Rusiya prezidenti Putin İran prezidenti Pezeşkyan və İsrailin baş naziri Netanyahu ilə telefon danışığı aparıb. Danışıqlarda əsas müzakirə mövzusu İran olub. Görüşdə Putinin İsraillə İran arasında gərginliyi azaltmaq üçün vasitəçilik təklif etdiyi iddia edilir.
"Putin diplomatik vasitələrlə sabitliyə nail olmağın vacibliyini vurğulayıb və bütün müvafiq dövlətlərlə vasitəçilik səylərində iştirak etməyi təklif edib" – deyə Rusiyanın TASS xəbər agentliyi bildirir.
Qeyd edilir ki, Rusiya tərəfi vasitəçilik səylərini həyata keçirməyə və müvafiq dövlətlərin iştirakı ilə konstruktiv dialoqun inkişafına kömək etməyə hazır olduğunu təsdiqləyib.
Putin və Netanyahu müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər. Kremlin sözçüsü Dmitri Peskov da Putinin Pezeşkyanla görüşdüyünü açıqlayıb. Jurnalistlərə açıqlamasında Peskov bildirib ki, Putin Yaxın Şərqdə artan gərginliyin azaldılması üçün səylərini davam etdirəcək.
TAHİR