Cümə axşamı günü, 01 oktyabr 2026
     

Yeddi Çayarası... Qazax-qırğız-uyğur xalqlarının soyqırımı mərhələləri... 1916-1920-ci illər...

Image


Astana şəhərində N.Nəzərbəyov, Liverpul və Oksford universitetlərinin tarix üzrə professoru, Niderland əsilli A.S.Morrison (1978) Rusiya dövlətinin müstəmləkə siyasətini tədqiq edərək belə bir elmi-nəzəri mülahizə irəli sürmüşdür ki, 1916-1920-ci illərdə Mərkəzi Asiyada yerli, kökənli əhaliyə qarşı “yad münasibət”, bu ərazilərə köçürülən ruslara isə “daha doğma, isti qayğı” göstərilməsi nəticəsində sonda 1916-ci ildə Milli-Azadlıq hərakatı yaranmışdır. Bu milli-dini ayrıseçkilik ilk növbədə çar Rusiyasının Milli Ucqarların “ruslaşdırılması”, Stolıpin “aqrar islahatı” siyasətinin yerli xalqlar tərəfindən itirilən maddi-mənəvi dəyərlərin qorunub saxlanılması uğrunda mübarizə ilə nəticələnmişdit.

Haşiyə. 1906-1911-ci illərdə çar Rusiyasının daxili işlər və baş naziri olmuş P.A.Stolıpin (1862-1911) “Aqrar siyasəti”nin və imperator II Nikolayın (1868-1918) 25 iyun 1916-cı il tarixli Fərmanı (Türküstan diyarının Türk-Müsəlman əhalisinin 19-43 yaşlı təbəqəsinin arxa cəbhəyə zorla cəlb edilməsi, kökənli imkanlı əhalinin maliyyə varidatını ələ keçirilməsi barədə) nəticəsində Orta Asiya bölgəsinin siyasi, hərbi, iqtisadi, demoqrafik (Mərkəzi Qaratorpaq bölgəsindən köçürülən rusların kütləvi surətdə əsasən bölgənin kənd təsərrüfatı təyinatlı münbit torpaqlarında yerləşdirilməsi)....işğalı acınacaqlı və dözülməz səciyyə daşıdığı üçün 1916-1920-ci illər Milli-Azadlıq mübarizəsi geniş miqyas kəsb etmiş (Qazaxstan, Özbəkstan, Qırğızstan, Uyğurstan....) və güclü milli-mənəvi müqavimət hərakatına çevrilmişdir....

Rusiya imperiyasının bu siyasi-hərbi, ictimai-iqtisadi siyasəti həm də diyarın maddi-mülki zənginliyini ələ keçirmək, təbii-istehsal ehtiyatlarına yiyələnmək və istehsal müəssisələrini ucuz xammalla təmin etmək, beynəlxalq strateji əhəmiyyətli logistika istiqamətinə yiyələnmək... məqsədi/niyyəti güdmüşdür.

1868-ci ildən sonra general Q.A.Kolpakovskinin (1819-1896) səyi ilə (“Yeddi Çayarası”nda müvəqqəti yerləşdirilən kəndlilərin hüquqları barədə” qərarı əsasında) Türk-Müsəlman qovmünü sayı və sosial tərkibi xeyli dərəcədə dəyişilmiş, rusların bölgə üzrə bərəkətli, münbit torpaqlarda, qədim tarixi yaşayış məntəqələrində məskunlaşdırılması geniş vüsət almışdır (1897-ci il Ümumrusiya əhali siyahıyaalmanın nəticələrinə görə Qazaxstanın cəmi 4 milyon 471 min 800 nəfər əhalisinin artıq 532 min 700 nəfəri (11%) ruslardan ibarət idi). Statistik məlumatlara əsasən 1916-cı ildə “Yeddi Çayarası” inzibati ərazi-hövzəsinin kökənli əhalisi əkin torpaqlarının 48%-ni istifadə etmişdir. Ümumi əhalinin sayına görə cəmi 6% təşkil edən ruslar isə qiymətli törpaq örtüyünün 42%-dən yararlanmılar.

Türküstan diyarında (Qazaxstan, Orta və Mərkəzi Asiya hüdudlarında) Türk-Müsəlman əhalisinə qarşı çar Rusiyasının müstəmləkə siyasəti və soyqırım qətliamlarının icraçıları sırasında həmçinin generallar Q.A.Kolpakovski, A.N.Kuropatkin (1848-1925), eləcə də, kəşfiyyat xidmətinin rəhbəri V.F.Jeleznyakov (1881-1938)...başlıca rol oynamışlar.

Dəşti-Qıpçaq düzəngahının cənub-şərq qurtaracağında, Balxaş gölü ilə Ala/Ulu-Tanrı dağları və Issık-Kul gölü arasında hövzə yaradan 7 çayın (İli, Çu, Ağsu, Qaratal, Göysu, Narın, Təntək) yatağına uyğun olaraq bu coğrafi məkan “Yeddi Çayarası” adlanır və əski Türk dünyasının qədim tarixini, maddi-mədəniyyət ocaqlarını, Təkamül və Təbəddülat mərhələlərini yaşadır, əsasən Sarı Türklərin-Uyğurların məskunlaşdığı bölgələr sırasındadır. Sabir/Sibir Türkləri, Qıpçaq/Biçənək, Hun-Quz/Oğuz...Türkləri ilə qonşuluq təşkil etsələr də etnomilli soy kökünə görə eyni əski fonetik dil strukturuna, yəni Altay Ailəsinə mənsubluğu səbəbindən Uyğurlar həm rus, həm də çin qəsbkarlarının faciəvi hərbi təcavüzlərinin zaman-zaman qurbanları olmuşlar.

1916-1920-ci illər ərzində çar Rusiyası və inqilabçı/bolşevi Rusiyasının Mərkəzi Asiyada, Qazaxstan və Türküstan diyarında, eləcə də, Yeddi Çayarasının Türk-Müsəlman xalqlarına qarşı törətdikləri soyqırım faciələrinə həsr edilmiş Beynəlxalq elmi müşavirə 20-21 may 2016-cı il tarixdə 10 ölkədən (Avstraliya, Yaponiya, Qazaxstan, Polşa, Fransa, Çin, ABŞ, Rusiya...), 30 alim-tədqiqatçı, siyasətçi, ədəbiyyatşünas, antropoloq və incəsənət nümayəndəsinin iştirakı iləMərkəzi Asiyanın Amerika Universitetinin təşkilatçılığı ilə yerləşdiyi Bişkek şəhərində keçirilmişdir.

Siyasi-elmi müzakirələrin əsas mövzusu bu illər ərzində Türk-Müsəlman ocaqlarının tarixi məskunlaşma ərazilərindən olan Mərkəzi Asiyada Qazax, Qırğız, Özbək, Türkmən, Uyğur, Tacik...xalqlarına qarşı Rusiya hakimiyyəti tərəfindən yürüdülən siyasi-hərbi siyasət nəticəsində 20-270 min nəfər, bəzi rəqəmlərlə 1 milyon nəfərə yaxın dinc əhalinin amansız qətliamları/soyqırım faciələrinin hüquqi-sənədli qiymətləndirilməsi olmuşdur.

Şimali Qazaxstan çöllərindən başlayaraq Fərqanə vadisi və Turfan düzəngahınadək, Təcən çayı sahillərinə qədər geniş tarixi-coğrafi ərazilərin çar Rusiyası tərəfindən XIX əsrin II yarısında həyata keçirilən işğalçılıq siyasəti və qanl hərbi yürüşlər 1916-1920-ci illər Türküstan diyarının Türk-müsəlman əhalisinin soyqırımına səbəb olmuşdur. Həmin təməl olaylarının və xronoloji ardıcıllığı aşağıdakı kimidir:

-1850-ci ildə rus hərbi dəstələri (kazak qüvvələri ilə birlikdə) Yeddi Çayarasına və Aral dənizi ətrafı hövzəyə hücum edərək Kokand/Kökənli xanlığı ərazisində qətliamlar və ağır vuruşlar törətdi, ilkin olaraq Qazax dövləti və Türküstan diyarında hərbi mövcudluğunu qura bildilər. Həmin ilin aprel ayında rus ordusunun kapitanı (1866-cı ildən general-mayor) K.K.Qutkovski (1815-1867) bölməsi ilə İli çayının sol sahilinə çıxaraq (50 nəfər piada döyüşçü, 175 kazak qüvvəsi-2 topla birlikdə) hərbi istehkamlarında möhkəmləndilər;

-1851-ci ildə polkovnik İ.S.Karbışev (1795-1864, Sovet ittifaqı Qəhrəmanı, general-leytnant, professor D.M.Karbışev (1880-1945) bu nəsildən olub) Töycübəy qalasına (Qazaxstan Respublikasının Kaskelen şəhəri ərazisi) hücum edərək ümumilikdə Yeddi Çayarasını ələ keçirdi;

-3-27 iyul 1853-cü il tarixdə 7-13 min nəfərlik rus ordusu qüvvələri Sır-Dərya çayının mənsəbində Ağ Məscid şəhərinə hücum edərək qalanı və bölgəni işğal etdilər.

Krım müharibəsinin başlanması (1853-1856-cı illər) çar Rusiyası tərəfindən Qazaxstan və Türküstan diyarının işğalını, Türk-Müsəlman əhalisinin soyqırımını....müəyyən müddət təxirə saldı....

Haşiyə. Qazax dövlətinin cənub-şərq ərazilərinə (Carkənd nahiyəsinin hövzəsi, Uyğurstan dövləti ilə həmsərhəd) və Amu-Dərya çayı boyunca (mərkəzi Türküstan diyarı) təcavüz niyyətini yürüdən çar Rusiyası 1715-1717-ci illərdə general-mayor İ.D.Buxqolts (1671-1741, I Pyotrun (1682-1725) silahdaşı) və knyaz A.Bekoviç-Çerkasski (müsəlman Dövlət Gəray mirzə (1672-1717), Xivə xanlığına hərbi yürüşün (1714-1717) rəhbəri, öldürülüb) tərəfindən aparılan “qızıl yataqlarının axtarışı” və “çay yataqlarının tədqiqi” adı altında hərbi-kəşfiyyat ekspedisiyaları Türküstan diyarının müqaviməti ilə üz-üzə qaldığından, ağır məğlubiyyətə uğradığından işğal müddətinə yüz ildən çox fasilə verilmişdir...

(Ardı növbəti yazılarda)

Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi
R.S.
Daşkənd şəhəri işğalının Rusiya imperiyası tarixində yeri barədə Y.D.Yujakov 1881-ci ildə Sankt-Peterbur şəhərində çap etdirdiyi “Daşkənd şəhərinin alınmasının 15 illiyi” adlı əsərində (15 səhifə) yazmışdır -“Daşkənd şəhərinin zəngin Fərqanə vadisinə və daha cənuba doğru Rusiya imperiyasının yolu açılmışdır...”




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ