Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycan Ermənistandan tələb edəcək - Qarabağa yönəlik bütün siyasi hərəkətlər yasaqlansın...

Image


Separatçılığa dövlət dəstəyi açıq saziş pozuntusu kimi dəyərləndirilə və Azərbaycanın güclü təzyiq aləti ola bilər

Ermənistanla Sülh sazişinin VIII (8-ci) maddəsi tam olaraq bu məzmunu əhatə edir: tərəflər separatizm, irqi ayrıseçkilik, zorakı ekstremizm və terrorizmin bütün formalarını pisləyir və öz yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar, həmçinin bununla bağlı beynəlxalq öhdəliklərinə əməl edəcəklər.

8-ci maddə imkan verəcəkmi ki, sülh müqaviləsi imzalanandan sonra Ermənistanda Qarabağ mövzusunda yeni hərəkat başlatmaq, bu mövzuda təşkilatlanmaq, Qarabağ mövzusunu yenidən ölkənin siyasi həyatına qaytarnaq cəhdlərini separatizm kimi dəyərləndirərək, onun dayandırılmasını Ermənistandan tələb etsin? Azərbaycanın belə bir hüquq və səlahiyyəti olacaqmı?

Baki-xeber.com-a görə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin VIII maddəsi tərəflərin separatizm, irqi ayrıseçkilik, zorakı ekstremizm və terrorizmə yol verməməsi öhdəliyini təsbit edir. Amma bu maddənin praktiki tətbiqinə baxdıqda, daxili siyasi fəaliyyət və “söz azadlığı” baxımından manipulyasiyaya yol verilə bilər. Ermənistan daxilində hansısa qrup və ya siyasi hərəkat “Qarabağ bizimdir” mövqeyini təbliğ edərsə, bu, avtomatik “separatizm” kimi təsnif olunmur. Bu, ilk növbədə Ermənistanın konstitusiya və qanunları çərçivəsində siyasi fəaliyyət və ifadə azadlığı kimi görünə bilər. Ermənistan "söz azadlığı"nı bəhanə edərək spekulyasiyaya gedə bilər.

Əgər belə hərəkat təkcə təbliğatla kifayətlənməyib, Ermənistan dövlətinin rəsmi siyasətinə təsir göstərmək, Qarabağa yenidən iddia irəli sürmək, yaxud Azərbaycana qarşı təşkilatlanmış hərəkata çevrilmək istiqamətində fəaliyyət göstərsə, onda artıq bu, sazişin VIII maddəsinə zidd kimi qiymətləndirilə bilər. O zaman Azərbaycan Ermənistan hökumətindən sülh sazişinin VIII maddəsinin işə salınmasını tələb edə bilər.

Azərbaycan birbaşa Ermənistandakı qrupları dayandırmaq səlahiyyətinə malik olmayacaq. Amma hüquqi əsas yaranacaq rəsmi İrəvandan tələb etsin ki, bu cür hərəkatların qarşısını alsın, çünki Ermənistan sazişlə bu öhdəliyi üzərinə götürüb.

Əgər Ermənistan buna göz yumsa, Azərbaycan beynəlxalq aləmdə (BMT, ATƏT, Avropa qurumları və s.) sazişin pozulması faktına istinad edə bilər və bunu diplomatik-siyasi təzyiq aləti kimi istifadə edər.

Beləliklə, bəli, VIII maddə Azərbaycanın əlini gücləndirir. Ermənistan Qarabağ mövzusunda yeni separatçı siyasi hərəkata rəvac verərsə, Azərbaycan bunu sülh sazişinin pozulması kimi qaldıra bilər.

Amma Ermənistan daxilində hansısa partiyanın təkbaşına “biz Qarabağı heç vaxt unutmuruq” deməsi “separatizm” hesab edilməyəcək. Bu, ancaq dövlətin dəstəyi və təşkilatlanma ilə real təhlükəyə çevrilərsə hüquqi əsas qazanır.

VIII maddənin praktik tətbiqinin üç fərqli ssenarisini nəzərdən keçirək.

Tutaq ki, bu barədə sadəcə ritorika və şüar səviyyəsində bəyanatlar verilir. Təsəvvür edək ki, Ermənistanda bəzi partiyalar, ictimai təşkilatlar və ya fərdlər “Qarabağ Ermənistandır” tipli şüarlar səsləndirirlər. Amma bu fəaliyyət Ermənistan dövlətinin rəsmi siyasətinə çevrilmir, qanunvericiliklə dəstəklənmir. Onda bu hal “ifadə azadlığı” çərçivəsində qalır, avtomatik olaraq separatizm hesab olunmur.

Azərbaycan bunu gündəmə gətirə bilər, amma bunu Ermənistanın öhdəlik pozuntusu kimi göstərmək çətin məsələ olacaq.

Lakin bu istiqamətdə siyasi təşkilatlanma və kampaniyalar başlayacaqsa, bu artıq VIII maddənin işə düşməsinə əsas yaradacaq.

Tutaq ki, Ermənistanda partiyalar və ya hərəkatlar formalaşır, məqsəd “Qarabağın statusunu yenidən müzakirəyə gətirmək” olur. Onlar Ermənistanda siyasi təsir gücü toplamağa başlayır, parlament və hökumətə təzyiq etməyə çalışırlar.

Burada artıq “separatizmə rəvac vermək” risqi yaranır, çünki bu fəaliyyət Ermənistanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. Azərbaycan İrəvandan tələb edə bilər ki, bu hərəkatların qarşısını alsın və ya onların fəaliyyətini məhdudlaşdırsın.

Əgər Ermənistan bunu etməsə, Azərbaycan beynəlxalq tribunalarda sazişin pozulmasına istinad edə bilər.

Digər tərəfdən, tutaq ki, Ermənistan hökuməti və ya rəsmi strukturlar Qarabağ məsələsini yenidən qaldırır. Məsələn, parlamentdə qərar qəbul edilir, hökumət Qarabağda qondarma “idarəçilik” qurumlarını maliyyələşdirir, yaxud açıq şəkildə separatçı qruplara yardım göstərir. Bu, artıq VIII maddənin açıq-aşkar pozulmasıdır.

Bu halda Azərbaycanın hüquqları aşağıdakılardan ibarət olacaq:

- Ermənistanı sazişi pozmaqda ittiham etmək;

- Beynəlxalq təşkilatlara müraciət edərək hüquqi və diplomatik təzyiq göstərmək;

- Hətta sazişin pozulması əsasına görə müqavilədən irəli gələn digər öhdəlikləri müvəqqəti dayandırmaq (məsələn, iqtisadi əməkdaşlıq və ya kommunikasiyalarla bağlı).

VIII maddə Azərbaycana birbaşa Ermənistandakı hər hərəkatı bağlama səlahiyyəti vermir. Amma bu, hüquqi baza yaradır ki, separatizmə rəvac verilməməyi Ermənistandan tələb etsin. Sadəcə ritorika siyasi məsələ kimi qiymətləndirilməməlidir. Siyasi təşkilatlanma hüquqi və diplomatik təzyiq imkanı yaradır. Dövlət dəstəyi isə açıq saziş pozuntusu kimi dəyərləndirilə və Azərbaycanın güclü təzyiq aləti ola bilər.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ