Bazar ertəsi günü, 17 avqust 2026
     

“İki qardaş ölkənin strateji tərəfdaşlıq modeli” - Əhliman Əmiraslanov yazır...

Image


Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin səfəri Azərbaycan ilə Qazaxıstan arasında Orta Dəhliz üzrə ikitərəfli və çoxtərəfli layihələrin inkişafına, humanitar əlaqələrə, Xəzər dənizinin ekoloji problemlərinin həllinə, qarşılıqlı sərmayələrin artırılmasına və türk birliyinə əsaslanan mədəni əlaqələrin gücləndirilməsinə həsr olunub.

Cənab Prezident İlham Əliyev son 3 ildə Qazaxıstana 7-ci səfərini həyata keçirdi. Bu səfərlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət etməklə yanaşı, həm də ümumilikdə türk dünyasında əməkdaşlıq və iş birliyinin inkişafına, qardaşlığın və həmrəyliyin möhkəmlənməsinə töhfə verir. Oktyabrın 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayev Astanada mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyevin bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışı əks etdirdi. Dövlətimizin başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur” fikri diplomatik ehtiramla yanaşı, Türk dünyasının birliyinə əsaslanan siyasi təfəkkürün ifadəsidir. Bu fikrin arxasında həm ortaq tarixi köklər, həm də bugünkü strateji məqsədlər dayanır. Prezident İlham Əliyevin “xalqımız üçün ən ağır dövrlərdə biz Qazaxıstanın qardaş dəstəyini hiss etmişik” deməsi, həm də gələcəyə ünvanlanan etimadın təsdiqidir. Bu bəyanat göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri ideya və dəyərlər birliyinə əsaslanan strateji tərəfdaşlıq modelidir. Prezident İlham Əliyevin bəyanatında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq ayrıca strateji xətt kimi qeyd edildi. Gələn il Bakıda keçiriləcək həm İslam Əməkdaşlıq Təşkilatının Sammiti, həm də Qazaxıstanın təşəbbüsü ilə formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti Azərbaycanın beynəlxalq diplomatiyada mərkəzi rola malik olduğunu göstərir. Bu tədbirlər Türk dünyasının iqtisadi, siyasi və humanitar inteqrasiyasının real dayaqlarını möhkəmləndirəcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik”. Bu, artıq birgə strateji kimliyin ifadəsidir. Azərbaycan Prezidenti çıxışında Qazaxıstanın Qarabağın bərpasında iştirakını xüsusi minnətdarlıqla qeyd etdi. Füzulidə açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu qardaşlığın rəmzi kimi təqdim olundu: “Hər bir Azərbaycan vətəndaşı həmin mərkəzdən keçərkən qardaş köməyinin şahidi olur”. Bu, həm “Böyük Qayıdış” layihəsinin mənəvi dəyərini, həm də türk dövlətləri arasında qardaşlıq bağlarının praktik təzahürünü göstərir. Bu əməkdaşlıq modeli regionda humanitar diplomatiyanın ən gözəl nümunəsidir. Bütün bunlar Türk dünyasının vahid məqsədlərinə və vizyonuna xidmət etməklə yanaşı, qlobal sülhə, əməkdaşlığa, münaqişə və təhdidlərdən kənarda yeni infrastrukturun inkişafı vasitəsilə digər region dövlətlərinin təhlükəsizlik qayğılarının aradan qaldırılmasına töhfə verə bilər. Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan əsas mövzulardan biri Azərbaycan–Ermənistan sülh prosesidir. Dövlətimizin başçısı xatırlatdı ki, “Vaşinqtonda Prezident Trampın iştirakı ilə sülh sazişi paraflandı və Qazaxıstan bu məsələyə münasibət bildirən ilk ölkələrdən biri oldu”. Bu bəyanat regionda yeni diplomatik mərhələnin başlandığını göstərir. Azərbaycanın təşəbbüsləri sayəsində Cənubi Qafqazda artıq sülh sənədləri kağız üzərində deyil, real həyatda formalaşır. Prezident İlham Əliyevin “Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb” fikri isə bunun praktik göstəricisidir. Bu, Prezident İlham Əliyevin çoxillik siyasi strategiyasının davamıdır – sabitlik yalnız silahın susması ilə deyil, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlar əsasında bərqərar olur. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas strateji mövzulardan biri nəqliyyat-logistika sisteminin gələcəyinə dair mesajlar idi. Dövlətimizin başçısı vurğulayıb: “Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq”. Bu bəyanat Azərbaycanın artıq Avrasiyanın əsas tranzit və ticarət mərkəzinə çevrildiyini göstərir. Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər tam istifadəyə verilməsi regionun iqtisadi xəritəsini köklü şəkildə dəyişəcək, Orta Dəhliz ilə birləşərək, Asiyadan Avropaya qədər yüklərin daha təhlükəsiz və sürətli daşınmasına imkan yaradacaq. Bununla yanaşı, Prezident İlham Əliyev TRIPP layihəsinin əhəmiyyətini qeyd edərək bildirdi ki, bu marşrut “Orta Dəhlizin daha bir seqmentini formalaşdıracaq”. Beləliklə, Azərbaycan yalnız enerji və logistika sahəsində deyil, qlobal sülh və iqtisadi tərəfdaşlıq modelində də aparıcı mövqeyini möhkəmləndirir. Səfər zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib və yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılıq əldə olunub. Prezident İlham Əliyev bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya artıq vahid coğrafi məkan çərçivəsində çıxış edir. Bu yanaşma yeni regional arxitekturanın siyasi əsaslarını müəyyənləşdirir. Azərbaycan–Qazaxıstan tandemi bu sistemin təməl sütunlarından biridir. Prezident İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan artıq regional oyunçu deyil, qlobal proseslərdə fəal rol oynayan, lider dövlətdir. Bu liderlik dövlətimizin başçısının uzaqgörən siyasəti, prinsipial mövqeyi və milli maraqlara əsaslanan diplomatiya fəlsəfəsi üzərində qurulub. Enerji və nəqliyyat arteriyalarında liderlik mövqeyinin qorunması, Türk dünyası inteqrasiyasının siyasi və iqtisadi əsaslarının dərinləşdirilməsi və Qafqazda sülh və sabitliyin uzunmüddətli institusional təminatı. Bu istiqamətlər Azərbaycanın milli güc konsepsiyasının ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq Cənubi Qafqazda yeni geosiyasi nizamın memarı, Türk dünyasında birləşdirici qüvvə, Avrasiya miqyasında isə sabitliyin və inkişafın təminatçısıdır. Beləliklə, Qazaxıstanda səsləndirilən bəyanat təkcə diplomatik çıxış deyil, Azərbaycanın gələcək siyasi və iqtisadi vizyonunun konseptual ifadəsidir.

Əhliman Əmiraslanov
Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ