Cümə axşamı günü, 01 oktyabr 2026
     

Zəngəzur dəhlizinin 5 ilə açılması real vaxt deyil - Uraloğlu yanlış düşünür?..

Image


Məhəmməd Əsədullazadə: "8 avqust sənədi" əsasən “siyasi niyyət bəyannaməsi” səviyyəsindədir və onun tam hüquqi-məcburi status alması üçün bir sıra texniki və siyasi maneələr qalmaqdadır"

Zəngəzur dəhlizi beş ildən sonra tamamilə həyata keçiriləcək. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk" telekanalının efirində Zəngəzur dəhlizinin komponenti olacaq Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti barədə danışarkən deyib.

"224 kilometrlik xətt sərhədlərimiz daxilindədir. Naxçıvan ərazisində 170 kilometrlik xətt var, onun 150 kilometri hazırdır və bərpa olunacaq, 20 kilometr isə tikiləcək. Bunu Azərbaycan edəcək. Bizim tərəflə eyni vaxtda tamamlanacaq. Qarsda qatara minən adam yolu Bakıya qədər davam edə biləcək. Zəngəzur 43 kilometrlik xətdir, ən gec bu hissənin tikintisi başlayacaq. Dəhliz beş il sonra tam reallaşacaq", - deyə nazir vurğulayıb.

Uraloğlu əlavə edib ki, xətt Qarsdan Tuzluca, İğdır, Aralık, Dilucuya, oradan Naxçıvana və ardınca Zəngəzur dəhlizinə, oradan isə Azərbaycanın əsas hissəsinə çatacaq:

"Dörd-beş il tamamlama üçün normal müddətdir və xarici kredit sənədləri imzalandığı üçün heç bir maliyyə problemi yoxdur. Şirkət maliyyələşməni gözləmir, 2,4 milyard dollarlıq layihədir. Türkiyədə iki güclü şirkətin konsorsiumu tərəfindən tikiləcək".

Abdulkadir Uraloğlu deyir ki, Zəngəzur dəhlizi 4-5 ilə işə düşəcək, ən sonda isə 43 km-lik hissə tikilməyə başlayacaq. Əvvəla Zəngəzur dəhlizinin 5 ilə işə düşməsini anlamaq çətindir, nəyə görə belə uzun çəkməlidir? Artıq Azərbaycanda yolun əsas hissəsində dəmir yolu demək olar ki, hazırdır. Qalır yalnız 43 km-lik hissə, bu da bir neçə aya tikilib başa çatdırıla bilər. Ola bilsin ki, yolun Avropaya qədər uzanan hissəsini tikmək vaxt aparsın, amma Turkiyəyə qədər olan hissə razılaşmadan bir neçə ay sonra işə düşə bilər.

Digər tərəfdən, nədən yolun tikintisinə mübahisəli və "açar hissə"dən - Zəngəzur dəhlizindən başlanılmır, bu tikinti sona saxlanılır?

Baki-xeber.com saytınin sualını cavablandıran politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Zəngəzur dəhlizi layihəsi həm geosiyasi, həm texniki, həm də diplomatik baxımdan olduqca mürəkkəbdir: "Zəngəzur dəhlizinin tikintisinin 4-5 il çəkə bilməsinin səbəbi texniki məsələ deyil. Əslində Azərbaycan öz ərazisində dəhlizin böyük hissəsini artıq tikib, yəni Horadizdən Arazdəyənə qədər olan dəmir yolu və infrastruktur sürətlə tamamlanır. Problem əsasən Ermənistan ərazisindən keçən 43 km-lik hissədədir. Çünki bu məsələdə konkret öhdəlik yaradan siyasi razılaşma yoxdur. Ermənistan hələ də bu dəhlizi "eksterritorial" (yəni suverenlikdən kənar) bir koridor kimi qəbul etmir. Onlar bunu sadəcə nəqliyyat yolunun açılması kimi görmək istəyirlər. Bu fikir ayrılığı tikintinin qarşısını alır.

Ermənistan daxilində siyasi təzyiqlər var. Zəngəzur bölgəsi Ermənistanda strateji və emosional əhəmiyyətə malikdir. Müxalif qüvvələr Zəngəzur dəhlizinə qarşı kəskin çıxış edir. Bu da rəsmi İrəvanın manevr imkanlarını məhdudlaşdırır.

Rusiya və İran faktoru da müəyyən təsirlərə malikdir. Rusiya Zəngəzur dəhlizi üzərində "nəzarətçi" statusunu qorumaq istəyir. İran isə regionun "qapalı" bir türk dəhlizinə çevrilməsindən narahatdır. Bu iki ölkənin təzyiqləri də prosesi ləngidir.

Layihənin icra edilməsində texniki deyil, diplomatik və hüquqi problem var. 43 km-lik dəmir yolunun fiziki tikintisi, doğrudan da, texniki baxımdan çox çətin deyil. Amma o yolun hüquqi statusu, orada kimlərin nəzarət edəcəyi və məsələlər hələ də açıqdır".

Ekspert onu da əlavə etdi ki, tikintinin Zəngəzur dəhlizindən başlamamasının da siyasi-diplomatik səbəbi var - doğrudan da əgər bu yolun "açar hissəsi" Zəngəzurdursa, nəyə görə tikinti elə oradan başlamır ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında qısa yol daha tez açılsın: "Geosiyasi layihələrdə bəzən ən mübahisəli hissə sona saxlanılır. Çünki əvvəlcə daha asan və razılaşdırılmış hissələr tikilərək "təzyiq aləti" kimi istifadə olunur. Yəni "biz hər şeyi tikdik, bircə siz qalmısınız" demək üçün.

Eyni zamanda, Ermənistanın icazəsi olmadan onun ərazisində tikinti başlanıla bilməz. Ermənistan isə bu dəhlizin statusu ilə hələ rəsmən razılaşmayıb, üzərinə icrasi vacib olan öhdəlik götürməyib. Sadəcə, Vaşinqtonda belə bir niyyətinin olduğunu təsdiqləyib.

Hazırda Türkiyə və Azərbaycan arasında alternativlər də gündəmdədir. Məsələn, İran üzərindən keçən alternativ dəhlizlər və ya Naxçıvana paralel yollar inşa edilir. Bu, Zəngəzur dəhlizinə "məcburi" alternativlər yaradır.

Zəngəzur dəhlizi texniki deyil, geosiyasi səbəblərlə ləngiyir. Ermənistan hissəsində siyasi razılaşma olmadan tikinti aparmaq mümkünsüzdür. 43 km-lik hissə ən sona saxlanılır, çünki ən mübahisəli və açar nöqtədir.

Azərbaycan və Türkiyə bu vaxtdan istifadə edib öz hissələrini tamamlayır, bu da gələcəkdə təzyiq vasitəsinə çevrilə bilər.

“8 avqust sənədi”, yəni Trump Marşrutu (TRIPP) - Zəngəzur dəhlizinin açılmasına şərait yaradır. O, Azərbaycanı Naxçıvan muxtar vilayətinə birbaşa quru əlaqəsi ilə bağlayan nəqliyyat, enerji və ticari infrastrukturun vaxtla reallaşmasına imkan verir. Eyni zamanda, bu layihə böyük iqtisadi potensiala malik olmaqla yanaşı, Cənubi Qafqazda ABŞ-ın siyasi və strateji təsirini artırır, Rusiyanın və İranın regional rolu məhdudlaşır.

Mövcud məlumatlara görə, “8 avqustda Vaşinqtonda” (2025-ci il) imzalanan razılaşma - TRIPP (“Trump Route for International Peace and Prosperity” - Zəngəzur dəhlizi) hələ tam icra mərhələsinə keçməyib. Hazırda "8 avqust sənədi" əsasən “siyasi niyyət bəyannaməsi” səviyyəsindədir və onun tam hüquqi-məcburi status alması üçün bir sıra texniki və siyasi maneələr qalmaqdadır".

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ