ABŞ prezidenti Donald Tramp "Times" jurnalına açıqlamasında İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyini bəyan edib.
Jurnalistin "Siz Netanyahuya İordan çayının qərb sahilini ilhaq etməyə icazə verməyəcəyinizi demişdiniz. Koalisiyada hələ də bunu müdafiə edən qüvvələr var. Maraqlıdır, bu baş verərsə nəticələri nə olacaq?" sualına cavab verən Tramp bildirib ki, bu baş verməyəcək: "Bu olmayacaq, çünki mən ərəb ölkələrinə söz vermişəm. İndi bunu edə bilməzsiniz. Biz böyük ərəb dəstəyi aldıq, mənərəb ölkələrinə söz verdim. Bu, olmayacaq. Əgər belə bir şey baş versə, İsrail ABŞ-dan aldığı bütün dəstəyi itirəcək".
ABŞ-ın vitse-prezidenti Vens isə İordan çayının qərb sahilinin ilhaqına dair qanun layihəsinin, özünün də İsraildə olduğu bir vaxtda parlamentdə ilkin səsvermədən keçməsini ona qarşı təhqiramiz hərəkət və “ağılsızlıq” olduğunu bildirib. O, Tramp administrasiyasının siyasətinin buna qarşı olduğunu və bundan sonra da bu mövqedə qalacaqlarını bildirib.
Vens İsrail parlamentindəki bu hərəkətin "qəribə" və "simvolik" olduğunu, praktiki qarşılığı olmadığını, hətta bunun "siyasi bir tamaşa" olduğu barədə məlumat aldığını bildirib: "Əgər bu, siyasi bir tamaşa idisə, bu, çox axmaq bir hərəkət idi. Mən bunu şəxsi təhqir kimi qəbul edirəm. İordan çayının qərb sahili İsrail tərəfindən ilhaq etməyəcək. Tramp administrasiyasının siyasəti ondan ibarətdir ki, İordan çayının qərb sahili İsrail tərəfindən ilhaq edilməyəcək. Bizim siyasətimiz bundan sonra da belə olacaq. Əgər kimsə simvolik səsvermə keçirmək istəyirsə, edə bilər, amma bu vəziyyətdən məmnun deyilik”.
TAHİR