çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənilərin Sumqayıtda törətdiyi talanlarla bağlı çoxlarımızın bilmədikləri... - MÜSAHİBƏ

Image


1988-ci ilin fevral ayında erməni daşnaklarının Sumqayıtda törətdikləri təxribat əməlləri barədə çox geniş söhbətlər açılıb, yazılıb, film çəkilib. 35 il bundan əvvəl Sumqayıtda  yaşanan hadisələrin təşkilatçıları ermənilər olub və bunu sübut edən saysız faktlar, sənədlər var.

Qeyd edilənə görə, həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

  • “Öldürülən ermənilərin hamısı erməni terror təşkilatlarının fondlarına pul keçirməkdən imtina edənlər olub”

Tədqiqatçı, ictimai fəal, yazıçı, bu mövzuda və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri saysız terror, təxribat aktları ilə bağlı araşdırmalar aparan  Sənubər Sarallı ilə əlaqə saxladıq. Azərbaycandan kənarda yaşayan S.Sarallı ilə vatsap üzərindən  müsahibə götürdük.

- 35 il bundan əvvəl ermənilərin Sumqayıt şəhərində törətdikləri təxribat barədə çox yazılmasına baxmayaraq, mövzu yenə də tədqiqat obyekti olaraq öz aktuallığını saxlayır. Siz bir tədqiqatçı kimi bu barədə nə demək istəyərsiniz? Sumqayıt hadisələrini törətməkdə erməni daşnaklarının məqsədi nə idi?

- Başlıca məqsədləri Azərbaycan və Ermənistan arasında böyük bir uçurum yaratmaq, milli münaqişəni qızışdırmaq idi. Bunun da səbəbi o idi ki, ermənilər çoxdan Azərbaycana inteqrasiya olunmuşdular, qaynayıb-qarışmışdılar. Hətta ailələr də qurmuşdular. Kişi var idi erməni qızı almışdı, azərbaycanlı qız da vardı ki, erməniyə ərə getmişdi... Yəni belə faktlar var idi.

Mən çox hadisələrin şahidi olurdum. Qazaxda Murad Aşurov icra hakimiyyətinin başçısı olanda mən Ermənistan-Azərbaycan sərhədinin Qazax istiqamətindən Ermənistana keçib gedirdim.

- Niyə gedirsiniz? Bəs bilmirdilər azərbaycanlısınız?

- Ermənilər mənim azərbaycanlı olduğumu bilmirdilər, erməni olduğumu zənn edirdilər. Mən erməni dilində Qarabağ ləhcəsində danışırdım ki, şübhələnməsinlər. Çünki ədəbi dildə danışsaydım onlar şübhələnirdilər ki, sən Azərbaycanda nə edirsən? Ona görə də Qarabağ ləhcəsində danışırdım ki, məndən şübhələnməsinlər, elə bilsinlər erməniyəm. Ora getməkdə məqsədim o idi ki, Ermənistandan çıxa bilməyən azərbaycanlıları özümlə Azərbaycana gətirəm. Çünki Qazaxda məndən xahiş edirdilər ki, bu ünvanlarda gizlənən azərbaycanlılar var ki, çıxmağa imkanları olmayıb.

- Onlar necə gizlənirdilər ki, erməni daşnakları onları  aşkarlaya bilmirdi?

- Əsasən hərbi hissələrdə. Onları tapıb özümlə sərhədə gətirirdim ki, bunlar türkdür, evimi bunlarla dəyişmək istəyirəm, icazə verin mənimlə getsinlər. Qarabağ ləhcəsindən istifadə edib yüzlərlə azərbaycanlını xilas etdim.

- Neçə dəfə gedib-gəlmisiniz?

- 12 dəfə.

- Bu hansı illərə təsadüf edirdi?

- Əsasən 1988-1992-ci illərdə gedib-gələ bildim. 1992-ci ilin əvvəlinə kimi “Qırmızı körpü”dən keçirdik. Ermənilər o tərəfdən, azərbaycanlılar isə bu tərəfdən gedirdilər və gedib o körpünün üsündə bir-birinə evlərin sənədlərini verirdilər, evləri dəyişirdilər və s. Amma ermənilərdən fərqli olaraq, azərbaycanlıların çoxu evlərini dəyişə bilmədi.

- Səbəb nə idi?

- Çünki Bakıdakı, Sumqayıtdakı, Gəncədəki, Mingəçevirdəki və digər yerlərdəki evlərini azərbaycanlılara satırdılar. Onlar Ermənistana getmək istəmirdilər...

- Sumqayıt hadisələrinə qayıdaq...

- Sumqayıt hadisələrini ermənilərin həyata keçirdiyi faktdır. Eduard Robertoviç Qriqoryanın bu işi icra etdiyi məlumdur. O zaman “yuxarıda oturanlar”la, KQB ilə bu proqramı hazırlayırlar ki, Sumqayıtda hansı evlərə hücum edəcəklər.

- Əsasən kimlərin evləri hədəfə alınmışdı?

- O ermənilərin evlərinə hücum nəzərdə tutulurdu ki, onlar erməni terror təşkilatlarına pul ödəmirdilər.  Azərbaycanda yaşayan bütün ermənilərdən “Miatsum”, “Hnçak” , “Daşnakstyun” , “Krunk” , “Haykakan”, “Dro”, “Njde” kimi 60-a yaxın erməni terror təşkilatına pul yığırdılar. Hansı ermənilər ki, bu terror təşkilatlarına pul ödəməkdən imtina edirdilər, onların ünvanlarını JEK işçiləri vasitəsilə ələ keçirib evlərinə  hücumlar təşkil olunurdu. Təsəvvür edin ki, eyni blokda yaşayan erməni sakinlərdən bu terror təşkilatlarına pul ödəyənlərə toxunmurdular. Amma pul ödəməyən ermənilərin evlərinə girib onları döyürdülər, işgəncə edirdilər, öldürürlər, qızıl-zinət əşyalarını əllərindən alırdılar. Bunu isə, dediyim kimi, edənlər ermənilər idi. Əsasən də Eduard Qriqoryan özü erməni qadınlarını zorlayırdı. Bildiyim qədər, Qriqoryan özü 8 adam öldürüb və Meclumyan bacılarının ikisini də zorlayıb, Emma Meclumyanı öldürüb. Sumqayıt hadisələri ilə bağlı cinayət işi qaldırılanda Eduard Qriqoryanı tutdular. Eduard Qriqoryan kimiləri milli münaqişə yaradırdılar, erməniləri öldürüb azərbaycanlıların üstünə atmaq istəyirdilər. O zaman hərbiçilər bu işə qarışmırdı. Çünki onlara və polislərə yuxarıdan əmr var idi ki, bu işə qarışmasınlar. O zaman Sumqayıt hadisələrinə görə cinayət işi açılanda rəhmətlik Davud İmanov türmədə Qriqoryangildən izahat alır. İzahat alanda Qriqoryan etiraf edir ki, bəli, mən onu zorlayıb sonra da öldürmüşəm. Sonra əlavə edib ki, Petrosyan soyadlı bir kişini də öldürüb. Bildirib ki, onu şəkildə yaxşı göstərirsiniz, amma o sanki mənim qarşısında dovşan idi, mənə müqavimət göstərdi, ona görə də onu öldürdüm. Məhkəmədə də bütün şahidlər, zərərçəkmişlər hadisəni Qriqoryanın törətdiyini deyiblər. Hətta qadınlardan biri onun Qriqoryan tərəfindən zorlandığını deyir. Qriqoryan da bildirir ki, mən erməniyəm, sənə qarşı necə belə edə bilərəm? Qadın da deyib ki, onun qolunda “Rida” yazılıb. Qriqoryanın qolunu açıb görürlər ki, həqiqətən də bu söz onun qolunda yazılıb. Rida isə bilmirəm onun arvadının, yoxsa məşuqəsinin adı olur. Sumqayıt hadisələri zamanı erməni daşnakları tərəfindən qətlə yetirilənlər arasında azərbaycanlılar da olub. Öldürülən 32 nəfərin 26-sı erməni, 5-i Azərbaycan türkü, 1-i isə ləzgi olub. Öldürülən ermənilərin hamısı erməni terror təşkilatlarının fondlarına pul keçirməkdən imtina edənlər olub.

Azərbaycanlılara gəlincə, görünür, onlar Qriqoryanın dəstəsini erməniləri öldürməyə qoymayanlardır. Bu, xalqımızın humanist, insanlıq tərəfidir. Sumqayıtda baş verən hadisələr birdən-birə baş vermədi, buna hazırlıq görülürdü. Hadisənin başlanmasından iki həftə əvvəl, yəni 1988-ci ilin 14 fevralında Artaşes Qabrelyan Sumqayıta gedir. Hadisənin cərəyan edəcəyi ərazilərdə evlərin damları üzərində kameraları yerləşdirir. Bunu ona görə edir ki, planlaşdırılmış təxribatı əvvəldən axıra-qədər lentə alıb bunu azərbaycanlıların həyata keçirdiyi barədə saxta iddialar irəli sürsün. Qabrelyan İrəvandan gətirdiyi operatorları evlərin damında yerləşdirir və siqnal gözləyir. Reçividis Eduard Qriqoryana da JEK-lərdə işləyın ermənilər siyahı verirlər ki, həmin ermənilər hansı ünvanda, hansı binada, hansı mənzildə yaşayır. Bütün proseslər ermənilərin əli və iştirakı ilə baş verir. Təcili yardımda işləyən iki kişi, bir qadın olur. Onlar ermənilərə kömək edirlər. Bu Qriqoryanın ətrafında da Qərbi Azərbaycandan gəlmiş qaçqınlar olur. O qaçqınlardan birinə də ölüm hökmü oxundu sonra.

- Söhbət kimdən gedir?

- Əhməd Əhmədovu deyirəm. Anlaya bilmirəm, necə olur ki, bu qədər adam öldürən Eduard Qriqoryana 12 il iş verirlər. Məhkəmə prosesi Azərbaycanda getməli olduğu halda Rusiyada gedib. Rusiyada məhkəmə Qriqoryana 12 il iş verib, cəzasını çəkmək üçün Ermənistana göndərirlər. 

– Bu məhkəmə prosesinin Azərbaycandan kənarda keçirilməsində məqsəd nə idi?

- Ona görə ki, Sumqayıt hadisələrini törətmək üçün Eduard Qriqoryanı  rus KQB-si ilə erməni daşnakları birgə hazırlayıb...

- Bir neçə il əvvəl məlumat yayıldı ki, Sumqayıt hadisəsini törədən Eduard Qriqoryan salamatdır və Rusiya ərazisindədir. Siz bu faktla tanışsınızmı?

- Bəli, tanışam. Hazırda həmin şəxs Fransada yaşayır. Ona 12 il iş verdilər, amma sonra onu 7 ilə endirdilər. Ermənistanda onu tutmadılar. Qriqoryanı Ermənistanda ona görə tutmadılar ki, o Sumqayıt hadisələrini törətməklə erməni daşnak terror təşkilatlarının əmrini yerinə yetirmişdi.

Ancaq azərbaycanlı Əhməd Əhmədova ölüm hökmü çıxardılar. Əhməd Əhmədov Qərbi Azərbaycandan idi. Bildiyim qədər, ya Hallavardan, ya da Haydarlıdan olub. Uzaqdan qohumluğumuz da çatır. Birinci Qarabağ müharibəsində Əhməd Əhmədovun oğlu şəhid oldu. Bu faktı Sergey Qurgenyan da yazır ki, Sumqayıt hadisələrini azərbaycanlılar yox, kənardan olan qüvvəllər törədib, bu işdə Azərbaycan xalqının günahı yoxdur. Robert Arakilov bunu “Yaddaş” kitabında yazır. Onun arvadı azərbaycanlı olub. O bir müddət erməni kimi Xankəndidə yaşayıb işləyib. Qeyd edilənə görə, bir gün radioda bir veriliş gedirmiş, hamı diqqətlə o verilişə qulaq asırmış, Robert onlardan soruşub ki, bu kimdir ki, siz ona belə diqqətlə qulaq asırsınız? Deyiblər ki, bu, Sumqayıt hadisənin müəlliflərindən olan Artaşes Qabrelyandır. Onun rəhbərliyi ilə Sumqayıt hadisələrinin törədildiyini deyiblər. Bu adamı Moskva, KQB hazırlamışdı. Ermənilərin çoxu KQB-də oturmuşdu. Qorbaçovun ətrafındakıların hamısı ermənilər idi. Şaxverdiyan, Aqambekyan, Nikidyan, Balayan, Kaputikyan, Xanzadyan, Qalastyan və sair hamısı ermənilər idi ki, Qorbaçovun yanında yer alırdılar. Qorbaçov 1985-ci ildə hakimiyyətə gəldi. 1985-ci ildə Azərbaycanda dondurmanın üzərində erməni hərfləri ilə fevral ayında “DQMV”da “Myatsum” (birləşmə) yazılmışdı. Bunu da hazırlamaq üçün Yasir Ərəfat 1983-cü ildə Moskvaya gəlmişdi, öz ölkəsinə isə birbaşa İrəvandan getmişdi. Onlar artıq terrorçuları hazırlamışdılar. 1983, 1984, 1985-ci illərdə Moskvanın kənarındakı poliqonda terrorçuları hazırlayırdılar. Təsəvvür edin ki, həmin terrorçu qruplar  Qərbi Azərbaycanda azərbaycanlılara qarşı hücuma hazır idilər. Hələ 1985-ci ildə bu hazırlıq var idi. Soydaşlarımız 1988-ci ildə kütləvi qovuldular. Həmin ilin fevralında artıq ermənilər Sumqayıt hadisəsini törətdilər. 1987-ci ildə isə Qafanda Ülkər Babayevanı öldürmüşülər. O, xəstəxanada tibb bacısı işləyirdi. Onu ona görə öldürmüşdülər ki, ermənilər “Qarabağ Ermənistanındır” demişdilər, Ülkər də “Qarabağ Azərbaycan torpağıdır” demişdi. Onu xəstəxanada öz iş yoldaşları döyüb öldürdülər. Sonra 1987-ci Hamamlı rayonunun kəndlərinə çörək aparan çörəkçini öldürdülər. O adamı ermənilər ona görə öldürdülər ki, Qursalı, Saral, Arcut, Hallavar, Haydarlı, Qarakilsə, Hacıqara və başqa azərbaycanlılar yaşayan kəndlərə çörək aparmasınlar. Vəziyyəti gərginləşdirirdilər ki, camaat çörək ala bilməsin, işıqları olmasın. Terrorçular hər an hücuma hazır idilər...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ