çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Lavrov Bakıdan hücum edir, Simonyan İrəvandan cavab verir

Image


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda səsləndirdiyi fikirlər Ermənistanda, həmçinin Qərb dünyasında ciddi rezonans yaradıb. Xüsusən də Avropa İttifaqı missiyası ilə bağlı artıq Moskva ilə İrəvan arasında ziddiyyətlərin daha da dərinləşməsi müşahidə edilir.

Lavrov açıq mətnlə İrəvana bildirdi ki, Ermənistan Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verir. Ermənistanın parlament sədri Alen Simonyan isə İrəvandan ona bu şəkildə cavab verdi: “Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”. Beləliklə İrəvan, Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Avropa İttifaqının missiyasını Ermənistanda yerləşdirib. Bu fonda artan ziddiyyətlərə diqqət çəkən “armenianreport” portalı “Lavrov Bakıdan hücum edir, Simonyan İrəvandan cavab verir” adlı məqaləsində yazır: “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük səfəri Moskvadan İrəvana yönəlik açıq-aşkar demarş və xəbərdarlıqdır. Belə bir nəticəyə gəlmək üçün çox da fikirləşmək lazım deyil - 2018-ci ilə qədər Rusiya heç olmasa ictimai şəkildə neytrallığa riayət etməyə çalışıb və Rusiyanın yüksək rütbəli məmurlarından biri Bakıya gedibsə, deməli, onlar sözsüz ki, yoüstü və ya geri dönərkən İrəvanda da dayanıblar. Yaxud, məsələn, rusiyalı nazirlərdən biri İrəvana getdisə, başqa bir nazir Bakıya üz tutur. Bəli, bunda açıq-aşkar ikitərəflilik var idi (1988-ci ilin mayını necə yada salmaq olmaz ki, Liqaçov Bakıya, Yakovlev İrəvana gəldi və hər ikisi tamamilə əks mövqeli çıxışlar etdilər), ən azı neytrallıq görüntüsü yaradıldı. İndi maskalar atılıb və Moskva açıq-aşkar Bakıya doğru əyilir, oradan Lavrovun barmağı ilə İrəvanı hədələyir. Məsələn, Rusiya diplomatiyasının rəhbəri Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistanda hərbi mövcudluğunun təhlükəsizliyə təhdid olduğunu və Avropa İttifaqının missiyasının Rusiya ilə birgə hücumla bağlı mövcud qorxuların qarşısını ala biləcəyi barədə bəyanatını şərh etmək sorğusunu cavablandırarkən Lavrov olduqca qeyri-təntənəli şəkildə bildirib ki, Ermənistan liderinin bəyanatını tamamilə onun vicdanına buraxır. O, Ermənistan tərəfinin Moskvada keçiriləcək növbəti üçtərəfli görüşə hələ də yekun razılıq verməməsinə də qəzəblənib. “Xidmətlərimizi təklif etməkdə çox aqressiv olacağımızı düşünmürəm”, - deyə Lavrov yanaqlarını şişirib, görünür, hələ də Mirzoyanı ötən dekabrda üçtərəfli görüş üçün Moskvaya göndərməkdən imtina etdiyinə görə İrəvana qarşı kin saxlayır.

Təbii ki, Lavrovun Bakıdakı antierməni hücumları Ermənistana da təsirsiz ötüşməyə bilməzdi və artıq İrəvan onlara Milli Assambleyanın spikeri Alen Simonyanın dili ilə  reaksiya verib. Eyni zamanda, bizim iqtidar təmsilçiləri  özlərini incimiş kimi göstərmədilər və dərhal, necə deyərlər, öküzün buynuzundan tutdular, Moskvanın ikiüzlüyünü, xəyanətini, hətta çarəsizliyini göstərdilər. Belə ki, Simonyanın fikrincə, “Rusiya daha təmkinli olmalı və Ermənistanın təhlükəsizlik məsələlərini həll edə bilməyəcəyini etiraf etməlidir”. “Düşünürəm ki, hər hansı digər tərəf müsbət bir şey etməyə çalışarkən Moskvadan gələn qıcolmalar və reaksiyalar bir az lazımsızdır. Moskvanın bəyanatları bir az daha sakit, təmkinli olmalıdır və onlar başa düşməlidirlər ki, Ermənistanın öz maraqları və təhlükəsizlik problemləri var, geosiyasi dalğalanmalara, kiminsə istəklərinə və ya qısqanclığına baxmayaraq, təmin edilməlidir”, - Simonyan bildirib. O, həmçinin əlavə edib ki, Rusiya Ermənistanın təhlükəsizlik məsələlərini həll edə bilməyəcəyini açıq şəkildə bəyan etməlidir. “Onlar həmişə deyirlər ki, hər zaman o mövqedən çıxış edəcəklər ki, başqası məsələni başqa cür həll etməsin. Amma fakt budur ki, bu məsələ ruslar tərəfindən həll edilməlidir. Onlar bu məsələni həll etməli idilər”- Alen Simonyan bildirib. Alen Simonyanla razılaşmamaq çətindir. Ən azından, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası yerləşir, İrəvanla Moskva arasında bir çox təhlükəsizlik sazişləri imzalanıb, ölkə özü də KTMT-nin üzvüdür, amma Ermənistanın suveren ərazisi təhdid altında olanda heç kim barmağını belə tərpətməyib. Simonyan isə rusları sanki mismarla divara vuraraq deyib: “Yaxşı, siz haradasınız? Niyə iştirak etmirsiz? Əgər bacarmırsınızsa, o zaman bunu ictimaiyyətə açıqlamalısınız”. Bravo, spiker! Mənim yaddaşımda bu, Ermənistanın məsul şəxslərinin son dövrlərdəki ən güclü çıxışıdır. O, Moskvanın maskasını qopardı, Ermənistana qarşı ikiüzlüyünü, xain siyasətini nümayiş etdirdi. Diplomatik müstəvidə şəxsiləşmədən və təhqir etmədən daha yaxşı söz demək mümkün deyildi. Mən inanmaq istərdim ki, Moskvada Simonyanın dediklərini nəzərə alacaqlar. Və Lavrovun Bakı səyahətindən daha bir an, sadəcə olaraq, cavabsız qala bilməz. Orada o, Aİ-nin guya Ermənistandan Rusiyanı regionumuzdan sıxışdırmaq üçün bir alət kimi istifadə etməsi və İrəvanın Qərb oyununun qaydalarını qəbul etməsi ilə bağlı nəsə danışdı. Cənab nazir Rusiyanın əhəmiyyətini açıq şəkildə yüksək qiymətləndirir. Bəli, İrəvan burada heç bir oyun oynamır. Çox sadədir - Ermənistan anti-Rusiya koalisiyasına qoşulmayıb və Qərblə Rusiya arasında toqquşma platformasına çevrilmək niyyətində deyil. Biz sadəcə özümüzü və ölkəmizi qorumaq istəyirik. Bunu kiminlə - Aİ, ABŞ, Hindistan, Rusiya və ya Çinlə edəcəyik, qətiyyən əhəmiyyət daşımır. Biz yalnız öz təhlükəsizliyimizlə bağlı məsələləri həll edirik və burada kiminsə nədənsə inciməsi vecimizə deyil”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ