“Beş aydan artıqdır ki, İranın siyasi coğrafiyasında geniş ictimaiyyət tərəfindən böyük etirazlar səslənir. Vətənimiz Azərbaycanda və İranda yaşayan digər Türklər siyasi, iqtisadi, ekoloji fəlakətlərə, ağır vəziyyətlərə məruz qalıblar. Biz Avropada yaşayan Azərbaycan türkləri bu vəziyyətə səssiz qalmırıq və mitinq keçirməyə hazırlaşırıq. İstəyirik ki, bütün soydaşlarımız bu mitinqə hazır olsunlar və bu mitinq haqqında hamıya məlumat versinlər”. Bu fikirlər Azadlıq və Ədalət Yürüşü sözçüləri Şərifə Cəfəri və Saleh Kamrani adından “Bakı-Xəbər”ə daxil olan yazılı məlumatda əksini tapıb.
“Bu mitinqin adı Azadlıq və Ədalət Yürüşü olacaq. İranda yaşayan bütün millətlər bu mitinqdə iştiraka dəvət olunur. Mitinqin yeri və vaxtı növbəti çağırışda açıqlanacaq” - deyə Azadlıq və Ədalət Yürüşü sözçülərinin məlumatında bildirilir.
Baki-xeber.com