ABŞ-nin Kanzas ştatından olan iki kişi Ermənistan ərazisindən Rusiyaya aviasiya hərbi texnikasının qanunsuz göndərilməsinə görə həbs olunub.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın NewsNation telekanalının reportajında deyilib.
Xatırladaq ki, martın 5-də Ermənistan tərəfi növbəti təxribat törədib.
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.
Həmçinin, adıçəkilən yolun Ermənistan tərəfindən qanunsuz istifadəsini təsdiqləyən kadrlar artıq yayılıb.