Cümə axşamı günü, 01 oktyabr 2026
     

Üç super dövlət Kəlbəcəri 30 il azad edə bilmədi - Əliyev bir güllə atılmadan oyunları pozdu...

Image


Akif Nağı: “Azərbaycan Prezidenti həm hərbi, həm də diplomatik uğur nəticəsində Kəlbəcərin işğalına son qoydu”

Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə, ATƏT-in Minsk qrupunun 30 il bölgəyə ayaq döyməsinə baxmayaraq, torpaqlarımızın işğaldan azad edilməsi düz 30 il çəkdi.

Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələr qəbul etməsi, lakin 30 il ərzində bu sənədlərin kağız üzərində qalması bir danılmaz faktdır.

Bu məsələ ilə məşğul olan Fransa, Rusiya və ABŞ münaqişəni həll etmək əvəzinə, daha çox onu dondurmaq istiqamətində işlər aparırdı. Bu da gizlin deyil ki, Minsk qrupu və həmsədr ölkələr erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdılar, bütün hallarda erməni işğalını müdafiə edirdilər. Amma Azərbaycan Prezidentinin qətiyyətli və məqsədyönümlü daxili və xarici siyasəti nəticəsində Kəlbəcər bir güllə atılmadan işğaldan azad edildi. Yəni Azərbaycanın 30 il Ermənistanın işğalı altında olan ərazilərinin böyük hissəsi müharibə yolu ilə geri qaytarılsa da, Kəlbəcər, Laçın və Ağdam bir güllə belə atılmadan azadllğına qovuşdu.

Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində buraya köçən sakinlərlə görüşdə bu məsələyə də toxundu: “...Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur. Yəni, Kəlbəcər bir güllə atılmadan azad edildi...”

“ATƏT-in Minsk qrupunun həmsədrləri Kəlbəcəri qaytarmamaq üçün çox böyük məkrli oyun qurmuşdu və Azərbaycan Prezidenti bu oyunu dağıtdı”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Kəlbəcər ətrafında çox böyük oyunlar gedirdi və Kəlbəcər Qərb ölkələrinin və Rusiyanın maraq dairəsində idi. A.Nağı qeyd etdi ki, Kəlbəcərin işğalından bir neçə ay əvvəl

Rusiya rəhbərləri Kəlbəcərdə ən azından bir rus batalyonun yerləşməsini istədiklərini gizlətmirdilər: “Deyirdilər ki, əgər orda Rusiyanın bir batalyonu yerləşməsə hər şey başqa cür olacaq. Yəni Azərbaycanı hədələyirdilər. Doğrudan da aprel ayının 2-də Kəlbəcərə həm Qarabağın dağlıq hissəsindən, həm də Ermənistan ərazisindən hücum təşkil olundu. Ermənistan tərəfindən hərbiçilər Kəlbəcərin üzərinə yeridildi. Burda Ermənistanla yanaşı ilk dəfə Rusiya hərbiçilərinin də iştirakı ilə bağlı faktlar ortaya çıxdı, radio danışıqları tutuldu. Bu mənada Kəlbəcər Rusiyanın və Ermənistanın birgə iştirakı ilə işğal olundu. Azərbaycanda çox ciddi hakimiyyət böhranı yarandı və sair.

İşğaldan sonra danışıqlar prosesində Minsk qrupu Kəlbəcər məsələsi ilə bağlı hansısa konkret mövqe ortaya qoymaq istəmirdi. Bilirsiz ki, onların irəli sürdüyü təkliflərdə Kəlbəcər, Laçın ayrıca bir bənd kimi saxlanılırdı. 2007-2008-ci illərdə əvvəlcə “Madrid prinsipləri”ni, sonra yenilənmiş “Madrid prinsipləri” deyilən sənədi ortaya gətirdilər. Orda da Kəlbəcər və Laçının geri qaytarılması qeyri-müəyyən vaxta saxlanılırdı. İctimai fikirdə də belə rəy vardı ki, ola bilsin, hansısa rayonlar qaytarılsın, amma Kəlbəcər və Laçın qaytarılmayacaq. Laçının və Kəlbəcərin də Azərbaycan üçün çox böyük əhəmiyyəti vardı. Həmsədr ölkələr Kəlbəcərlə bağlı oyunlar oynamaq istəyirdilər. Həmsədr ölkələrin Azərbaycana qarşı ən mürtəce mövqelərindən biri Kəlbəcərlə bağlı idi. Kəlbəcərin geri qaytarılmasını qeyri-mümkün edib çətinləşdirmişdilər. Ermənilər də Kəlbəcərin geri qaytarılmasını real saymırdılar, Kəlbəcərdə sürətlə məskunlaşırdılar. Sovet hakimiyyəti dövründə “Şaumyankənd rayonu” deyilən qondarma bir bölgə yaratmışdılar, onun da bir hissəsində guya erməni əhali yaşayırdı. Müharibənin gedişində onlar da Kəlbəcərə köçmüşdülər...Bu şəkildə işlər gedirdi. Kəlbəcərdə kütləvi olaraq qanunsuz məskunlaşdırma işləri gedirdi. Kəlbəcər işğaldan azad olunduqdan sonra ermənilərin ordan çıxması da çox çətin oldu, müqavimət göstərirdilər, çıxmaq istəmirdilər, biabırçılıq edirdilər, nə var hamısını söküb aparırdılar, eybəcər işlər görürdülər, apara bilmədiklərini yandırırdılar. Ermənilərin çox böyük ümidləri var idi ki, ordan çıxmayacaqlar. Amma məsələləri özümüz həll etdik. Yəni 1992-ci ildə bu yarıtmaz həmsədrlik institutu yaranandan 2020-ci ilə qədər onların fəaliyyəti Ermənistanın işğalına haqq qazandırmaq, hüquqi don geydirmək idi. Həmsədrlər Azərbaycan torpaqlarının Ermənistana, ermənilərə verilməsinə xidmət edirdilər. ATƏT-in Minsk qrupunun ermənipərəst mövqeyi ucbatından biz 30 il bu problemi yaşadıq. Qarabağ Azadlıq Təşkilatı olaraq dəfələrlə ATƏT-in Minsk qrupu həmsədrtlərinin səfərlərinin qarşını almaq üçün aksiyalar keçirirdik. Onların iclas keçirdikləri zallara daxil olurduq.

2017-ci ildə ATƏT-in Minsk qrupunun yaranmasının 25 illiyi idi. Onunla bağlı biz simvolik tabutlar düzəltdik və həmin tabutları da aparıb BMT-nin qarşısına qoyduq, aksiya keçirdik ki, götürün meyitlərinizi, bunlar artıq meyitdilər.

Bu gün onların diri meyit olduqları ortadadır, təsdiqlənir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də aydın şəkildə deyir ki, ATƏT-in Minsk qrupu həmsədrlik institutu bitib. Onların həmsədrləri fəaliyyətsizdir, bu ölü bir qurumdur, o ləğv olunmalıdır. Azərbaycan nə deyir onu da edir.

ATƏT-in Minsk qrupunun həmsədrləri Kəlbəcəri qaytarmamaq üçün çox böyük məkrli oyun qurmuşdu və Azərbaycan Prezidenti bu oyunu dağıtdı. Burda bir mühüm cəhəti qeyd edim ki, Azərbaycan Prezidenti həm hərbi, həm də diplomatik uğur nəticəsində Kəlbəcərin işğalına son qoydu. Deyirlər ki, heç bir döyüş olmadan, qan tökülmədən, bir güllə atılmadan Kəlbəcər, Laçın, Ağdam işğaldan azad olundu. Bu, məsələnin görünən tərəfidir. Amma Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatların nəticəsində ermənilər Ağdamdan, Laçından, Kəlbəcərdən çıxmalı oldular. Azərbaycanın hərbi qələbələri Ermənistanı məcbur etdi ki, həmin ərazilərdən çıxsınlar. Eyni zamanda Azərbaycan Prezidentinin çox böyük xidməti oldu ki, qan tökülmədi, ağır döyüşlər getmədi, Kəlbəcər, Ağdam, Laçın dinc yolla azad olundu. Bu, Azərbaycan Prezidentinin çox böyük uğuru idi”.

A.Nağının sözlərinə görə, üç həmsədr ölkənin bacarmadığını Azərbaycan Prezidenti bacardı: “Bunlar – Rusiya, ABŞ və Fransa dünyanın guya üç aparıcı ölkəsi idi. Amma onlar buna nail ola bilmədilər, daha doğrusu, bunu istəmədilər. Azərbaycan heç kəsin əldə etmədiyini əldə edib. Ermənistanla Azərbaycan arasında sülh prosesi də Azərbaycanın diqtəsi altında gedir. Vaşinqtonda toplantı keçirildi və toplantıda ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri iştirak etdi. Orda da Azərbaycanın fəaliyyəti nəticəsində o uğurlar əldə edildi...”

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ