Bazar ertəsi günü, 26 oktyabr 2026
     

“Azərsun holdinq”in mətbuat tariximizlə bağlı saytı niyə yarımçıq hazırlanıb?..

Image


Milli mətbuatın 150 illiyi ilə əlaqədar “Azərsun Holdinq” sayt hazırlayıb. Amma sözügedən saytda mətbuat tariximizin kiçik bir mərhələsi əks olunub.

Qeyd olunur ki, ilin əvvəlində təqdim edilmiş təqvim dəsti çərçivəsində həyata keçirilən layihə Azərbaycanın mətbuat tarixinin müxtəlif dövrlərinə işıq tutaraq, mətbu orqanların inkişafı və cəmiyyətə verdiyi töhfələr barədə ətraflı məlumatları oxuculara təqdim edir.

Təqvim “Əkinçi” qəzeti ilə başlayıb “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət”, “Açıq söz” və ən sonda “Həyat” qəzeti ilə tamamlanır.

Gördüyünüz kimi, “Azərsun Holdinq” Azərbaycan mətbuat tarixinə aid yarımçıq bir sayt hazırlayıb.

Bəri başdan onu deyək ki, Medianın İnkişafı Agentliyi Azərbaycan mətbuat tarixi ilə bağlı məzmunlu, maraqlı, faktları əks etdirən yığcam bir videoçarx hazırlayıb.

“Azərsun Holdinq”in Azərbaycan mətbuat tarixinə aid hazırladığı yarımçıq saytda bütövlükdə mətbuat tariximiz əks olunmur. Burda sovet dövrü mətbuat tariximizdən, müasir mətbuatdan bəhs olunmur. Yalnız keçmiş dildə desək, inqilabdan əvvəlki medianın tarixindən danışılır. Mətbuatımızın bu mərhələsi ilə bağlı qaranlıq qalan, yazılmayan nə var ki? İnqilaba, Cumhuriyyətə qədərki Azərbaycan mediasının tarixini lazımı qədər tədqiq ediblər. Şirməmməd Hüseynov və başqaları bu istiqamətdə kitablar yazıblar, Cumhuriyyət dövrünü Nəsiman Yaqublu və başqa alimlər tədqiq edib, Məhəmməd Əmin Rəsulzadə irsi ətraflı araşdırılıb. Burda qeyri müəyyən nə var? Yazırdılarsa, sovet dövrü Azərbaycan mətbuatının tarixini də, müstəqillik dövrü mediamızın tarixini də yazaydılar. Nədən çəkinirlər?

Yazmaq olmazdımı ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra filan qəzetlər çapa başladı, filan qəzetlər bağlandı? O illərdə nə qədər çapa başlayıb bağlanan qəzetlər var, bunlar bizim milli mətbuatımızın tarixinə aid olan məsələlərdir. O nəşrlər bizim müstəqilliyimizin ilkin tarixi faktlarıdır. Bunları da yazardılar. Hamının bildiyi şeyləri ora yazmağın nə mənası var idi ki?

Holdinqin gördüyü iş yarımçıqdır, çünki Azərbaycanın mətbuat tarixi yalnız Cumhuriyyətə qədərki dövrlə məhdudlaşmır, Azərbaycan mətbuat tarixinin sovet dövrü də, müstəqillik dövrü də var və bu müstəqillik dövrü daha zəngindir, çoxlu sayda qəzetlər olub, bu və digər səbəblərdən sıradan çıxıblar, amma bu bizim mətbuat tariximizdir. Bunu edirlərsə bütöv şəkildə etsinlər. Kimin gözündən pərdə asmaq istəyirlər? Bu yarımçıq iş kimə lazımdı?

Şakir Ağayev: “Azərsun Holdinq”in mətbuatla bağlı hazırladığı bu sayt qənaətbəxş deyil”

Məsələyə münasibət bildirən “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər"ə “Birinci, “Azərsun Holdinq”in mətbuatla bağlı hazırladığı bu sayt qənaətbəxş deyil. Belə qənaətə gəlirəm ki, bu holdinqin müasir Azərbaycan mətbuatından xəbəri yoxdur. “Azərsun Holdinq”, səhv etmirəmsə, bir təqvim də hazırlayıb. Bu təqvim də kimlərə verilib, kimlərə çatıb, kimlərə verilməyib, kimlərə verilməlidir? Belə başa düşürəm ki, hətta hələ onu tam müəyyən etməyiblər ki, müasir Azərbaycan mətbuatında kimlərin yeri hardadır və kimlər hansı rolu oynayıb. İnqilaba qədər olan 3-5 qəzetin adı çəkilib, bu tarixdir, bunu hamı bilir və bu yazılıb, tədqiqa olunub. Amma sovet dövründə bizin böyük mətbuat tariximiz olub. Üzeyir Hacıbəyov təkcə o dövrdə yazmayıb, sovet dövründə də yazıb. Sovet dövründə Azərbaycan SSRİ-nin tərkibində olsa da, respublikamızın çox güclü jurnalistləri olub. Hətta dissident jurnalistlərimiz də vardı. O ölkənin tərkibində olmuşuq, Amma o dövrdə Azərbaycanın müasir mətbuat tarixinin yaranmasında, fəaliyyətində, inkişafında xidmətləri olan mətbuat orqanları, jurnalistləri olub. Çox təəssüf ki, “Azərsun Holdinq” bunları nəzərə almayıb. Onların özlərinin işlədikləri mətbu orqanlar var. Dövlət milli mətbuatın 150 illiyik yubileyini keçirir, bunlar da sıradan geri qalmamaq üçün kiçik bir şey hazırlayıblar ki, mətbuatın 150 illiyi ilə bağlı bu holdinq də bir iş görüb. Təbii ki, işi ya tam görürlər, ya da ümumiyyətlə görmürlər, yarımçıq iş ümuiyyətlə qəbul olunmayan işdir. Yaxşı olardı ki, normal iş görərdilər. Bu çətin bir şey deyil”.

Müasir mətbuat tariximizə saytda yer verilməməsinə gəlincə, Ş.Ağayev qeyd etdi ki, bununla bağlı qoyulan suallar tam yerindədir. Müasir Azərbaycan mətbuatının 30 ildən artıq tarixi olduğunu deyən Ş.Ağayev bildirdi ki, ölkəmizin müstəqil mətbuatı var. “Bunu Heydər Əliyev də dəfələrlə qeyd edib. Cənab Prezident də dəfələrlə bunu vurğulayıb. Müstəqillikdən bəri Azərbaycanın müxtəlif fəxri adlar, medallar alan jurnalistləri, mətbuat işçiləri var. İstər torpaqlarımız işğalda olduğu dövrdə, istərsə də 44 günlük müharibədə Azərbaycan həqiqətlərinin, dövlətimizin haqlı mövqeyinin dünyaya çatdırılmasında müasir mətbuatımız çox böyük oynayıb, çağdaş mətbu orqanlarımızın burda danılmaz xidmətləri olub. Çox təəssüflər olsun ki, bu layihədən heç nə anlaya bilmirəm. Bu layihənin rəhbəri kimdir, onu hansı şəxslər hazırlayıb, bunu deyə bilmərəm. Amma çox təəssüf ki, onlar 30 ildən çox yaşı olan müstəqillik dövrü mətbuatını unudublar. 150 illik milli mətbuat tariximizin 30 ildən çoxu müstəqillik dövrümüzə düşür. Bu 30 illik tarixi necə unutmaq, necə qeyd etməmək olar? Biz dünya tərəfindən qəbul olunan, dünyada gedən proseslərdə yaxından iştirak edən müstəqil bir dövlətik. Canlı orqanizm kimi bu dövlətin bir strukturu da milli mətbuatımızdır”.

Ş.Ağayev təəssüflə qeyd etdi ki, bu sayt başdansovdu hazırlandığı üçün burda 150 illik mətbuat tariximizin mənzərəsi tam əks olunmayıb. “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə fəaliyyətə başlayan ilk şirkətlərdən biri “Azərsun Holdinq” olub. Bu şirkət müstəqillik dövründən bəri mövcud olan Azərbaycan mətbuatını yaxşı tanımalıdır. Bu şirkətin Azərbaycanın müasir mətbuatını xoşlayıb-xoşlamadığını deyə bilmərəm. Amma biz tarixdən yazırıqsa burda müstəqillik dövrü mətbuatın da tarixi qeyd olunmalı idi. Dəb xatirinə, iş xatirinə yox, həqiqətən də mətbuat tarixinə töhfə verən bir sayt hazırlanmalı idi ki, bu da onların Azərbaycan Milli Mətbuatının 150 illiyinə bir hədiyyəsi olardı. Bunun üçün Medianın İnkişafı Agentliyi ilə əlaqə saxlamaq olardı, onlar çox gözəl bir çarx hazırlayıblar. Yaxud Azərbaycan mətbuat tarixini bilən şəxslərlə məsləhətləşmək olardı. Görünür ki, işə çox səthi yanaşılıb”-deyə Ş.Ağayev qeyd etdi.

Azər Həsrət: “Bu sayt deyil, “Əkinçi”nin 150 illiyinə həsr olunmuş təqvimdir”

Media eksperti Azər Həsrət isə “Bakı-Xəbər”ə verdiyi şərhdə məsələyə fərqli yanaşdı: “Azərsun Holdinq”in hazırladığı sayt deyil, təqvim layihəsidir. Bilmirəm, mətbuat bunu niyə sayt kimi təqdim edib? Onlar təqvim layihəsi hazırlayıblar. Onu da kağızda çap ediblər, elə mənə də göndəriblər. Çox gözəl bir şeydir. Divardan asmaq, masaya qoymaq üçündür, bir dənə də “bloknotdur”, içində də Zərdabidən başlamış Üzeyir Hacıbəyliyə, Məhəmməd Əmin Rəsulzadəyə qədər mətbuat və dövlət xadimlərimizin şəkilləri var və bu, 2025-ci ilin 12 ayını əhatə edir. Yəni bu sayt deyil, “Əkinçi”nin 150 illiyinə həsr olunmuş təqvimdir. Onun internet versiyası da var ki, kim istəsə əlçatan olsun. Gözəl bir şeydir. Bu, Azərbaycan mətbuat tarixi saytı deyil, heç ora elə bir şey yazılmayıb da, ora təqvim layihə yazılıb”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ