Cümə axşamı günü, 01 oktyabr 2026
     

Rusiyada milli kimliyi dərhal təyin edən küçə kameraları quraşdırılır...

Image


Bəhruz Quliyev: "Bu addımların davamı olaraq, miqrantlara qarşı daha aqressiv dalğanın başlaya biləcəyi real görünür"

Rusiyada insanın milliyyətini ayırd edə bilən kameralar peyda olub, bu barədə İnformasiya Texnologiyaları Komitəsinin sədr müavini İqor Nikonov bildirib.

Məlumata görə, Sankt-Peterburqda yerləşən 50 minə yaxın kamera 2025-ci ilin martında Qafqaz, Şərqi Asiya, Mərkəzi Asiya, Asiya və Avropa xüsusiyyətlərini, eləcə də neqroid irqini fərqləndirməyə imkan verən yeni funksionallıq əldə edib. Eyni zamanda, komitə nümayəndəsinin sözlərinə görə, kameralar konkret milliyyəti müəyyən etmək iqtidarında deyil.

İqor Nikonov qeyd edib ki, kameraların belə qabiliyyəti polisə miqrant qruplarını izləməyə, məsələn, “rezin” mənzilləri müəyyən etməyə kömək edəcək. Bununla belə, komitə nümayəndəsinin qeyd etdiyi kimi, cinayətlərin açılması ilə bağlı statistika yalnız ilin sonunda yekunlaşdıqdan sonra nəticələr barədə danışmaq tezdir.

Bildirilib ki, kameralardan istifadə edərək milliyyətin müəyyən edilməsi hələ 2025-ci ilin fevralında müzakirə olunub. Bu təşəbbüs məmurlar arasında mübahisələrə səbəb olub.

Rusiyada milli xüsusiyyətləri tanıyan, mulliyəti müəyyən edən kameraların peyda olması ölkədə nasizmin pik həddindən xəbər vermirmi?

Rusiya bununla nə etmək istəyir, miqrantlara qarşı daha aqressiv dalğa başlanıla bilərmi?

Aydındır ki, Rusiyada “etnik tanıma” qabiliyyətinə malik süni intellektlə çalışan kameralarının tətbiqi ciddi narahatlığa səbəb olub. Bu, hətta nasizmə bənzər rəngçi siyasətlə müqayisə olunur.

İlk növbədə onu qeyd etmək gərəkir ki, Rusiya bu texnologiya vasitəsilə miqrant axınını “idarə etmək” niyyətindədir. Sankt-Peterburqda “Safe City” (“Təhlükəsiz Şəhər”) proqramı çərçivəsində 8 min kameraya etnik tanıma qabiliyyəti əlavə olunub. Bildirilənə görə, bu sistem müəyyən zonalarda milli və etnik qrupların konsentrasiyasını aşkar edir. Müşahidələr əsasında dəyişiklik ehtimalı olan yerlərdə hüquq-mühafizə və güc orqanlarının fəaliyyətini optimallaşdırır.

Xəbərlərə görə, bu sistem artıq ölkə üzrə 50 min kamerada (mövcud kameraların bir hissəsində) aktivdir və hüquq-mühafizə orqanlarına “aşkar tətbiqlər” üçün məlumat verir.

Bu, miqrantlara qarşı institusional təzyiqin bariz nümunələrindən biridir. Sözügedən texnologiya miqrantların toplu şəkildə izlənməsi ilə yanaşı, iş və təhsil sahələrində məhdudiyyətlər, mobil izləmə tətbiqlərindən istifadə və biometrik nəzarət mexanizmləri ilə birgə istifadə olunur.

Eyni zamanda bu, siyasi və nəzarət məqsədləri güdür. Bu cür monitorinq sistemləri yalnız miqrantları deyil, həm də potensial dissidentləri izləməkdə istifadə olunur. Moskvanın “Safe City” sistemi artıq siyasi aktivistləri izləmək, onların həyat fəaliyyətini kriminallaşdırmaq üçün istifadə edilib.

Bu dalğanın miqrantlara qarşı daha aqressiv münasibətə yol açmaq ehtimalı çox yüksəkdir.

Moskvanın başlatdığı bu siyasət sistemli diskriminasiya kimi qiymətləndirilir. Miqrantların siniflər üzrə təsnifatını həyata keçirən bu texnologiya diskriminativ tətbiqləri gücləndirə və etnik təzyiqləri hüquqi əsasda leqallaşdıra bilər. Bu siyasət əsasında isə təhlükəsizlik pərdəsi altında repressiyalar davam edəcək. Təhlükəsizlik bəhanəsi ilə tətbiq olunan bu sistem miqrantlara qarşı zorakılıq, iş yerlərində məhdudiyyətlər, deportasiya və zorakılıq şəklində görünən dövlət siyasətini daha da genişləndirə bilər.

Belə təhlükəsizlik sistemləri üzərindən müxalifətin hədəfə alınması gözləniləndir. Bu system, həmçinin, etnik və siyasi motivli təqib üçün istifadə olunacaq ki, bu da miqrantlara qarşı repressiv siyasətin genişləndirilməsi ehtimalını artırır.

Yekun olaraq qeyd edək ki, Rusiya hökuməti bu texnologiyanı miqrantların yerləşməsini və hərəkətlərini izləmək, demoqrafik dəyişikliklərə nəzarət etmək, potensial siyasi dissidentləri öncədən müəyyən etmək məqsədilə genişləndirir.

Bu, miqrantlara qarşı daha aqressiv, institusional və sistemli diskriminasiya dalğasının başlanğıcı kimi görünür. Çünki həm hüquqi, həm də sosial baxımdan ciddi təsirlər doğura bilər.

Yolsuzlanmanın miqyası (necə, hansı formada tətbiq ediləcəyi və gələcəkdə bu sahədə hansı məhdudiyyətlər olacağı) isə diqqətlə izlənməlidir.

"Bəli artıq hamıya məlumdur ki, Rusiyada bir sıra şəhərlərdə yeni texnoloji üsullar tətbiq olunmağa başlayıb. Belə ki, milli xüsusiyyətləri tanıya bilən və şəxsin mənsubiyyətini müəyyən edən kameralar quraşdırılır. Rəsmi dairələr bunu təhlükəsizlik tədbiri kimi təqdim etsələr də, əslində bu addımın arxasında miqrantlara qarşı sərtləşən siyasətin yeni dalğası dayanır.

Tarix göstərir ki, Rusiyada müxtəlif dövrlərdə müəyyən xalqlara qarşı ayrıseçkilik, təzyiq və təqiblər mövcud olub. Bu gün tətbiq olunan texnologiyalar isə həmin təcrübəni daha sistemli və nəzarətli hala gətirir. İnsanların xarici görünüşünə, milli xüsusiyyətlərinə görə kateqoriyalara bölünməsi, düşünürəm ki, artıq klassik nasist metodlarının müasir texnologiyalarla təzahürüdür." Bunu mediaya açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert əlavə edib ki, əslində məsələ yalnız miqrantlarla bağlı deyil: "Bu yanaşma Rusiyanın daxilində yaşayan bütün qeyri-rus millətlərinə qarşı etimadsızlıq və şübhə atmosferi yaradır. Ölkənin çoxmillətli strukturunu nəzərə alsaq, bu siyasət nəinki miqrantlara, həm də milyonlarla Rusiya vətəndaşına qarşı gizli təhdidlər daşıyır.

Bu addımların davamı olaraq, miqrantlara qarşı daha aqressiv dalğanın başlaya biləcəyi real görünür. Çünki son illərdə Kremlin daxili siyasətində işğalçlıq siyasətinin ifasında “günahkar axtarışı” meyli güclənib və sosial-iqtisadi problemlərin yükü əcnəbilərin üzərinə atılmağa çalışılır. Halbuki, miqrantlar Rusiya iqtisadiyyatının bir çox sahələrində, məsələn tikinti, xidmət, kənd təsərrüfatında, xüsusilə bazarlarda əsas yükü daşıyır və Rusiyanın ayaqda qalmağına dəstək olurlar.

Hesab edirəm ki, Rusiyanın hazırkı siyasəti nəinki milli münasibətləri sabitləşdirəcək, əksinə, cəmiyyətdə gərginliyi artıracaq, ölkə iqtisadiyyatını çökdürəcək. Ən təhlükəlisi isə odur ki, bu siyasət beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olaraq, ölkəni nasist yanaşmasının təhlükəli sərhədlərinə yaxınlaşdırır"- deyə B. Quliyev bildirib.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ