çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qarabağ erməniləri arasında Azərbaycana inteqrasiya olunmaq istəyənlərin sayı artır

Image


“Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır”. Bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin məlumatında yer alıb.

Qurum qarşı tərəfə sərt xəbərdarlıq edərək onu da diqqətə çatdırıb ki, əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərk-silah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaq. Qarabağda qalan ermənilərin “rəhbəri” kimi özünü təqdim edən Araik Arutyunyan da Azərbaycandan xəbərdarlıq aldıqlarını təsdiqləyir: “Azərbaycan bildirib ki, Xankəndi Bakının inteqrasiya siyasətini qəbul etməzsə, Qarabağın indiki problemlərini həll edilməmiş qoyacaq və daha sərt və daha kəskin addımlar atılacaq”. “Azatutyun” radiosu bildirir ki, Qarabağ ermənilərinin “prezidenti” kimi təqdim olunan Araik Arutyunyan  Xankəndidə keçirdiyi iclasda başqa məqamlara da diqqət edib. O, martın 1-də Azərbaycan tərəfi ilə keçirilmiş görüşün bəzi təfsilatlarını açıqlayıb. Bildirib ki, ikinci görüşdə Azərbaycan nümayəndəsi siyasi mövzuları müzakirə etmək istəyib və bu zaman inteqrasiya sözü işlədib. Araik Arutyunyan   bildirib ki, bundan sonra Azərbaycan tərəfi öz kanalları ilə onlara mesaj verib: “Ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da mövcud problemlər həll olunmayacaq, əksinə, daha sərt və daha kəskin addımlar atılacaq”. Araik Arutyunyan iddia edib ki, Qarabağ ermənilərinin əksəriyyəti öz müqəddəratını təyinetmə və özünüidarədən geri çəkilmək niyyətində deyil. Bununla belə, Arutyunyan Qarabağın erməni əhalisi arasında başqa rəylərin də olmasını istisna etməyib: “Bu isə o deməkdir ki, yaxın gələcəkdə bizdə öhdəsindən gəlməli olacağımız müxtəlif hadisələr baş verəcək. Bizim seçimimiz var: ya seçdiyimiz mübarizə yolunu davam etdirmək, ya da əgər cəmiyyətdə Azərbaycanın təkliflərini qəbul etmək kimi əhval-ruhiyyələr varsa, bu adamların öz vətəndaş hüquqları çərçivəsində bunu etmək və demək imkanları var ki, “biz düzgün yol seçməmişik”. Onların imkanları var ki, belə mövqeləri formalaşdırıb Qarabağda yeni hökumət təşkil etsinlər. Lakin biz mübarizə yolu seçdiyimizdən, bizim qərarımıza hörmətlə yanaşsınlar və buna daxili siyasi rəng verməsinlər”. Beləliklə, bu açıqlamadan sonra aydın görünür ki, Qarabağ erməniləri arasında Aərbaycan cəmiyyətinə inteqrasiya olunmaq istəyənlər var. Xüsusən də martın 5-də Qarabğda məlum insidentdən sonra ermənilər başqa çıxış yollarının olmadığını daha dəqiq görürlər. Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyants da başqa çıxış yolunun olmadığını qeyd edir: “İndi Qarabağın “müstəqilliyi” real deyil, indi o gündəmə xidmət etmək olmaz. Bu yaxınlara qədər Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizmindən danışılırdı. İndi onlar beynəlxalq səviyyədə görünən mexanizmə çox rəvan keçid ediblər ki, bu da tamamilə fərqli bir şey deməkdir. Qorxuram ki, ayrılıq olarsa, Xankəndi-Bakı dialoqunda beynəlxalq mexanizm işləməz, biz daha çox imitasiya ilə məşğul olarıq. Artıq bunun əlamətləri var. Azərbaycanlı deputat Ramin Məmmədov Qarabağ erməniləri ilə görüşür. Həmin görüşlər texniki və ya humanitar məsələlərlə bağlıdır, lakin bu, Bakıya onların Xankəndi ilə reinteqrasiya mövzusunda dialoq apardığını fəal şəkildə təbliğ etməyə mane olmur. Bu faktdır ki, Avropa İttifaqının xüsusi nümayəndəsi Klaar da bu prosesi alqışlayır”.

Rusiyanın “Vestnik Kavkaza” nəşri də yazır ki, ermənilərin inteqrasiyadan başqa çıxış yolu yoxdur: “Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna qaçaqmalçılıq yolu ilə silah və yaraqlıların daşınması aşkarlandıqdan sonra sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşmə zonasında atəşkəsin pozulması qaçılmaz idi. Bu hücumların hərbi məqsədi yoxdur, yalnız emosional və siyasi xarakter daşıyır. Emosional olaraq hər şey aydındır: Azərbaycanla müharibədə qisas tərəfdarları Qarabağ separatçılarını silahlandırmaq üçün təkcə Laçın yolunun deyil, ona bitişik olan torpaq yolun da bağlanmasından, bütövlükdə Azərbaycan hərbçilərinin bu dolama yolu aşkar edib qarşısını kəsməsindən qıcıqlanırlar. Üçtərəfli bəyanata əsasən, Xankəndini Ermənistanla birləşdirməyə yalnız Laçın yolunun icazəsi olduğu üçün indi torpaq yolda hərəkət tamamilə dayandırılacaq, bu da separatçıların silahlanmasının da dayandırılacağı deməkdir. Bundan narazı qalan silahlılar atəş açıblar. Siyasi məqsəd daha mürəkkəbdir. Azərbaycan Ermənistanı üçtərəfli bəyanatı kobud şəkildə pozarkən cinayət başında yaxaladı və sübut etdi ki, Paşinyanın, eləcə də onun tabeliyində olanların sülhlə bağlı son aylar səsləndirdiyi bütün sözlər ağ yalandır. İndi Rusiyada da, Avropada da, ABŞ-da da bilirlər ki, Paşinyan İrəvanın Cənubi Qafqazda sülhə nail olmaq istədiyini, Bakının isə maneələr yaratdığını deyəndə bütün vasitəçilər qarşısında yalan danışıb. Əslində Ermənistan hakimiyyəti Qarabağ separatçılarını silahlandırır, onları yeni müharibəyə hazırlayır. Paşinyan üstü açılan yalanla nəsə etməlidir. İrəvan “humanitar fəlakət” haqqında qışqırırdı, özü isə Xankəndiyə yemək əvəzinə gizli şəkildə silahlılar göndərirdi. Ermənistan hakimiyyətinin bu cür ikiqat ifşası sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada gərginliyi artırdı. Aİ “mülki missiyası”nın rəhbəri Ritter Ermənistan-Azərbaycan sərhədində hər hansı pozuntunun olmadığı barədə məlumat verib. Və bu açıqlamada bir gün əvvəl Azərbaycanın üç sərhəd rayonundakı mövqelərin atəşə tutulması nəzərə alınmayıb. Avropalılar bununla da bildirirlər ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyətin əsl mahiyyətini izləmək niyyətində deyillər. Çox güman ki, Ermənistan hakimiyyəti onları Azərbaycan mövqelərini atəşə tutmağı planlaşdırdıqları ərazilərə buraxmayacaq. Plan Azərbaycanı genişmiqyaslı əməliyyata təhrik etmək və ora “missionerlər” gətirməkdir ki, onlar İrəvan üçün əlverişli olan məlumatları qeydə alsınlar. Bu sadə məntiqi başa düşən Bakı təxribatlara adekvat cavablar verəcək ki, Paşinyan dünya ictimaiyyətinin diqqətini aydın faktdan yayındıra bilməsin: Ermənistan hakimiyyəti sülhə can atmaqdan danışanda yalan deyir”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ