Bazar ertəsi günü, 26 oktyabr 2026
     

“Xocalıda o qədər adam öldürmüşəm ki!” deyən qatil generalın cəzası nə olmalıdır...

Image


Faiq Ələkbərli: “Paşinyan hökuməti özü Minasiyanı və onun kimilərini tutub ya Ermənistanda məhkəmə qarşısına çıxarmalıdır, ya da Azərbaycana təhvil verməlidir”

Bu günlərdə sosial şəbəkələrdə erməni “generalın” Xocalı soyqırımı ilə bağlı qandonduran açıqlaması yayılmışdı. Eyni zamanda Türkiyənin “Star” qəzeti özünü “erməni generalı” adlandıran Levon Minasyanın Xocalı soyqırımında iştirakına dair soyuqqanlı etirafını oxucularına çatdırıb. Nəşr Minasyanın gürcü bloger ilə söhbətində səsləndirdiyi sözlərə istinad edir.

Blogerin “Xocalıda olmusunuzmu” sualına Levon Minasyan belə cavab verir: “Xocalı faciəsini mən törətmişəm”. Nəşr “generalın” bəşəriyyətə qarşı cinayəti etiraf etməsini dəhşətli adlandırıb. Minasyan etiraf edib: “ Xocalıda o qədər insan öldürmüşəm ki, sayını da bilmirəm”. Qəzet qeyd edir ki, Minasyanın dəhşətli sözləri blogerin özünü şoka salıb və ictimaiyyət arasında ciddi tənqidlərə səbəb olub.

Bu cani etiraf edib ki, Xocalı soyqırımı zamanı çoxlu sayda azərbaycanlı öldürüb.

Bu fakt Azərbaycana imkan verirmi ki, Azərbaycan beynəlxalq hüquq müstəvisində həmin bu adama qarşı cinayət işi qaldırılması iddiası ilə çıxış etsin?

“Azərbaycanın əlində kifayət qədər əsas var ki, Minasiyanın cinayətləri ilə bağlı beynəlxalq məhkəməyə müraciət etsin”

Fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əvvəlcə erməni “generalın” harda olduğu müəyyənləşdirilməlidir və ona qarşı sərt tədbirlərin görülməsinə nail olunmalıdır. Xocalı soyqırımının ildönümləri ərəfəsində erməni cəlladlarının mütəmadi belə etiraflar etməsinin şahidi olduğumuzu deyən F.Ələkbərli hesab edir ki, bu qatillərin hər biri layiqli cəzasını almalıdır. “Özünü “general” kimi qələmə verən bir caninin “Xocalı faciəsini mən törətmişəm. Bu mənim işimdir” etirafına birmənalı yanaşmaq olmaz. Xocalıda baş verən soyqırımının əsas “qəhrəmanlarından” biri olmasını ortaya qoymasını bir neçə məsələ ilə izah etmək olar. Birincisi, bu kimi canilər, terrorçular, qatillər demək istəyirlər ki, biz zamanında azərbaycanlılara qarşı genosid törətmişik. Bu, ermənilərə mesajdır, Levon Minasyan adlı cani onları yenidən revanşizmə, yeni terrorlar törətməyə səsləyir. Bu qəbuledilməzdir. Hesab edirəm ki, dünya ictimaiyyəti buna ciddi təpki göstərməlidir. Bu kimi canilərin azadlıqda qalması və hər fürsətdə qandonduran etiraflar etməsi erməniləri yeni terror aktlarını törətməyə sövq edir. Yəni “mən bu cinayəti törətdim, amma hələ də azadlıqdayam, siz də azərbaycanlılara qarşı terror aktları həyata keçirin” mesajını verir. Belələrini vaxtında cəzalandırmaq lazımdır. Hesab edirəm ki, Azərbaycanın müvafiq orqanları o adamın tapılması, tutulması istiqamətində hərəkətə keçməlidir. Qardaş Türkiyənin və başqa türk dövlətlərinin aidiyyəti orqanları da azadlıqda qalan və cəzalandırılmayan Xocalı canilərinin saxlanılmasında bizə dəstək olmalıdır. Levon Minasyan kimi Xocalı qatillərinin cəzalandırılması ən vacib məsələdir”.

Hələ də cəzasız qalan L.Minasyanın bu cür açıqlamalarla dünyaya özünü tanıtmaq, ermənilərin hər cür terrora hazır olduğunu çatdırmaq istədiyini deyən F.Ələkbərli hesab edir ki, onun kimiləri dünyada bir erməni mifi yaratmaq niyyəti güdürlər. “Levon Minasyanın və başqalarının törətdiyi cinayətlərə Ermənistan cəmiyyətinin özü də sərt reaksiya verməlidir. Söhbət insanlıq əleyhinə cinayətlərdən gedir. Azərbaycan beynəlxalq hüquq müstəvisində bu məsələni həll etmək üçün addımlar atmalıdır. Azərbaycan hökuməti ilə yanaşı Ermənistan hökuməti bu məsələ ilə ciddi maraqlanmalıdır. Ermənistan özü Minasyan kimi caniləri axtarıb tapmalı və məhkəmə qarşısına çıxarmalıdır. Paşinyan hökuməti Ermənistan və Azərbaycan arasında normallaşmadan danışırsa, eyni zamanda ölkəsinin səhvlərini müəyyən qədər etiraf edirsə, onda Xocalı caniləri ilə bağlı məsələni də etiraf etməlidir. Paşinyan hökuməti Xocalı soyqırımını Rusiyanın üzərinə yıxmaqla işi bitmiş saymamalıdır. Çünki ortada faktlar var, o canilərin əksəriyyəti yaşayır və özləri etiraf edirlər ki, Xocalı soyqırımının törədilməsində yaxından iştirak ediblər. Canilər özləri etiraf edirlərsə Paşinyan hökuməti niyə bunu etiraf etmir? Fikrimcə, Paşinyan hökuməti özü Minasiyanı və onun kimilərini tutub ya Ermənistanda məhkəmə qarşısına çıxarmalıdır, ya da Azərbaycana təhvil verməlidir. Bütün bunlar baş verməsə, Azərbaycan dövləti, hüquq-mühafizə orqanlarımız necə ki başqa caniləri tutub Bakıya gətirdilər və məhkəmə qarşısına çıxardılar, əminik ki, eləcə də Minasyan və onun kimi cəlladlara qarşı da bu addımı atacaq. Azərbaycan Minasyanı beynəlxalq axtarışa verməlidir və onun tutulub ölkəmizə təhvil verilməsini tələb etməlidir. O hansı ölkədə yaşamasından asılı olmayaraq tutulub ədalət məhkəməsinə təslim edilməlidir. Eyni zamanda, Azərbaycanın əlində kifayət qədər əsas var ki, Minasyanın cinayətləri ilə bağlı beynəlxalq məhkəməyə müraciət etsin. Hesab edirəm ki, çox çəkməz bu da baş verər. Minasyana ən ağır cəza verilməlidir ki, dünya cinayətkarın cəzasız qalmadığını görsün. Bu, başqalarına da görk olsun ki, azərbaycanlıların qanını tökən heç bir cəllad cəzadan, ədalət məhkəməsindən canını qurtara bilməz”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ