Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Trampla Mask USAİD-i məhv etməyə "and içiblər"...

Image


ABŞ prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması ilə bağlı səsləndirilən tənqidlərə baxmayaraq, milyarder iş adamı İlon Maskı öz administrasiyasında Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri təyin etmə qərarını müdafiə edib.

Xatırladaq ki, Tramp hələ yanvarın 24-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətini məhdudlaşdırıb və üç ay müddətinə ABŞ-nin xaricə yardımlarını dayandırıb.

Tramp və Mask “Fox News”da yayımlanan ilk birgə televiziya müsahibəsində bu addımı müzakirə ediblər. Tramp USAID-in maliyyəsini dondurmaq qərarını əvvəlki Bayden administrasiyasının çox xərcləməsi, bu xərclər arasında Birləşmiş Ştatların maraqlarına xidmət etməyən xarici yardımların olması və büdcə kəsirinin artması ilə əlaqələndirib. Bununla yanaşı, müsahibə daha çox Trampın dünyanın ən zəngin adamı Mask ilə münasibətinə və niyə onu Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə rəhbər təyin etməsinə fokuslanıb. Tramp bildirib: “Bir çox iş adamını tanıyıram, amma onların hamısı mütləq yaxşı insanlar deyil”. O deyib ki, Mask ölkənin yaxşı vəziyyətdə olmasını istəyən böyük insandır. Prezidentin sözlərinə görə, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti hökumət israfçılığını, saxtakarlığı və sui-istifadəni aradan qaldırıb, amerikalı vergi ödəyicilərinim milyonlarla dollarını xilas edib. Trampın yanvarda baş tutan andiçmə mərasimindən bəri Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti hər bir nazirlikdə yoxlamalar apararaq federal hökumətin ölçüsünü kiçiltmək və xərcləri azaltmaq məqsədilə minlərlə hökumət işçisini işdən çıxarıb. Mask Trampın hakimiyyətə gəldiyi zaman iki trilyon dollarlıq büdcə kəsiri ilə üzləşdiyini bəyan edib: “Məqsəd kəsirdən bir trilyon dollar çıxarmağa çalışmaqdır”. Tramp müsahibədə bildirib ki, Mask ondan öz şirkətləri üçün – xüsusən ABŞ hökuməti ilə bir neçə müqaviləsi olan “SpaceX” və elektrikli avtomobillərin təşviqi məqsədilə ABŞ subsidiyalarından faydalanan “Tesla” üçün heç nə xahiş etməyib. Mask isə əgər öz şirkətləri ilə əlaqəli bir vəziyyətlə üzləşsə, özünü bu məsələdən kənarlaşdıracağını bildirib. Tramp isə əlavə edib: “Əgər bir münaqişə yaranarsa, o, bu məsələyə qarışmayacaq”. Onu da qeyd edək ki, ABŞ-da pulların havaya sovrumasında ən çox USAID-in payı var. Demokratların hakimiyyətdə olduğu dönəmdə USAID Birləşmiş Ştatların dünyada qlobalist siyasətini reallaşdırmaq üçün etibarlı vasitəyə çevrilmişdi. Sabiq prezident Co Bayden tərəfindən ermənilərə yaxınlığı ilə seçilən Samanta Pauerin bu qurumun başına gətirilməsindən sonra qlobal sülhə ciddi təhlükə yaranmışdı. Pauerin Fransanın siyasi dairələri ilə birləşərək Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasına maneələr yaratması, bölgədə sönmüş münaqişə ocağını yenidən körükləmək istəyən Emmanuel Makronun ətrafı ilə işbirliyində olması, separatizmi, terrorizmi stimullaşdırmaq üçün nəzərdə tutulan Avropa Sülh Fondu ilə sinxron hərəkət etməsi USAID-in olduqca təhlükəli fəaliyyətlə məşğul olduğunun daha bir təzahürü oldu.

Proseslər göstərir ki, USAID daha fəaliyyətini bərpa etməyəcək. USAİD-in sponsor olduğu “The New York Times”,“Politico”,“Associated Press”, BBC, “Reuters”, “Frans-Press” və digər nəhəng media qurumlarında ölkəmizlə bağlı saxta ittihamlara da bu fonda son qoyulması gözlənilir. USAID-in fəaliyyəti ilə bağlı daha bir Avropa ölkəsi öz daxilində araşdırmaya başlayacaq. Belə ki, USAID-in Bosniya və Herseqovinadakı fəaliyyəti və xərcləri araşdırılacaq. Ölkənin maliyyə və xəzinə naziri Srdan Amidziç ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkədəki fəaliyyəti və xərcləmələri ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini açıqlayıb. Slovakiyanın baş naziri Robert Fiko İlon Maska məktub göndərərək, USAID-in ölkəsinə ayırdığı qrantlar haqqında məlumat istəyib. Baş nazirin məktubunda qeyd olunur: “Şübhəsiz ki, USAID-dən gələn vəsait Slovakiyada siyasi məqsədlər üçün, respublikanın siyasi sistemini təhrif etmək və müəyyən siyasi partiyaları dəstəkləmək üçün istifadə edilib”. Fikonun fikrincə, respublika üçün zəruri olan layihələri Slovakiyanın daxili işlərinə kobud müdaxilədən ayırmaq üçün Slovakiyada qeyri-hökumət təşkilatları, media subyektləri və ayrı-ayrı jurnalistlər üçün USAID-in qrantları və subsidiyaları haqqında məlumat əldə etmək lazımdır. Venesuelanın baş prokuroru Tarek Uilyam Saab isə qeyd edir ki, sağçı müxalifət Venesuela hökumətinə qarşı çevriliş cəhdi hazırlamaq üçün USAID-in maliyyə vəsaitindən istifadə edib: “USAID-dən pul alan venesuelalı sağçı ekstremistlər həmin vəsaitdən qanuni hökumətə qarşı sui-qəsd hazırlamaqda istifadə etdiklərinə görə təhqiqat altındadırlar”. Onun sözlərinə görə, hazırda özünü prezident elan etmiş Xuan Quaydonun qondarma müvəqqəti hökumətinin USAID-in vəsaitlərindən qeyri-qanuni istifadəyə imkan verən korrupsiya sxemləri ilə bağlı araşdırmalar aparılır. Kubanın Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodriqes Parrilla qeyd edir ki, USAID həmişə Kubada konstitusiya quruluşunu sarsıtmaq üçün pərdə olub. Nazirin sözlərinə görə, agentlik 1998-1999-cu illərdə yüzlərlə qeyri-qanuni əməliyyatlar aparmaq üçün 6 milyon dollardan çox istifadə edib. 2001-ci ildən 2006-cı ilə qədər USAID kubalıları hədəf alan 142 qeyri-qanuni layihə və fəaliyyətə 61 milyon dollar ayırıb. Digər belə faktlar da mövcuddur. Amma görünən odur ki, USAİD-in qərəzli fəaliyyətinə son verilir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ