Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Ukraynanın ərazisini Rusiya böldü, təbii ehtiyatlarını ABŞ və Avropa bölüşdürür - Avropanın təklifi...

Image


Abutalıb Səmədov: “Zelenski çox ağır durumdadır, onun “müttəfiqləri” məqamdan istifadə etməyə çalışırlar”

ABŞ prezidenti Tramp Ukrayna prezidenti Zelenskinin qiymətli metallarla bağlı sazişi imzalamaq üçün bu həftə və ya gələn həftə Vaşinqtona səfər edəcəyini açıqladı. Tramp razılaşmanın yekunlaşmağa çox yaxın olduğunu bildirib.

Bu arada, Kiyevə səfər edən Avropa Komissiyasının rəsmiləri Ukraynaya ABŞ prezidenti Donald Trampın “nadir metallara çıxış” haqqında təklif etdiyi sövdələşməyə alternativ təkliflə çıxış edib. Belə bir bəyanatla Avropa Komissiyasının sənaye strategiyası üzrə komissarı Stefan Sejurne çıxış edib. O qeyd edib ki, Ukrayna Avropa üçün 30 mühüm resursdan 21-ni təmin edə bilər və bu, qarşılıqlı faydalı tərəfdaşlığın bir hissəsi kimi qiymətləndirilə bilər. Sejurne vurğulayıb ki, Avropanın təklifi ilə ABŞ-ın təklifi arasındakı fərq onun mütləq qarşılıqlı maraqlara söykənməsidir. Lakin təklifin təfərrüatları açıqlanmayıb.

Xarici media yazır ki, ABŞ və Ukrayna arasında aparılan ikitərəfli danışıqlara əsasən, Ukraynanın yenidən qurulması üçün yaradılacaq fondun həcmi 500 milyard dollara çata bilər. Qeyd edilir ki, saziş layihəsinə əsasən, Ukrayna təbii ehtiyatlar, infrastruktur və digər aktivlərdən əldə etdiyi gəlirin 50%-ni bu fonda köçürəcək. Eyni zamanda Ukraynanın ABŞ-dan aldığı yardımın iki qatını fonda ödəməsi nəzərdə tutulur. ABŞ-ın Maliyyə Nazirliyi, Ticarət Departamenti və Vitse-prezident ofisi tərəfindən idarə olunacaq fond Amerikanın iqtisadi maraqlarını qorumaq və Ukraynanın sürətli yenidən qurulmasını təmin etmək məqsədi daşıyır.

Trampın 500 milyardlıq saziş təklifinə alternativ təklifinə qarşı Avropa da alternativ təklif irəli sürərək Ukraynanın sərvətlərinə göz dikdiyini göstərdi.

“İlk növbədə Avropa Birliyi ölkələrinin Trampın təkliflərinə şərik çıxmağa çalışması Ukraynanı çox ağır duruma salıb”

Məsələ ilə bağlı "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində “İlk növbədə ABŞ-ın daha ciddi dəstəyini əldə etmək üçün Ukrayna prezidenti Volodimir Zelenski ötən ilin sonlarında qələbə planını ortaya qoydu və təklif etdi ki, Ukraynanın təbii sərvətləri birlikdə istismar olunsun. Məqsəd ilk növbədə ABŞ-ı daha ciddi yardımlara sövq etmək idi. Çünki göz qabağında idi ki, Ukrayna Rusiya ilə müharibənin gedişində döyüşməyi bacarmır, ağır da olsa, Rusiya Ukrayna ərazilərini işğal etməkdə davam edir və bu gediş, təbiidir ki, Zelenskini razı sala bilməzdi. Həmin plan həm Baydenə, həm Trampa təqdim olundu, Baydenin artıq hakimiyyətdə son günləri olduğundan, əslinə qalsa, bu plana elə bir ciddi reaksiya verilmədi. Trampı həmin planda iki məsələ maraqlandırdı, bunlardan biri, təbiidir ki, Ukraynanın təbii sərvətlərinin birgə istismarı, ikincisi, Ukrayna ordusunun Avropanın təhlükəsizliyində həlledici rol oynaması təklifi idi. Andiçmədən dərhal sonra Tramp maliyyə nazirini Kiyevə göndərdi və Ukraynanın təbii sərvətləri ilə bağlı planını Zelenskiyə təqdim etdi. İddia etdi ki, indiyə qədər ABŞ Ukraynaya 350 milyard dollar həcmində yardım göstərib, bu yardımı, verilən vəsaiti geri almaq üçün mütləq bir fond yaradılmalıdır və bu fond Ukraynadakı təbii sərvətləri, nadir torpaq, yaxud yer elementlərini birgə çıxarmağa xidmət etməlidir. ABŞ-ın maliyyə nazirinin gətirdiyi planı Zelenski qəbul etmədi, imzalamadı və açıq şəkildə dedi ki, ABŞ Ukraynaya kredit verməyib, vəsaitlər qrant şəkilində ayrılıb və dəfələrlə deyilib ki, Ukrayna bu vəsaitləri geri qaytarmayacaq. Hətta müharibənin birinci ilində qəbul edilənlend-liz haqqında qanun da icra olunmadı. Belə izah olundu ki, ABŞ daha əlverişli variant təklif edir, çünki lend-liz qanunu icra edilsəydi, Ukrayna ABŞ-a müəyyən qədər vəsait ödəməli idi, verilən hərbi texnika və sursatlar da Ukraynaya əvəzsiz çatdırılmazdı. ABŞ belə izah etdi ki, bu səbəbdən lend-liz qanunu icra olunmadı və Ukraynaya heç verilmədi, biz daha əlverişli şərtlərlə əvəzsiz olaraq bu yardımı göstərdik”-deyə bildirdi.

A.Səmədov vurğuladı ki, Zelenskinin iddiasına görə, bu müddətdə Amerikanın yardımı təqribən 100 milyard dollar olub. “Baxmayaraq ki, rəsmi elan olunan və Ukraynaya ayrılan vəsait 175-177 milyard dollar səviyyəsindədir. Ancaq Ukraynanın aldığı 100 milyard dollardır. Tramp iddia edir ki, 350 milyard dollar yardım olunub, onlar geri qaytarılmalıdır. Təbiidir ki, bu şərti Zelenski, hələ ki, qəbul etmək istəmir və müqavimət göstərir. Bu səbəbdən Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloqun gətirdiyi layihəni də Zelenski qəbul etmədi. Ancaq Trampın təzyiqləri davam edir və ümid edir ki, yaxın günlərdə Zelenski layihəni qəbul edər və Vaşinqtona gəlib sənədləri imzalayar. Bu məqamda Avropa Birliyi ölkələri də, Böyük Britaniya da prosesə qoşulmaq və Ukraynanın təbii sərvətlərindən faydalanmaq istəklərini ortaya qoyublar. Bu təbii sərvətlərin bütövlükdə dəyəri 26 triloyon dollardan bir az artıqdır. Bunun da təqribən yarısı Rusiyanın işğal etdiyi ərazilərdədir. Əgər Dnepropetrovsk ərazisini də Rusiya işğal edə bilsə, Ukraynanın təbii sərvətlərinin 70 faizinə nəzarət imkanı əldə edəcək. Artıq Rusiya qoşunları Dnepropetrovskın yaxınlığındadır. Bu səbəbdən Zelenski çox ağır durumdadır, onun “müttəfiqləri” məqamdan istifadə etməyə çalışırlar, “Ukrayna, ya təbii sərvətlərini bizim istədiyimiz şərtlərlə bizə verəcəksən, ya da Rusiya ərazilərini daha sürətlə işğal etməkdə davam edəcək”. Ancaq burda bir məsələ var. Ukraynanın müdafiəsində həlledici rolu ABŞ oynayır. Hətta Avropa ABŞ-ın ayırdığı vəsaiti verməyi öz üzərinə götürsə də, bunun Zelenskiyə heç bir xeyri olmayacaq, çünki silahlar bütün hallarda Amerikadan alınmalıdır. Ukraynanın ehtiyacı olan silahların təqribən 40 faizini ABŞ satmasa, Ukrayna bunu heç yerdən ala bilməz. Üstəlik, bu silahlar Ukrayna üçün həddindən artıq vacib olan silahlardır. Söhbət hava hücumundan müdafiə sistemlərindən, uzaq radiuslu raketlərdən, top mərmilərindən gedir ki, bunlar müharibənin gedişində həlledici rol oynayan silahlardır. İndi Ukrayna prezidenti belə bir ağır durumdadır. Təbii ki, ABŞ-la sövdələşməyə getməyə məcburdir. Hətta Avropa ilə razılığa gəlsə də, Avropa Ukraynanın təhlükəsizliyinə təminat verə bilməz. Çünki özünün təhlükəsizliyinin təminatına ehtiyac var və çox ağır vəziyyətdədir. Elə Makronun ABŞ-a səfəri və prezident Trampın onu stolun küncündə əyləşdirməsi də Avropanın vəziyyətini nümayiş etdirir”.

A.Səmədovun fikrincə, bu səbəbdən Zelenski ABŞ-la razılaşmaya getmək məcburiyyətindədir, ancaq deyir ki, heç olmasa mənə təhlükəsizlik təminatı ver. “Sərvətlərini ələ keçirmək istəyirlər, Ukrayna buna etiraz etmir. O sərvətləri çıxarmaq üçün Ukraynanın elə investisiya imkanları da yoxdur. ABŞ-ın yardımı olmasa o sərvətlər yerin altında qalacaq. Ancaq nisbətən ədalətli şərtlərlə bu işi görmək lazımdır və ən əsası, Ukraynanın təhlükəsizliyinə təminat verilməlidir. Qərbin də bu məqamdan faydalanmağa çalışması, ilk növbədə Avropa Birliyi ölkələrinin Trampın təkliflərinə şərik çıxmağa çalışması Ukraynanı çox ağır duruma salıb. Məlum olur ki, prezident Zelenski Qərbin, Böyük Britaniyanın və ABŞ-ın göstərişi ilə dəfələrlə sülhdən imtina etməkdə nə qədər böyük səhvə yol verib. İndi Zelenski çıxılmaz vəziyyətdədir, məsuliyyətsiz bəyanatlar verir, vəziyyətdən çıxacağına ümid edir, ancaq özü də yaxşı başa düşür ki, vəziyyət həddindən artıq ağırdır. Avropa da, Amerika da öz mahiyyətini açıq şəkildə ortaya qoyub və Zelenskinin onlara güzəştə getməkdən başqa çarəsi yoxdur. Əsas razılaşma, şübhəsiz ki, ABŞ-la imzalanmalıdır, onun maraqları təmin olunmalıdır, Avropa da bu təbii sərvətlərin çıxarılmasında, ondan istifadə olunmasında, arzuladığı qədər olmasa da, müəyyən pay əldə etməlidir. Əks halda Ukraynanın vəziyyəti yaxın aylarda çox ağır olacaq”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ