Cümə günü, 16 oktyabr 2026
     

Paşinyan Zəngəzur dəhlizində İlham Əliyevin bütün layihələrini qəbul etdi...

Image


Abutalıb Səmədov: “O, Azərbaycan Prezidentinin dediklərini çoxdan qəbul etsə də, əsas çətinlik onda idi ki, Paşinyan bu layihəni reallaşdırmağa cəsarət etmirdi”

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən V “İpək Yolu” konfransı zamanı deyib ki, Ermənistan öz ərazisi ilə Türkiyədən Azərbaycana və əks istiqamətə yük avtomobillərinin tranzitini təmin etməyə hazırdır.

“Biz təkcə siyasi deyil, həm də texniki baxımdan - sözün əsl mənasında bu gündən etibarən, heç bir mübaliğəsiz - Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük avtomobillərinin Ermənistan Respublikası ərazisi vasitəsilə tranzitini təmin etməyə hazırıq. Həm yollar, həm də Ermənistan ərazisindəki sərhəd infrastrukturu bunun üçün hazırdır”-deyə Ermənistanın baş naziri bildirib.

Paşinyan əlavə edib ki, siyasi baxımdan da Ermənistan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında öz ərazisi vasitəsilə tranziti təmin etməyə hazırdır: “Lakin texniki baxımdan bu istiqamət üzrə hələlik Naxçıvan ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəmir yolu xəttinin təmiri və ya yenidən qurulması tələb olunur. Mən əminəm - siz də buna əmin ola bilərsiniz - bu texniki məsələlər qarşıdakı iki-üç il ərzində həllini tapacaq”.

N.Paşinyan qeyd edib ki, Ermənistan ərazisindən boru kəmərləri və Azərbaycan-Ermənistan-Türkiyə elektrik xətləri çəkiləcək. “Artıq qeyd etdiyim kimi, dəmir yolu və avtomobil yolları da qurulacaq. Bütün bunlar TRIPP proqramı çərçivəsində müzakirə olunur. Biz Türkiyə və Azərbaycanla da müvafiq danışıqlar aparırıq. Biz də bu razılaşmaların həyata keçirilməsi üçün ABŞ-la işləyirik. Bütün bunların həyata keçirilməsinin ən mühüm şərti Vaşinqton sammiti nəticəsində Ermənistanla Azərbaycan arasında yaradılmış sülhdür. Biz hazırda Azərbaycanla bu sülhü institutsionallaşdırmaq üçün çalışırıq. Biz Vaşinqtonda paraflanmış Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası üzərində işləyirik. Paralel olaraq bütün nəqliyyat əlaqələri mərhələli şəkildə açılacaq ki, bu da regionumuza tarixi dəyişikliklər gətirəcək. Bölgəmizdə nəqliyyat layihələrinin bir-biri ilə rəqabət apardığına dair bəzi ifadələrlə tanışam. Mən bu fikirlə qətiyyən razı deyiləm, regionumuzdakı nəqliyyat marşrutları bir-birini tamamlayır, Cənubi Qafqazın tranzit potensialını artırır. Vaşinqton Bəyannaməsinin üçüncü bəndində deyilir ki, Fars körfəzi-Qara dəniz dəmir yolu da açılacaq və bu, təkcə Ermənistanın deyil, həm də Gürcüstanın və Azərbaycanın potensialını artıracaq. Ermənistanla Türkiyə arasında dialoq, Ermənistanla Azərbaycan arasında yaradılmış sülh, TRİPP layihəsi, Gürcüstan və İranın region ölkələri ilə mehriban qonşuluq münasibətləri Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində ən cəlbedici tranzit marşrutuna çevirəcək. Bu o deməkdir ki, regionumuzdakı bütün ölkələrin infrastrukturu, bu artan axınları idarə etmək üçün kifayət qədər olmasa da, həddindən artıq yüklənəcək. Hazırda Cənubi Qafqaza yönəlmiş böyük beynəlxalq maraq bizim - Ermənistan, Gürcüstan və Azərbaycanı nəzərdə tuturam - regionumuzun inkişafını və sabitliyini təmin etmək üçün ağılla istifadə etməli olduğumuz kapitaldır. Nəhayət, Cənubi Qafqazda təkcə sülhü deyil, həm də rifahı və inkişafı təmin etmək üçün tarixi imkanımız var. Axı sülh, firavanlıq və inkişaf ticarət yüklərinin, boru kəmərlərinin və elektrik xətlərinin daimi yoldaşlarıdır və əksinə. Kommersiya yükləri, boru kəmərləri və elektrik xətləri sülh və rifahın daimi yoldaşlarıdır. Bölgəmizə sülh gəldi, yük dövriyyəsini artırmaq, boru kəmərlərini və elektrik xətlərini genişləndirmək, Cənubi Qafqazda firavanlığı və inkişafı təmin etmək qalır. Bu, sülhü daha da möhkəmləndirəcək və bu da öz növbəsində Ermənistan, Gürcüstan və Azərbaycan üçün rifahın və inkişafın həcmini və sürətini artıracaq. İnanıram ki, bizim üç Cənubi Qafqaz ölkəsinin liderləri təkcə fərdi olaraq deyil, həm də təbii ki, digər qonşularımız və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində birgə işləmək üçün kifayət qədər iradə və müdrikliyə malikik”, - Paşinyan əlavə edib.

N.Paşinyan İlham Əliyevin plan və təkliflərini tam qəbul etdi və açıqladı ki, yaxın 2-3 ildə Zəngəzur dəhlizdə Ermənistan ərazisində dəmiryolu, avtomobil, boru kəməri və elektrik xətti çəkiləcək. İlham Əliyev bunu neçə il idi deyirdi və artıq Paşinyan da bunu qəbul edib.

“Azərbaycan Prezidentinin illər öncə söylədiklərini təkrar edir, Zəngəzur dəhlizinin bölgəyə sülh və əməkdaşlıq gətirəcəyini...”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov məsələ ilə əlaqədar "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistanın baş naziri Azərbaycan Prezidentinin bu istiqamətdə fikirlərini əslində çoxdan qəbul edib: “Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasının həm Ermənistana, həm Azərbaycana, həm də digər ölkələrə verəcəyi üstünlüklər barədə Prezident İlham Əliyevin söylədiklərini uzun müddətdir qəbul edib. Dəfələrlə Ermənistanın müxtəlif regionlarında əhali ilə görüşərkən bu dəhlizin açılmasının Ermənistana verəcəyi üstünlüklərdən danışıb. İzah edib ki, Ermənistanın hamıdan çox buna ehtiyacı var və bu dəhliz açılarsa Ermənistan iqtisadi cəhətdən daha da inkişaf edəcək, bölgələrdə inkişaf gedəcək, bütövlükdə regiona sülh və əməkdaşlıq gələcək.

O, Azərbaycan Prezidentinin dediklərini çoxdan qəbul etsə də, ancaq əsas çətinlik onda idi ki, Paşinyan bu layihəni reallaşdırmağa cəsarət etmirdi. Müəyyən mənada da istəmirdi. Çünki 10 noyabr 2020-ci il bəyanatına görə Zəngəzur dəhlizinə Rusiya sərhədçiləri nəzarət etməli idi. Təbiidir ki, Paşinyan onun belə olmasını istəmirdi. Digər tərəfdən, İranın Zəngəzur dəhlizinin açılmaması ilə bağlı atdığı addımlar, verdiyi bəyanatlar Paşinyanı çıxılmaz vəziyyətə salmışdı. Çünki İran Ermənistan üçün çox vacib dövlətdir, Ermənistana son illər çox yardım edib və onlara qarşı getmək, təbiidir ki, Paşinyana müəyyən problemlər yarada bilərdi. İran isə qəti şəkildə deyirdi ki, Zəngəzur dəhlizi açılmamalıdır, İranın ərazisindən keçib Naxçıvana getmək, yaxud əks istiqamətdə hərəkət etmək mümkündür, yüklər bu marşrutla daşına bilər, Zəngəzur dəhlizinin açılması İranın dövlət maraqlarına xidmət etmir. Bu səbəbdən Paşinyan uzun müddət Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir iş görə bilmədi, ortaya “Sülh kəsişməsi” deyilən layihə çıxardı ki, bəlkə bu layihənin nəticəsində bölgədə nəqliyyat kommunikasiyalarını açmaq mümkün olar, ancaq bunu da reallaşdırmağa gücü çatmadı. Yalnız avqustun 8-də Vaşinqtonda imzalanan memorandumdan sonra Paşinyan arxasında kifayət qədər böyük güc hiss etdi, söhbət ABŞ-dan gedir, bundan sonra Zəngəzur dəhlizinin, yaxud Tramp marşrutunun açılması istiqamətində addımlar atmağa başladı. İki-üç il müddətinə 43 kilometr yolda həm dəmir, həm də avtomobil yolunun salınacağını deyir, eyni zamanda digər məsələlərin də həll olunacağını bildirir. Təbiidir ki, bura investisiyalar cəlb olunmalıdır, Ermənistanın bu qədər işi təkbaşına görmək imkanı yoxdur, ancaq əsas məsələ odur ki, ABŞ və onun prezidenti bu yolun açılmasına hər cür dəstək verməyə hazır olduğunu bildirir. Bəyanatlardan o tərəfə keçmək mümkün olacaqmı? Tramp həqiqətən də bu yolun qısa müddətdə açılması üçün zəruri addımlar atacaqmı? Bütün bu sualların cavabını yəqin ki, yaxın zamanlarda vermək mümkün olacaq. Hələlik ilk addımlar atılıb və Paşinyan artıq açıq şəkildə Azərbaycan Prezidentinin illər öncə söylədiklərini təkrar edir, Zəngəzur dəhlizinin bölgəyə sülh və əməkdaşlıq gətirəcəyini, beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəsini artıracağını, bunun Ermənistana çox böyük xeyir verəcəyini deyir, qısa müddətdə bu marşurtun açılmasının zəruriliyindən danışır”.

A.Səmədovun sözlərinə görə, Zəngəzur dəhlizi həm Orta Dəhlizin daha səmərəli olmasını, burda daha çox yüklərin daşınmasını təmin edəcək, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində daşınan yüklərin həcmini xeyli artıracaq. A.Səmədovun fikrincə, çünki İran ərazisində Rəşt-Astara arasında olan hissədə dəmir yolunun hələ də salınmaması, təbiidir ki, yüklərin həcminin ciddi şəkildə azalmasına gətirib çıxarır. A.Səmədov hesab edir ki, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın da bu dəhlizə - Şimal-Cənub nəqliyyat dəhlizinə daha aktiv şəkildə qoşulmasına imkan verəcək: “Eyni zamanda, Naxçıvandan İrana gedəcək yolla Şimal-Cənub nəqliyyat dəhlizində daşınan yüklərin həcmini xeyli artırmaq mümkün olsun. Amma bir reallıq da var ki, bunun üçün Paşinyan mütləq parlament seçkilərini udmalıdır. Rusiyayönümlü qüvvələr açıq şəkildə Paşinyana qarşı birləşiblər. Söhbət erməni kilsəsindən, sahibkarların bir hissəsindən (çünki böyük maliyyə imkanlarına malikdirlər-A.S) və az-çox nüfuzu olan siyasətçilətdən gedir.

Hələlik yalnız Robert Köçəryan bu blokda birləşməyə hazır olduğunu deyib, Sarkisyan hələ götür-qoy edir. Ancaq çox güman ki, o da bu bloka qoşulacaq və bütün Rusiyayönümlü qüvvələr parlament seçkilərini udmaq üçün əllərindən gələni edəcəklər. Bu seçkilərdə Paşinyanın qələbə qazanması vacibdir. Çünki onun uduzması Tramp marşrutunun reallaşmasının qarşısının alınması, sülh sazişinin imzalanmasının xeyli ləngiməsi, yeni konstutsiyanın qəbulu məsələsinin illərlə uzanması və təbiidir ki, bölgədə sülhə, əməkdaşlığa ciddi zərbə vurulması demək olardı. Bu səbəbdən həm Türkiyə, həm Qərb ölkələri seçkilərdə qalib gəlməsi üçün Paşinyana mümkün dəstəyi göstərməlidirlər. Bu istiqamətdə Ermənistana tranzit yüklərinin Azərbaycan vasitəsi ilə daşınmasına icazə verilməsi çox mühüm addım sayılmalıdır. Bu cür vacib addımlar bundan sonra da atılmalıdır ki, Paşinyanın mövqeyi möhkəmlənsin, seçkilərdə qalib gəlsin və nəzərdə tutulan, planlaşdırılan addımları ata bilsin”-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ