Cümə axşamı günü, 01 oktyabr 2026
     

Qulyan kimi quldurların heykəlinə Qarabağda yer ola bilməzdi...

Image


Qasım Hacıyev: “Əli yüzlərlə azərbaycanlının qanına batan, Xocalı soyqırımında, Şuşanın işğalında yaxından iştirak edən bir caninin, separatçının saxta abidəsinin Xankəndidə qalması böyük ədalətsizlik olardı”

Azərbaycan torpaqları işğal altında olduğu dövrlərdə ermənilər əli azərbaycanlıların qanına batan bütün terrorçulara heykəl qoydular, onları “qəhrəman” kimi qələmə verməyə başladılar. Əslində isə onların hər biri müharibə canisi idi.

Ermənilərin “qəhrəmanlaşdırdığı”, abidəsini qoyduğu canilərdən, terrorçulardan biri də Qarabağda azərbaycanlılara qarşı saysız cinayətlər törədən terrorçu, separatçı “Bekor” ləqəbli Aşot Qulyan olub ki, onun da abidəsi 2024-cü ilin fevralında Xankəndi şəhərində sökülüb. Ermənilər buna öz aləmlərində “cinayət” donu geydirməyə çalışırlar. Bekorun heykəlinin sökülməsindən narazı qalıblar, guya onun abidəsi Azərbaycan ərazilərində qalmalı imiş.

Bəs görək A.Qulyan hansı cinayətlərə “imza atıb”?

Bekor (şüşə qırığı) ləqəbli Aşot Qulyan 1959-cu ilin 5 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1975-ci ildə Qulyanlar ailəsi əvvəlcə Ağdam rayonunun Xındırıstan kəndinə, daha sonra isə Xankəndi şəhərinə köçüblər. Qarabağda yaşadığı dövrdə sürücü, dərzi və bənna kimi müxtəlif işlərdə çalışan Bekor bu yolla ailəsini dolandırıb. Hərbi biliklərinin olmasına görə, müharibənin başlamasından az əvvəl kustar üsulla hazırlanmış əl qumbaralarının düzəldilməsində yaxından iştirak edib.

Qarabağ müharibəsinin başladığı 1991-ci ildən etibarən Bekor Aşot əmək fəaliyyətinə son verərək döyüşlərə qatılıb. Xankəndi şəhərinin işğal olunmasında canfəşanlıq edib, daha çox qan töküb, baş kəsib “ fərqlənib” və bundan sonra Ermənistan rəhbərliyinin diqqətini çəkərək hərbi döyüşlərdə de-fakto səhra komandiri olaraq xidmət edib. Aşot Qulyan ölümünə qədər apardığı döyüşlərdə bir necə dəfə yüngül və ağır güllə yaraları aldığı üçün döyüşçü yoldaşları tərəfindən Bekor (şüşə qırığı) ləqəbi ilə tanınırdı.

Şuşanın işğalı zamanı şəhərə daxil olan erməni batalyonlarından birinə rəhbərlik edən Bekor Aşot Xocalı faciəsinin törədilməsində də yaxından iştirak edib. O, ümumiyyətlə Qarabağ müharibəsi dövründə öz batalyonu ilə birlikdə Əsgəran, Hadrut, Aşağı Ağcakənd, Daşaltı, Xocavənd və Xocalı məntəqələrinin işğal olunması əməliyyatlarında iştirak etməklə yanaşı, bəzi döyüşlərə də rəhbərlik edib.

Aşot Qulyanın artan nüfuzuna baxmayaraq, terrorçu 1992-ci ilin 24 avqust tarixində Ağdərə rayonunun Ballıqaya kəndində Azərbaycan ordusunun snayperi tərəfindən açılan atəşlə öldürülüb. Ölümündən sonra Ermənistanın və qondarma rejimin bir necə medal və ordenlərinə layiq görülüb. Həmin medallardan Hərbi Xaçı qeyd etmək olar. Xankəndi şəhərində abidəsi mövcud olub və 2024-cü ildə sökülüb.

Ermənilərin Xankəndidə icazəsiz olaraq “Bekor” adı verdikləri parkda Aşota qoyduqları heykəl artıq yoxdur, ekspertlər yaxşı deyirlər, Qarabağın müxtəlif ərazilərində işğal vaxtı ucaldılan separatçı və terrorçulara məxsus müxtəlif tipli barelyef, abidə kompleksi, monumental abidə , büst və heykəllərin torpaqlarımız azad olunduqdan sonra sökülməsi Azərbaycan dövlətinin halal haqqıdır.

Şuşanın işğalında, Xocalı soyqırımının həyata keçirilməsində, digər ərazilərimizdə xalqımıza qarşı törədilən qırğınlarda yaxından iştirak edən və qəhrəman snayperimiz tərəfindən vurulan Bekor adlı caninin, separatçının Azərbaycan torpağında heykəli niyə qalmalı idi? Azərbaycan çox düzgün edib separatçının heykəlini söküb atıb. Əli xalqımızın qanına batan bir terrorçunun, separatçının abidəsinin bu torpaqda qalmasının özü tarixi ədalətsizlik olardı.

“Müharibə canisi Qulyanın heykəlinə şəhidlərimizin qanı tökülən torpaqda yer ola bilməzdi, olmadı da”

Tarix elmləri doktoru, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin hələ də xülyalarla yaşaması, caniləri qəhrəmanlaşdırması təəssüf doğurur. “Arsax” adlı dövlətin və xalqın olmadığını deyən Q.Hacıyev bildirdi ki, bu, Ermənistan tərəfindən saxta, süni yolla yaradılan separatçı bir təşkilat idi, onun dövlətlər tərəfindən qəbul edilən bir aktı yox idi. “Ermənilər Azərbaycan torpaqlarının bir hissəsində bu cür saxta təşkilat yaratdılar. Bu da çox absurd, ləyaqətsiz bir hərəkət idi. Dünyanın heç bir yerində belə biabırçılıq yox idi ki, onu ermənilər etdilər. Ermənilər onlara öz torpağında yaşamaq üçün yer verən Azərbaycana xəyanət etdilər və Azərbaycanın içində “dövlət” yaratmaq iddiasına düşdülər. Bu gün ermənilər çox haqsız olaraq Azərbaycanı ittiham edirlər ki, Azərbaycan onların “milli qəhrəmanlarının” heykəllərini sökür. Kimdir Aşot Qulyan? Əli yüzlərlə azərbaycanlının qanına batan, Xocalı soyqırımında, Şuşanın işğalında yaxından iştirak edən bir caninin, separatçının saxta abidəsinin Xankəndidə qalması böyük ədalətsizlik olardı. Aşot cani, separatçı olmaqla yanaşı, həm də öz doğulduğu torpağa xəyanət edən bir satqın olub. Bakıda doğulub, Qarabağda yaşayıb, Azərbaycanın çörəyini yeyib, suyunu içib sonra da bizə xəyanət edib. Aşot ona çörək verən, yaşamasına şərait yaradan xalqa qarşı separatçılıq edib, cinayət törədib. Aşot Qulyan kimi yüzlərlə Azərbaycan gəncinin qətlində iştirak edən, dövlətçiliyimizə zərbə vuran bir caninin heykəli niyə Azərbaycanda qalmalı idi? Qulyanın abidəsinin bu torpaqda qalmaq haqqı yox idi və o daş parçası da artıq mövcud deyil. Ermənilər danışanda bilsinlər ki, nədən və kimdən danışırlar”.

Q.Hacıyev qeyd etdi ki, ermənilər azərbaycanlılara qarşı cinayət törədənlərə istəyirlər Hindistanda, istəyirlər fars qardaşlarının yanında - İranda, istəyirlərsə də onlara dövlət yaradan Rusiyada abidə qoysunlar, amma heç onlar da buna imkan verməz. “Separatizmin adını “milli azadlıq mübarizəsi” qoyub Qarabağda azərbaycanlıların qanını tökdülər, o biri tərəfdən də azərbaycanlıların tökülən qanının üzərində gətirib cani Aşot Qulyana “abidəni” qoydular, amma o heykəl orda qala bilməzdi. Müharibə canisi Qulyanın heykəlinə şəhidlərimizin qanı tökülən torpaqda yer ola bilməzdi, olmadı da. O heykəl sökülməli idi və söküldü də. Buna görə Azərbaycanı heç kəs ittiham edə bilməz. Əksinə, Azərbaycan tarixi ədaləti bərpa etdi və bu belə də bilinməlidir”-deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ