, daha çox siyasi mövqe və ehtimal xarakterli bəyanat kimi qiymətləndirmək daha obyektiv yanaşma olar.

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, bu məsələ artıq həll edilib - dünən dini Ekspertlər Şurasının 88 üzvündən biri olan ayətullah Hüseyni bu barədə açıqlama verib: “O, bildirib ki, ali rəhbər və ali rəhbərlik məsələsi ilə bağlı gün təyin edilməyib. Deməli, yeni ali rəhbər hələ də seçilməyib. Digər tərəfdən, İran konstitusiyasına görə üçlük, yəni prezident, Ali Məhkəmənin sədri və Nəzarət Şurasının bir üzvünün iştirakı ilə komissiya yaradılıb. Bu komissiyanın birgə rəyi nəticəsində dini Ekspertlər Şurası tərəfindən müvəqqəti olaraq ayətullah Əlirza Ərafi ali rəhbər təyin edilib. Odur ki, Müctəba Xameneyinin müzakirə edilməsi artıq gecikmiş məsələdir.”

Ekspert onu da əlavə edib ki, Müctəba Xameneyinin ali rəhbər seçilməsi xəbərini Rza Pəhləvinin rəhbərlik etdiyi "Iran International" saytı yayıb. O, bu xəbəri sonradan təkzib edib və redaksiyanın mütəxəssisi bildirib ki, Müctəba Xameneyinin ali rəhbər vəzifəsini tutması üçün bir sıra göstəricilər kifayət etmir: “Ona görə də Müctəba Xameneyi seçilməyib. Əvvəllər də mediada xəbərlər yayılmışdı ki, Əli Xamenei ölərsə və ya onunla bağlı bir problem yaranarsa, oğlu Müctəba Xameneyi onun yerinə təyin ediləcək. Belə bir varislik planının həyata keçirilməsinə dair şayiələr gəzirdi. Rza Pəhləvinin saytı da bu xülyanı öz istəyinə uyğun olaraq tirajlamışdı. Bu yanlış bir xəbərdir, həqiqətdə isə İran ali rəhbər seçmək üçün tələsmir. Müvəqqəti olaraq Ərafi seçilib, şurada konstitusiyaya uyğun olaraq komissiya da var və prezidentin rəhbərliyi ilə fəaliyyət göstərirlər.

Müvəqqəti ali rəhbər təyin edilən Ərafi də sıradan bir adam deyil. O, Əl-Mustafa Beynəlxalq Universitetinin rəhbəri olub. Əl-Mustafa Beynəlxalq Universiteti isə dünya miqyasında İranın ideologiyasını və siyasətini din pərdəsi altında yayan bir nömrəli elm ocağıdır. Ona ABŞ tərəfindən sanksiya tətbiq edilib. Eləcə də bir neçə il öncə Almaniyada aşkarlanmış 700 nəfər agentin bu universitetlə əlaqəsinin olduğu təsdiqlənmişdi. Əl-Mustafa Beynəlxalq Universiteti isə SEPAH-la əlaqədar bir qurumdur. Deməli, Ərafi də SEPAH-ın əsas fiqurlarından biridir. Digər tərəfdən, Ərafi Ruhullah Xomeyninin və Əli Xameneinin yetişdirməsidir – mərhum ali liderin ən yaxın adamlarından biri olub.”

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ