Cümə günü, 02 oktyabr 2026
     

Minsk qrupunun ləğvi ATƏT-də praktiki mərhələyə keçdi...

Image


Azərbaycanın düşünülmüş diplomatiyası sayəsində ATƏT-in Minsk qrupu artıq tarixin bir hissəsinə çevrilir. Xatırladaq ki, ATƏT Minsk qrupu onilliklər ərzində Ermənistan-Azərbaycan probleminin həllini ləngitmək üçün alət olub, strukturun özü isə Cənubi Qafqazda sülhün bərqərar olmasına deyil, müəyyən dairələrin maraqlarına xidmət edib.

Xatırladaq ki, Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün yaradılıb. 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub, bu da Minsk qrupuna və onun institutlarına ehtiyac qalmadığı deməkdir. Qrupa üç həmsədr ölkə - ABŞ, Rusiya və Fransa və Finlandiyanın özündən əlavə Belarus, Almaniya, İtaliya, Türkiyə, İsveç, Azərbaycan və Ermənistan daxildir. Vaşinqtonda məlum üçtərfli görüş fonunda Minsk qrupu ilə bağlı vəziyyət tamamilə dəyişdi. Ümumiyyətlə, burada Ermənistanla bağlı Azərbaycan burada bir neçə möhtəşəm nailiyyətə imza atıb. Əvvəla, Ermənistan sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri olan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verdi. Buna qədər rəsmi İrəvan təkid edirdi ki, Minsk qrupunun buraxılması üçün müvafiq müraciət sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda olsun. Amma Vaşinqtonda Ermənistan Azərbaycanın yanaşmasını qəbul etdi. Burada prezident İlham Əliyevin ABŞ-dan olan həmkarı Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflamaqla yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar. Beləliklə, artıq ATƏT-in Minsk qrupunun buraxılması prosesinə start verildi. Belə ki, Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət etdi. ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması üçün iki mühüm şərtindən biri olub.

Minsk qrupunun ləğvi üçün artıq prosesə başlanıb. Belə ki, ATƏT-ə sədrlik edən Finlandiya Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq lazımi tədbirlərə başlayıb. Finlandiyanın ATƏT-ə 2025-ci il sədrliyi üçün ölkənin Xarici İşlər Nazirliyində yaradılmış Hədəf Qrupunun rəhbərinin müavini, finlandiyalı diplomat Toni Sandell bu fonda qeyd edib: “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Finlandiya avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri alqışlayır”. Sandell bildirib ki, bu sazişlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında və regionda davamlı sülhün əldə olunmasında mühüm mərhələdir. O vurğulayıb ki, Finlandiya iki ölkənin birgə müraciətinin cavablandırılması prosesinə başlayıb, əlavə məlumat daha sonra veriləcək. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirir ki, 1992-ci ildə ATƏM-in Minsk qrupu kimi yaradılmış bu strukturun ləğvi ATƏT-ə üzv olan bütün dövlətlərin konsensus əsasında verilmiş qərarına uyğun baş tuta bilər: “Bu, ATƏT daxili qərar qəbuletmə prosedurundan irəli gəlir. Sülh sazişinin imzalanması yolunda əsas manelərdən biri olan ATƏT-in Minsk qrupunun sözügedən müqavilə imzalanana qədər ləğv edilməsi Azərbaycan tərəfindən reallıq kimi gündəmə gətirilib və qəbul edilib. Beləliklə, ATƏT çərçivəsindəki keçmiş münaqişə ilə əlaqəli bütün digər mexanizmlər də, Yüksəksəviyyəli planlaşdırma komitəsi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi funksiyasız strukturlar da de-yure ləğv ediləcək. 2025-ci ilin dekabrında hazırki sədr ölkə Finlandiyada keçiriləcək ATƏT üzvü dövlətlərin xarici işlər nazirlərinin görüşü həm tarixi şansdır, həm də sözügedən qərarın qəbulu üçün hüquqi- siyasi əsası olan yeganə səlahiyyətli platformadır”. Onun sözlərinə görə, Finlandiyada 1992-ci martında təsis edilmiş Minsk Qrupunun 33 il sonra Finlandiyada da ləğvi həmçinin qarşılıqlı etimad mühitinin formalaşmasına da töhfə verə bilər. Türkiyənin “Tercüman” qəzeti isə yazır ki, İkinci Qarabağ müharibəsinin başlanğıcı ATƏT-in Minsk qrupunun “sonunun başlanğıcı” oldu: “Azərbaycanın Vətən müharibəsində Qələbəsinin təntənəsi olan üçtərəfli bəyanat faktiki olaraq ATƏT Minsk qrupunun danışıqlar prosesləri çərçivəsindən kənara çıxarıb, İrəvanın bu aləti dirçəltmək cəhdləri isə uğursuzluğa düçar olub”. Məqalədə daha sonra xatırladılır ki, Ukraynadakı müharibə fonunda Fransa və ABŞ ATƏT-in Minsk qrupunda iştirakını “dondurub”. Eyni zamanda rəsmi Bakı “Minsk qrupu tarixin bir hissəsi oldu” tezisindən məharətlə istifadə edib: “Nəticə olaraq, ATƏT Minsk qrupu 2023-cü ildən bəri bir dəfə də olsun iclas keçirməyib, həmsədr ölkələrin bir dənə də olsun bəyanatı açıqlanmayıb. Vaşinqton və Paris Bakı və İrəvanla birbaşa əlaqə yaradıblar. Moskva da oxşar taktikaya əməl etməyə başladı. Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ağ Evdə keçirilən görüşün yekunları fonunda, ATƏT-in Minsk qrupunun ləğvi yalnız prosessual addımlardan asılıdır”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ