çərşənbə günü, 21 oktyabr 2026
     

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

Image


Hazırda Ermənistan adlanan Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların kütləvi deportasiyası XX əsrin dəhşətli hadisələrindən biri olaraq tarixə düşüb.

Sonuncu dəfə soydaşlarımız öz ata-baba yurdlarından 1988-ci ildə zorla qovulublar, deportasiya ediliblər, etnik təmizləməyə məruz qalıblar, öz tarixi torpaqlarında yaşamaq hüququndan mərhum olublar. 40 ilə yaxındır Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisinə, öz doğma yurdlarına qayıtmaq uğrunda mübarizə aparırlar.

Çox təəssüflər olsun ki, azərbaycanlılar öz yurdlarından qovulduqdan sonra dünya birliyi, beynəlxalq qurumlar, dünya dövlətləri bu prosesə biganə qaldılar, Ermənistanın deportasiya cinayətlərinə göz yumdular. Soydaşlarımız isə geri qayıtmaq uğrunda mübarizələrini dayandırmadılar və bu gün də o yolda davam edirlər. Onu da təəssüflə qeyd edək ki, Ermənistan hakimiyyəti azərbaycanlıların əsrlər boyu o torpaqlarda yaşadıqlarını, eləcə də erməni şovinstləri tərəfindən deportasiyaya, etnik təmizləməyə məruz qaldıqlarını inkar edir, bütün vasitələrdən istifadə edərək onların geri qayıdış hüquqlarını təmin etmək istəmirlər. Hətta Ermənistan tərəfi elə bəyanatlar verir ki, guya heç orda azərbaycanlılar yerli-dibli yaşamayıblarmış. Doğrudan da, acı təəssüf doğuran bir haldır.

Azərbaycan 44 günlük müharibədə qələbə qazandıqdan, lokal antiterror tədbirlərindən sonra öz ərazi bütövlüyünü, torpaqları üzərində suverenliyini tam olaraq bərpa etdi. Bütün bu prosesdən sonra haqlı olaraq Qərbi azərbaycanlılarının öz torpaqlarına qayıdış hüququnun təmin edilməsi məsələsi qaldırıldı. Bu gün azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıtması, təhlükəsiz şəkildə öz evlərində yaşaması ən aktual məsələlərdən biridir. Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması dəfələrlə Nikol Paşinyan hökumətinə müraciət edərək soydaşlarımızın geri qayıdışının təmin edilməsi məsələsini qaldırıb, eyni zamanda Ermənistan hakimiyyətini dialoqa çağırıb. Təəssüf ki, hələ bu təşkilatın müraciətinə lazımı cavab verilməyib.

Qərbi Azərbaycan İcmasının bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də bu məsələni aktuallaşdırdığı məlumdur. Azərbaycan dövlətinin, əlaqədar qurumların, Milli Məclisin bu istiqamətdə davamlı işlər gördüyünü də hər kəs bilir.

Bu gün Qərbi azərbaycanlıların qayıdış hüquqlarına beynəlxalq platformalarda böyük dəstək var və dünyanın bir çox yerində artıq bu məsələ müzakirə predmetinə çevrilib.

Qərbi azərbaycanlıların qayıdış hüququnu tanıyan İstanbul bəyannaməsi...

Qərbi azərbaycanlıların geri qayıdış hüququnu tanıyan və bu prosesə beynəlxaql dəstəyin ifadəsi olan iki mühüm tədbiri qeyd etməliyik. Bunlardan biri bu il iyunun 21-22-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasıdır. Digəri isə 3-4 iyulda Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yekununda qəbul edilən Xankəndi Kommunükesidir.

İstanbulda keçirilən sesseyada ilk dəfə olaraq Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul olunub. Sessiyada Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbul edilməsi xüsusilə əlamətdar hadisədir. İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunub, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunması qınanılıb. Sənəddə, indiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənib və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılıb.

Qərbi Azərbaycana qayıdış Xankəndi Kommunikesində...

Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün sonunda qəbul edilən Xankəndi Kommunikesində bir sıra məsələlərlə yanaşı sənəddə Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib. Məlumdur ki, Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Qərbi azərbaycanlıların qayıdışı məsələsini qaldırıb və bu məsələ sammitin yekunlarına dair Xankəndi Kommunükesində əks etdirilib.

Ekspertlərə görə, belə bir formatda Qərbi Azərbaycan məsələsinin qaldırılması Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına beynəlxalq dəstəyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu məsələyə Qərbi Azərbaycan İcmasının (QAİ) bəyanatında da toxunulub. QAİ bəyanatında Qərbi Azərbaycan İcması qayıdış məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəliyə gətirməsinə və bu məsələyə beynəlxalq aləmin birmənalı dəstəyini təmin etməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması artıq beynəlxalq müstəvidə dəstək qazanır.

Siyasi şərhçi İlyas Hüseynov mətbuata bildirib ki, Prezident İlham Əliyevin Xankəndidə Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın siyasi gündəliyini əks etdirir: "İndiki Ermənistan ərazisindən zorla qovulmuş şəxslərin hüquqlarının bərpası, onların təhlükəsiz və ləyaqətli şəkildə Qərbi Azərbaycana qayıdışının təmin olunması əsas prioritetlərimiz sırasındadır. Ölkə rəhbəri bu məsələdə rəsmi Bakının mövqeyini mühüm beynəlxalq tribunadan, proqram xarakterli nitqində ifadə etmişdir. Eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən Zirvə görüşündən sonra qəbul edilən kommunikedə də Qərbi Azərbaycanla bağlı fikirlərin yer alması rəsmi Bakının növbəti beynəlxalq uğurudur. Çünki İƏT-ə üzv ölkələr yalnız iqtisadi deyil, eyni zamanda siyasi və geosiyasi baxımdan da bir-biri ilə sıx bağlıdır. Bu baxımdan, Qərbi Azərbaycan məsələsinin belə bir platformada əks olunması onun beynəlxalq gündəmdə yenidən aktuallaşmasına mühüm töhfə verir”.

Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə, beynəlxalq təminat altında geri qayıdışları üçün artıq beynəlxalq zəmin hazırlanıb və hesab edirik ki, bu proses yaxın gələcəkdə həyata keçiriləcək, soydaşlarımızın Vətən həsrəti bitəcək, bununla da onların geri qayıdış hüququ bərpa olunacaq...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ