çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan Qarabağda əsas söz sahibidir - ermənilər də açıq danışır...

Image


“Ermənistan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qoyulmasına razılaşacaq və Qarabağa nəinki silahların, həmçinin hər hansı qeyri-leqalların axınına da son qoyulacaq. Separatçıların başçıları Ruben Vardanyanın “vəzifədən” uzaqlaşdırılmasından sonra Qarabağdan da deportasiya edilməsinə artıq razılıq veriblər.

Bundan sonra Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə və Azərbaycan dövlətinə reinteqrasiyası başlanacaq. Azərbaycan rəhbərliyinin bildirdiyi kimi, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxacaq, ermənilər Azərbaycanın bərabərhüquqlu vətəndaşları olacaqlar. Cənubi Qafqaz tarixinin daha bir ağır səhifəsi bağlanacaq”.  Bu fikirlər rus ekspert Andrey Petrov tərəfindən səsləndirilib. Onun yanaşması ilə ermənilərin böyük əksəriyyəti də razılaşır.

Erməni politoloq Argişti Kiriryan qeyd edir ki, Azərbaycanın tələbi ilə Vardanyanın “vəzifədən” uzaqlaşdırılması artıq çox şeydən xəbər verir: “Bundan təxminən iki həftə əvvəl Ruben Vardanyanın uzaqlaşdırılacağı barədə məlumatım var idi, ancaq bundan əvvəl də elə bir vəziyyət yaranmışdı ki, demək olar, qərar qəbul edilmişdi. Ruben Vardanyanın uzaqlaşdırılması ilə Bakı Qarabağda vəziyyətin hakiminin kim olduğunu göstərir. İndi bunun ardınca Azərbaycan Laçın yolunda postlar, rentgen aparatları qoya, yolu aça bilər, amma bu onun hansı hesablamalarla əməliyyat aparacağından asılı olacaq. Biz başa düşməliyik ki, Bakı bir neçə məsələni həll etmək üçün həmin yolu bağladı. İndi yolu müvəqqəti olaraq aça bilər, beləliklə Bakı Qarabağda istədiyi  məsələlərin daha asan həll olunacağını düşünür”. Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan da məsələyə eyni prizmadan yanaşır: “Azərbaycan prezidenti İlham Əliyev Qarabağda kadr və daxili məsələləri de-fakto həll edir. Vardanyanın uzaqlaşdırılması tələbini ilk dəfə BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın səfiri səsləndirdi. Sonra bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri də təkrarladı. Sonda isə bu tələb Münhen konfransı zamanı Əliyev tərəfindən dilə gətirildi. Bu açıqlama dərhal istefa ilə müşayiət olundu. Əgər Əliyevin “daxili kadr” qərarlarına təsir etmək imkanı varsa, bunun daha vacib məsələlərə hansı təsirinin olacağını təxmin etmək olar”. Başqa bir erməni politoloq Edvard Antinyan Azərbaycanın dediklərinin artıq Qarabağda əsas olduğunu göstərir: “Mən çoxdan demişəm ki, Ruben Vardanyan qurban veriləcək. İlham Əliyev qalib gəlib, çünki tələb qoydu və yerinə yetirdi”.

İndi fikirlər də səslənir ki, Ruben Vardanyanın Qarabağın erməni icmasındakı “vəzifəsi”ndən uzaqlaşdırılması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanlarını artıracaq. Erməni siyasi şərhçi Edik Andreasyan bu xüsusda bildirir: “Mən Ruben Vardanyanın Qarabağa niyə gəldiyini hələ də başa düşməmişəm. Xahiş edirəm, məni düzgün anlayın. Rusiyadan olan məşhur iş adamı Ruben Vardanyanın Qarabağa niyə gəldiyini indiyə kimi  başa düşməmişəm. Əvvəlcə o gələndə həyəcanlandım. Lakin Arayik Arutyunyanın “fərman”ı ilə Ruben Vardanyan təyinatından təxminən 100 gün sonra “dövlət naziri” vəzifəsindən azad edildi. Burada hansı sirr ola bilər? Ruben Vardanyan Qarabağa maneə idi, yoxsa pis tərəfdarı idi? Nə edək, Əliyevə müraciət edək ki, Ruben Vardanyan fenomenini bizə ümumi insan dili ilə izah etsin? O kimdir, nə üçün Qarabağa gəlib, niyə “dövlət naziri” təyin edilib və niyə işdən çıxarılıb?.. Məni narahat edən suallara cavab tapmazdan əvvəl mən hər gün mətbuatda xəbərlər oxuyuram ki, Ruben Vardanyan ən pis halda Ermənistana gələ, İrəvan meri ola bilər.

Yaxşı, Ruben Vardanyan milyon yarım əhalisi olan İrəvana rəhbərlik edə biləcək fiqurdursa, niyə “120 min” əhalisi olan Qarabağa rəhbərlik etməyə imkan vermədiniz? Nəhayət, belə bir təhlükə də var ki, Əliyev razılaşmayacaq və Ruben Vardanyanın Ermənistanı tərk etməsini tələb edəcək”. Erməni ekspert Serob Marutyan isə Bakının gücünü bir daha göstərdiyini vurğulayır: “Bakıda indi Arutyunyanı ələ salırlar, Vardanyana isə “Kremlin marioneti” deyirlər. Bir neçə gün əvvəl Arayik Arutyunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib. Məlum olduğu kimi, Ruben Vardanyan Qarabağa “nazir” təyin olunan andan Azərbaycanda ona kəskin mənfi münasibət formalaşıb. Laçın dəhlizinin “bağlanması”ndan sonra isə “blokada”nın götürülməsi üçün ilkin şərtlərdən biri olub. Ruben Vardanyan Qarabağı tərk etməli idi. Ruben Vardanyanın “iş”dən çıxarılması Qarabağ “hakimiyyət”i üçün kifayət qədər ciddi nəticələr verəcək. O mənada ki, Xankəndidə Ruben Vardanyandan “qurtulmaq” qərarına gəlmələri geri çəkilmək deməkdir. Azərbaycana boyun əymək, bu da öz növbəsində son dərəcə pis vəziyyət yaradacaq. İndi isə Ruben Vardanyan artıq “nazir” olmayanda aydın olur ki, Xankəndi Bakının presedent kimi istifadə edəcəyi qərar qəbul edib və artıq ondan istifadə edir. Azərbaycan mediası Vardanyanın “işdən çıxarılmasına” müsbət reaksiya verir. Vardanyan hər mənada “Kremlin marioneti” kimi təqdim olunur. Azərbaycan prezidenti İlham Əliyevin sözlərinin həddən artıq çəkiyə malik olduğu vurğulanır. Azərbaycan mətbuatının yazdığına görə, Arayik Arutyunyan “hətta İrəvandan və Moskvadan təbii ehtiyaclarını qarşılamaq üçün icazə istəyir” deyə, onun Əliyevin tələbini yerinə yetirməkdən başqa yolu qalmayıb. Yəni Azərbaycan tərəfi artıq baş verənləri Azərbaycan dövlətinin Qarabağın Azərbaycana inteqrasiyası yolunda növbəti qələbəsi kimi təqdim edir. Bu kampaniya daha bir neçə gün, bir neçə həftə davam edəcək və qarabağlılar istəsələr də, istəməsələr də bunun nəticələrini udmalı olacaqlar”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ