Ermənistanın Baş naziri Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 1 milyon dollarlıq mükafat fonduna malik olduğunu və Ermənistanın bu mükafatı Azərbaycanla bölüşdüyünü açıqlayıb.
"Yəni, mən 500.000 dollar alacağam. Məbləğ hələ köçürülməyib, amma əminik ki, köçürüləcək. Bu vəsaitin hansı sosial məqsədə və ya ehtiyaca istifadə edilə biləcəyini düşünürəm. Konkret qərar qəbul edildikdən sonra bunu elan edəcəyik", - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyan 4 fevralda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Şeyx Zayed İnsan Qardaşlığı Mükafatı”nı alıblar.
TAHİR