Prezident İlham Əliyevin sərəncamı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ictimai həyatda səmərəli fəaliyyətlərinə görə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif edilib.
Prezidentin təltif etdiyi xanımlar arasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru, AYB üzvü Nəzakət Məmmədova da var.
“Tərəqqi” medalına layiq görülməsi münasibəti ilə dostumuz, dəyərli Nəzakət xanım Məmmədovanı ürəkdən təbrik edir, ona uğurlar arzu edirik.
Baki-xeber.com