çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

Image


Brüssel və Avropada ABŞ prezidenti Donald Trampa qarşı koalisiya yaratmış  siyasətçilər, nəhayət, Rusiyadan təbii qazın, o cümlədən mayeləşdirilmiş qazın idxalını birdəfəlik aradan qaldırmağa çalışır. Elə Donald Trampın komandası da Avropanı Rusiya qazından təcrid etməyi planlaşdırır. Amma hələlik Almaniya, Macarıstan və Slovakiya Rusiya Federasiyasından qaz almağı davam etdirməyə çalışır.

İndiki halda Ukraynanın Rusiya qazının tranzitini dayandırması səbəbindən gələn il Avropa mayeləşdirilmiş təbii qazın alışını demək olar ki, 16% artırmalı olacaq. Bu fonda Avropa ölkələri Rusiyadan tədarük edilən qaza qarşı yeni sanksiyalarla bağlı ortaq məxrəcə gələ bilməyib. Davosda keçirilən Dünya İqtisadi Forumunda İqtisadi Məsələlər üzrə Avropa Komissarı Valdis Dombrovskis bildirib: "Təbii qazla bağlı yekdillik olmadığı üçün sanksiyalarla bağlı razılığa gələ bilmədik. Amma biz idxalı əhəmiyyətli dərəcədə azaltmışıq, o cümlədən "Şimal axını" partlayışlarına görə. Eyni zamanda, biz maye qaz idxalının yalnız artdığını görürük". Bu arada Macarıstan, Slovakiya, eləcə də Almaniyadakı bəzi siyasətçilər Rusiya qazının Kiyevin nəzarətində olan hissəsindən Avropaya tranzitinin bərpasını və hətta "Şimal axını"nın partlamamış xətti ilə Rusiya qazının nəqlinə başlanılmasını tələb edirlər. Eyni zamanda, Rusiya qazının Avropaya tədarükünün dayandırılmasının Vaşinqton və Brüsselin qərarı deyil, Kiyevin müstəqil təşəbbüsü olduğunu iddia edirlər. Bu arada Donald Tramp fəxr edir ki, "Şimal axını 2"nin tikintisinə mane olan məhz odur:  "Bildiyiniz kimi, mən onu məhv etdim. Rusiyanın ən mühüm vəzifəsi "Şimal axını 2"nin tikintisi idi. Bu, Rusiyadan Almaniyaya gedən dünyanın ən böyük qaz kəməridir". "Şimal axını" və "Şimal axını 2" 2022-ci ilin sentyabrında partladılıb. Düzdür, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Davosdakı iqtisadi forumda  bildirib ki, məhz Moskva Avropaya qaz nəqlini dayandırıb. Belə bir vaxtda Tramp Amerikanın enerji resurslarının - qaz, neft və neft məhsullarının alışını artırmasa, Avropanı birbaşa gömrük tariflərinin artırılması ilə hədələyir: "Onların tez edə biləcəyi yeganə şey neftimizi və qazımızı almaqdır. Əks halda biz bunu tariflərlə düzəldəcəyik". Düzdür, amerikalılar hələ avropalıları lazımi həcmdə rəqabətqabiliyyətli təbii qaz təchizatı ilə təmin edə bilmirlər. Amerika mətbuatı etiraf edir ki, Avropa İttifaqı ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalını artıra bilmir və Rusiyadan rekord həcmdə daha ucuz maye qaz almağa davam edir.

Ötən il Avropa şirkətləri Rusiyadan rekord həcmdə maye qaz idxal edib. "Kpler" analitik şirkətinin məlumatına görə, bu ilin ilk 15 günündə 27 Avropa ölkəsi Rusiyadan 837,3 min ton maye qaz idxal edib ki, bu da ötən ilin eyni dövründəki 760,1 min ton ilə müqayisədə rekord göstəricidir. Avropalılar Kiyevin Avropaya qaz tranzitini bərpa etməkdən imtina etməsi ilə barışmağa hazır deyillər, lakin nə Brüssel, nə də Vaşinqton belə əməliyyatlara icazə vermir. Beynəlxalq Enerji Agentliyinin yeni hesabatında deyilir ki, Kiyevin Avropaya qaz tranzitini blokadasına görə avropalılar maye qaz idxalını əhəmiyyətli dərəcədə artırmalı olacaqlar: "Əvvəlki tranzit razılaşmasının müddəti başa çatdıqdan sonra Rusiya qazının Ukrayna ərazisindən keçən boru kəmərləri ilə Avropaya tranzitinin bərpa olunmayacağı ehtimalına əsaslanaraq, Avropa bazarını tarazlaşdırmaq üçün təxminən 16% və ya 21 milyard kubmetr maye qaz qəbul etməli olacaq". Bu şəraitdə digər mənbələrdən, o cümlədən Azərbaycandan da qaz idxalına xüsusi diqqət olunur. Xatırladaq ki, Avropa Komissiyası 2022-ci ildə Azərbaycana müraciət edərək Rusiya qazının azalmasını kompensasiya etmək məqsədilə qaz tədarükünün artırılmasını xahiş etmişdi. Azərbaycan bu çağırışa operativ cavab verərək Avropa İttifaqı ilə memorandum imzaladı. Bu memorandum ölkəmizin Avropa bazarına qaz tədarükünü ikiqat artırmaq məqsədilə əhəmiyyətli imkanlar yaratdı. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 12 ölkəni, o cümlədən Avropa İttifaqına üzv 10 ölkəni enerji ilə təmin edir. Azərbaycan qazının Avropa ölkələrinin enerji balansına əhəmiyyətli töhfəsi olub. Belə ki, İtaliya daxili tələbatının 10%-ni, Bolqarıstan 33%-ni, Yunanıstan 25%-ni, Macarıstan və Rumıniya isə hər biri təxminən 20%-ni məhz Azərbaycan qazı ilə təmin ediblər. Bu rəqəmlər Azərbaycanın Avropanın enerji arxitekturasında oynadığı mühüm rolu vurğulayır və xüsusilə, qlobal enerji böhranları dövründə belə, sabit tədarükü təmin etməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, bu da uzunmüddətli sabit tədarük perspektivlərini təmin edir. Bu ehtiyatlar ölkənin regionun enerji gələcəyini formalaşdıran irimiqyaslı layihələrdə mühüm rolunu təsdiqləyir. Onu da qeyd edək ki, Azərbaycan qaz hasilatını artırmaqla qlobal enerji bazarında öz rolunu daha da gücləndirmək niyyətindədir. Azərbaycanın qaz tədarük coğrafiyasının genişlənməsi Serbiya, Xorvatiya və Şimali Makedoniya kimi yeni bazarları əhatə edərək, ölkənin bazar şaxələndirilməsi strategiyasını və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin etmək istiqamətində səylərini nümayiş etdirir. Bu yanaşma Azərbaycanın regional enerji oyunçusundan qlobal enerji liderinə çevrilməsinə kömək edir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ