Bakı ilə İrəvan arasında sülh danışıqlarının davamı təmin olunmalıdır. Bu barədə Bakı şəhərində səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono jurnalistlərə deyib.
"Sabah mən İrəvana səfər edəcəm. Məqsədim tərəflərin mümkün ən qısa zamanda dialoqu bu və ya digər formatda bərpa etməsidir. Mənim burada məqsədim tərəfləri bu və ya digər formada bir araya gətirməkdir. Mən buraya Azərbaycanın rəsmi şəxsləri ilə görüşmək üçün gəlmişəm. Onları mümkün ən qısa zamanda bir araya gətirmək üçün sabah İrəvana səfər edəcəyəm", - o deyib.