çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Rəsmi İrəvan Rusiyadan tarixdə görmədiyi sifəti görəcək..

Image


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq adlandırıb.

Zaxarova Sputnik radiosunun efirində bildirib ki, Cənubi Qafqaz regionunda Ermənistan və Azərbaycanın Rusiya ilə birlikdə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümid var. Onun fikrincə, belə bir siyasət münaqişənin həlli üçün deyil, tam əks məqsədlərlə aparılır: "Təəssüf ki, biz uzun illərdir burada belə bir tendensiya müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar".

Rusiya XİN sözçüsü xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır: "Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və ora daha yaxşı hala gəlib". Şübhəsiz ki, Mariya Zaxarovanın bu dedikləri həm də Ermənistana ünvanlanıb. Rusiya xarici işlər naziri Sergey Lavrov da Bakıda olarkən eyni mövqeni sərgiləyib. O, Avropa İttifaqını Ermənistana mülki missiya göndərməklə Ermənistan-Azərbaycan münasibətlərdən sui-istifadə etməkdə günahlandırıb: “Avropa İttifaqı missiyasının Ermənistana göndərilməsi onun funksiyaları, mandatı ilə bağlı bir çox suallar doğurur. Texniki detallar çox vacibdir”. Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın bunlara cavabı Kremldə narazılıq yaradıb. Simonyan qeyd edib ki, Moskva Ermənistanın problemlərini həll etmək gücündə deyil: “Rusiya daha təmkinli olmalı və Ermənistanın təhlükəsizlik məsələlərini həll edə bilməyəcəyini etiraf etməlidir. Əlbəttə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Rusiya Federasiyasının rolu var, çünki orada Rusiya sülhməramlıları yerləşdirilib. Eyni zamanda, hər hansı digər tərəf müsbət bir şey etməyə cəhd edəndə Moskvadan gələn “qıcolmalar” və reaksiyaları bir qədər lazımsız hesab edirəm”. Bunlar fonunda Rusiya mediasında Simonyan ciddi tənqid hədəfinə çevrilib. Onun  Rusiyaya qarşı çıxışı rus sosial şəbəkə seqmentinin sərt reaksiyasına səbəb olub. Məsələ ilə bağlı “kalibr.az” portalı bildirir  ki, erməni rəsmisinin bu “hücumlarına” cavab olaraq, Kremlə və hüquq-mühafizə orqanlarına yaxın olan bir sıra rus Teleqram kanalları - “Kremlinskaya praçka” “Siloviki”, “İki Mayor” sözün əsl mənasında İrəvanı yerlə-yeksan edib. Belə ki, sözügedən kanallar Ermənistanı banan respublikası, Simonyanı isə siyasi fahişə adlandırıb: “Yaxşı olardı ki, Simonyan İrəvan Dövlət Konservatoriyasının KVN komandasında çıxışını davam etdirsin və ya radio aparıcısı kimi ictimaiyyəti əyləndirsin. Çünki onsuz da postsovet məkanında siyasətdə klounlar çoxdur. Lakin təəssüf ki, bu fiqur səhnədə oynamaq əvəzinə Ermənistan banan respublikası tərəfindən rəsmi natiq kimi çıxış edir. Korrupsioner Ermənistan rəhbərliyi üçün bir neçə narahatedici sual var. Birincisi, əgər Ermənistan özünü “suveren dövlət” kimi göstərməyə çalışırsa, o zaman niyə onun təhlükəsizliyini özündən başqa kimsə maraqlandırmalıdır? İkincisi, İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın vaxtında reaksiyası və həlledici vasitəçiliyi olmasaydı, indi siyasi xəritədə “Ermənistan” adlı ərazi olardımı? Nəhayət, üçüncüsü, Simonyan kimi erməni siyasi fahişə-parlamentarilərin “strateji müttəfiqlərin” imkan verdiyi çoxsaylı antirusiya addımlarından sonra Rusiyanın təhlükəsizlik sahəsində Ermənistan qarşısında bəzi öhdəliklərini kəkələməyə prinsipcə hansı mənəvi haqqı var? Bütün bunların cavabı, çox güman ki, İrəvandan gələn ənənəvi pafoslu ağlama olacaq: “Yaxşı, qardaşlar, zarafat edirdik, axmağıq, bağışlayın”. Erməni stəndap artistlərinin “zarafatları” kifayət qədər bezdirib. Antirusiya mitinqləri təşkil edin və özünüzə qeyri-təntənəli bəyanatlara icazə verin? Odur ki, kömək yerinə qulağınızın dibini görərsiniz. Qərb banan respublikasını qırğına sürükləyir və görünür, İrəvanı qorumağı dayandırmağın vaxtı çatıb”.

Erməni ekspert Armine Marqaryan qeyd edir ki, hadisələrin belə inkişafı İrəvan üçün çox təhlükəlidir. Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında atışma təhlükəlidir, işçi dairələri ilə əlaqələr sabit əsasda qurulmayıb: “Rusiya Federasiyası Ermənistan-Azərbaycan münasibətlərində vasitəçi kimi monopoliyaya malik olmaqda maraqlıdır. Nə qədər ki, blok statusumuz var, çoxşaxəli xarici siyasət yeritmək imkanından məhrumuq. Maraqların toqquşmasının qarşısını almaq üçün biz ev tapşırığımızla məşğul olmalıyıq. Biz özümüzü bloka daxil olmayan dövlət kimi göstərməliyik. Ermənistan-Rusiya münasibətləri xəstədir, bu xəstəliyin meydana gəlməsi çoxdan başlayıb, biz imitasiya münasibətləri aparmışıq. Ermənistan-Rusiya münasibətləri xəstədir, amma ölməyib. Rusiyanı Ermənistanda de-yure strateji müttəfiq kimi qəbul edənlər azdır. Ermənistan-Rusiya münasibətlərində imitasiya sahəsindən çıxmaq və problemlərimizi nəzərə almaq lazımdır”. Digər erməni politoloq Davit Harutyunovun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi fonunda İrəvan-Moskva münasibətlərindəki gərginliyin artmasının bir neçə səbəbi var. O qeyd edib ki, bu səbəblər arasında Azərbaycanın Rusiya üçün çəkisinin Ermənistandan daha çox olması, xüsusilə müharibədən sonra Azərbaycanın əhəmiyyətinin daha çox olması var: “Digər faktor isə, təbii ki, Ermənistanın siyasətidir. Ermənistan tərəfinin Qərblə kifayət qədər aktiv diplomatik fəaliyyət göstərməsi faktını Rusiya tərəfi kifayət qədər sərt qəbul edir. İndiyə qədər Ermənistanın Azərbaycandan daha loyal olduğunu düşünürdülər, indi isə belə deyil”. Harutyunovun sözlərinə görə, eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya Ermənistana qarşı öz narazılığını yalnız bəyanatlar, müəyyən ritorika şəklində ifadə edir.
O vurğulayıb ki, əsas risq Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasıdır, lakin bu, Ermənistanın siyasətindən o qədər də asılı deyil. Məsələ ilə bağlı erməni politoloq Alen Gevondyan da bədbin danışır: “Paşinyanın sayəsində Ermənistan region dövlətlərinə qarşı alətə çevrilib və bu, gələcək üçün daha pis proqnozlara əsas verir. Çünki Ermənistan həm siyasi, həm də ola bilsin, ərazi baxımından qonşu dövlətlər arasında bölünəcək. Bu da onların milli təhlükəsizliyinin maraqları ilə müəyyən ediləcək. Qərb təxribat törədəcək və təbii ki, uğursuzluğa düçar olub, kənara çəkiləcək. Bundan sonra erməni siyasiləri ənənəyə uyğun olaraq, düşüncə orqanının beyin olduğunu unudub taleyi söyməyə başlayacaq. Onlar yenə də anlamayacaqlar ki, beyindən maksimalizm çərçivəsində deyil, realizm çərçivəsində istifadə etmək lazımdır. Güman edirəm ki, Ermənistanın bəzi rayonları hansısa ölkə ilə birgə idarəyə keçəcək. Bundan əlavə, Ermənistanda ən azı daha bir xarici silahlı kontingent yerləşdiriləcək. Paşinyan Qərbi ruslarla qarşıdurmanı davam etdirmək üçün ölkəmizə dəvət edəndə Ermənistandan heç nə qalmayacağı aydın idi. Hazırki rəhbərlik Rusiya ilə qarşıdurma ilə yanaşı, Ermənistanı İrana qarşı əməliyyat meydanına da çevirir”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ