Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Ukraynanın sərvəti üstündə Qərblə ABŞ-ın kəskin mübarizəsi başladı...

Image


Ukrayna ABŞ-la ölkədə faydalı qazıntıların çıxarılması ilə bağlı razılığa gəlib. Bu barədə “Financial Times” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Kiyev Vaşinqtonun ən sərt tələblərindən – resursların işlənməsindən 500 milyard dollar potensial gəlir əldə etmək hüququndan imtina etdikdən sonra sazişi imzalamağa hazır olduğunu bildirib.

Bununla belə, saziş Ukrayna hökumətinin xəzinəsini artıq dolduran resursları əhatə etmir, yəni o , ən böyük qaz və neft istehsalçıları olan “Naftogaz” və “Ukrnafta” nın cari fəaliyyətlərinə şamil edilməyəcək. Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bəyan etmişdi ki, Vaşinqtonun Ukrayna resurslarına çıxışla bağlı təklif etdiyi sövdələşmə soyğunçuludur. Eyni zamanda siyasətçi Kiyevə bununla razılaşmağı tövsiyə edib. ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna ilə nadir torpaq metalları üzrə gələcək saziş 1 trilyon dollar dəyərində ola bilər: “Bu, çox böyük bir işdir”. Bu fonda maraqlı məqam Avropanın arxa plana atılmasıdır. Belə ki,

Avropa İttifaqı da Ukrayna hakimiyyətinə ölkənin mineral ehtiyatları ilə bağlı saziş imzalamağı təklif edib. Müvafiq təklifi Avropanın adından Kiyevə sənaye strategiyası üzrə Avropa komissarı Stefan Sejourne gətirib. Sejourneyə görə, Ukrayna Avropa ölkələrinə qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində ehtiyac duyduqları 30 kritik materialdan 21-ni təqdim edə bilər: “Biz heç vaxt qarşılıqlı faydalı olmayan saziş tələb etməyəcəyik”.

Bununla bağlı Kiyev jurnalistləri Avropa İttifaqı Şurasının sədri Antonio Kostanın verdiyi bəyanatı da xatırladıblar ki, Aİ dövlətləri Ukraynadan verdiyi dəstək müqabilində heç bir mineral tələb etməyəcəklər. Baxmayaraq ki, digər məsələlərlə yanaşı, nadir torpaq metalları üzrə ABŞ-la sazişin hazırlanmasına münasibət bildirən Kosta qeyd edib ki, suveren ölkə kimi Ukrayna öz ərazisini idarə etmək və beynəlxalq səviyyədə danışıqlar aparmaq hüququna malikdir. Amma Avropa artıq gecikib və Trampın hədələri öz nəticəsini verib. Yerli yataqların işlənməsi və Ukrayna liman fəaliyyətindən gəlir üzərində ABŞ nəzarəti ələ almağa başlayıb. Əgər fevralın 12-də prezident Volodimir Zelenski ABŞ-ın maliyyə naziri Skot Bessentin Kiyevə gətirdiyi Ukraynanın nadir torpaq metallarına çıxışının təmin edilməsi ilə bağlı sazişi imzalamaqdan imtina edirdissə, bu, Vaşinqtonu açıq şəkildə qəzəbləndirirdisə, indi durum dəyişib. Ağ Evin mətbuat katibi Karoline Leavitt jurnalistlərə bildirib ki, yaxın vaxtlarda Amerika və Ukrayna prezidentləri arasında görüş gözlənilir və bu görüş zamanı Ukraynanın mineral ehtiyatlarına dair sazişin imzalanması planlaşdırılır. Leavittin vurğuladığı kimi, Tramp amerikalıların dəstəyini nəzərə alaraq Zelenskinin bu “doğru addımı” atacağını gözləyir: “Çünki onsuz Ukrayna bir dövlət olaraq mövcud olmayacaqdı”. Kiyevli iqtisadçı və maliyyə analitiki Aleksey Kuşç bildirir ki, yeni sazişlə Vaşinqton bütün keçmiş və gələcək yardımlar üçün kompensasiya əldə edir: “ Üstəlik, yerin təki üzərində hüquqların satılmasından söhbət getməyəcək - formal olaraq təbii ehtiyatlar Ukrayna xalqının şərti mülkiyyəti olaraq qalacaq. Amma əgər əvvəllər yerli oliqarxların özəl sənaye və maliyyə qrupları onlardan yararlanırdısa, indi vəziyyətə nəzarəti ABŞ öz üzərinə götürəcək. “ABŞ orta əsrlərdəki feodal kimi “ilk gecə hüququ”na sahib olacaq – onlar müəyyən resursların işlənməsini, üçüncü tərəfə satılmasını qadağan edə biləcəklər və bu cür resursları əldə etməkdən ilk imtina etmək hüququna malik olacaqlar”. Ukraynanın keçmiş iqtisadiyyat naziri Timofiy Mılovanov bildirir ki, ABŞ Kiyevi yuxarıda adı çəkilən sənədi imzalamağa tələsdiir ki, Ukrayna hakimiyyəti Amerikanın Rusiya ilə “iqtisadi inkişaf haqqında saziş”in şərtlərini görməyə vaxt tapmasın: “Mümkündür ki, sonradan, Ukraynanı parçalamaq cəhdindən sonra, “yeni müttəfiqlər Şərqi Avropaya doğru irəliləyəcəklər”.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin aparıcı analitiki İqor Yuşkov bildirib ki, hazırda müəyyən oyun gedir: “Bunun bir hissəsi olaraq prezident Tramp öz yerli auditoriyasına Amerika pullarını qaytardığını göstərir. O, Kiyevdən hər dolları tələb edəcəyinə söz verir ki, Ukrayna layihəsi gəlirsizdən gəlirə çevrilsin. Ona görə də böyük məbləğlər tələb olunur. Eyni zamanda, Ukrayna hakimiyyətinin özü ABŞ-ı oxşar sövdələşməyə cəlb etməyə çalışaraq, Ukraynanın çoxlu mineral ehtiyatlara malik olduğunu və buna görə də dəstəklənməyə davam etməli olduğunu əsas gətirir. Belə ki, Ukraynanın qələbəsi halında Birləşmiş Ştatlar mükafat olaraq nadir torpaq metallarını birgə inkişaf etdirmək imkanı əldə edir. Baxmayaraq ki, əslində Ukraynada onların heç bir əhəmiyyətli yataqları yoxdur. Ən böyük “Şevçenko” litium yatağı haqqında hekayəni də yəqin ki, Kiyev icad edib. Bu qənaətləri ABŞ Geoloji Xidmətinin hesabatları da təsdiqləyir və bu hesabatlarda Ukraynanın oxşar yataqları ümumiyyətlə qeyd olunmur”. Buna görə də, o, hesab edir ki, Vaşinqton nümayəndələri vəziyyəti nizama salaraq, yeni sazişdə təkcə Ukraynanın bütün mineral ehtiyatlarının işlənməsindən deyil, həm də limanlar kimi enerji və infrastruktur obyektlərinin istismarından əldə olunan gəlirin daxil edilməsini nəzərdə tutan şərtləri daha da sərtləşdiriblər: “Buna cavab olaraq, Kiyev təmsilçiləri sərmayənin alınmasını təmin etmək üçün açıq soyğunçuluğun bu variantından qaçmağa çalışdılar. Bundan əlavə, onlar amerikalıları Vaşinqtona açıq-aşkar göz dikən avropalılara qarşı qoymaq niyyətində idilər. Kiyevdə onlar Ukraynanın saysız-hesabsız sərvətləri uğrunda mübarizə illüziyası yaratmağa çalışırlar. Lakin ABŞ çox güclü oyunçudur. Aydındır ki, sonda hansısa sövdələşmə olacaq, amma söhbət nunun hansı şərtlərlə olacağındangedir”. Analitik qeyd edir ki, Rusiya üçün Ukraynanın hərbi təhlükənin yaranacağı yerə çevrilməməsi vacibdir: “Lakin Moskva Amerikanın özəl biznesinin gəlməsinə etiraz etmədi, o cümlədən Ukrayna hakimiyyəti torpaqların satışına icazə verdikdə və onun əhəmiyyətli bir hissəsi ABŞ-dan olan kənd təsərrüfatı holdinqlərinin nəzarəti altına düşdü. Əksinə, bu gün Rusiya prezidenti bizə xatırladır ki, Ukrayna tərəfinin nadir torpaq metallarının real ehtiyatı yoxdur. Görünür, Moskva investisiya axını ilə yanaşı, anti-Rusiya sanksiyalarının ləğvi və Rusiya Federasiyasının yeni regionlarının tanınması ilə bağlı məsələlərin həllinin də asanlaşa biləcəyinə ümid edir.Lakin onu da nəzərə almaq lazımdır ki, Ukrayna dövlətinin konkret resursları və əraziləri üzərində nəzarəti ələ keçirən ABŞ gələcəkdə bundan əl çəkməyəcək. Hətta uzunmüddətli perspektivdə Amerika biznes resurslarını qorumaq üçün özəl hərbi şirkətlərdən mümkün istifadəni nəzərə alsaq, Ukraynada hərbi risqlərin daha da artması mümkündür”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ