Bir neçə ay əvvəl Ukraynada çirkli bombaların hazırlanması ilə bağlı iddialar səsləndirildi.
Trend-in məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Bakıda COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində jurnalistlərə açıqlamaaında deyib.
“Biz dərhal reaksiya verdik. AEBA oraya getdi, araşdırma apardı və bəyan etdi ki, bunlar doğru deyil və bu istiqamətdə bütün yanlışlıqları və şübhələri aradan qaldırdı. Biz Ukraynada çalışırıq və hər milli qram nüvənin belə hərbi məqsədlər üçün istifadə edilmədiyini yoxlayırıq”, - deyə o əlavə edib.