çərşənbə axşamı günü, 10 noyabr 2026
     

"Zəngin ənənələrə malik olan Yeni Azərbaycan Partiyası müasir dövrün çağırışlarını yüksək səviyyədə cavablandırır" - Vüqar Rəhimzadə

Image


Martın 5-də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsi kimi nüfuz qazanan, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayından iki il keçir. Qurultay partiyanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

Belə bir mühüm məqamı nəzərə alsaq ki, Azərbaycan beynəlxalq aləmdə, nüfuzlu maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi nüfuz qazanıb, bu halda ölkənin aparıcı siyasi təşkilatının həmin prosesdən kənarda qalması mümkünsüzdür. O da məlumdur ki, YAP-ın irəli sürdüyü təşəbbüslərdə ölkədə gedən islahatlar prosesinin daha da dərinləşdirilməsi istəyi özünün aydın ifadəsini tapır. Belə ki, partiyanın 2019-cu ilin sonunda ölkədə geniş vüsət alan islahatların parlamentdə də öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü də deyilənlərin təsdiqidir. Məhz bu təşəbbüs 2020-ci il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsinə yol açdı. Hər bir əlamətdar hadisə keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 2020-il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqlar Yeni Azərbaycan Partiyasının qarşısında da mühüm vəzifələr qoydu. Bu vəzifələrin müəyyənləşdirilməsi islahatlar prosesinin tərkib hissəsi kimi Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini bir tələbə çevirdi. Qurultayda qəbul olunan yeni qərarlar partiyanın müasir çağırışları yüksək səviyyədə cavablandırmasında əhəmiyyətli rol oynadı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu. Dövr, zaman dəyişir, qarşıya yeni tələblər çıxır. Partiyanın 1992-ci ildə təsdiqlənən və “Yeni Azərbaycan uğrunda!” çağırışı özündə əks etdirən Proqramı həmin dövrün reallıqlarını cavablandırırdı. Amma artıq bu gün partiya “Biz birlikdə güclüyük!” devizi ilə 2021-ci ilin dekabrında təsdiqlənən yeni Proqramda əksini tapan müddəaların uğurla həyata keçirilməsi istiqamətində mühüm addımlar atır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının həyatında biri-birindən əhəmiyyətli hadisələr baş verib. Ən əsası YAP qələbələr partiyası kimi böyük nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib. Təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nümayəndənin iştirakı ilə keçirən YAP bu gün 800 minə yaxın üzvü sıralarında birləşdirir. Yeni Nizamnamənin qəbulu, partiyanın fəaliyyətinin tənzimlənməsi üçün yeni mexanizmlərin müəyyənləşdirilməsi dövrün tələbi idi. Bu mühüm addımlar məhz VII qurultayda atıldı. YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi partiyanın idarəetmə sistemində yeni mərhələnin başlanğıcı oldu. VII qurultayın mühüm hadisələrindən biri dövlət başçısı, YAP Sədri İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin Birinci müavini təyin edilməsi oldu. Daim yeniliyə, təkmilləşməyə, Azərbaycanın yüksək səviyyədə təqdimatına xüsusi önəm verən Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas prinsipləri bu gün yeni vəzifələrin uğurlu icrasında öz sözünü deyir. Eyni zamanda, YAP Sədri, Prezident İlham Əliyevin Sərəncamı ilə partiyanın Sədr müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilən Tahir Budaqovun rəhbərliyi ilə Mərkəzi Aparat son iki ildə fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində quraraq, qarşıda dayanan vəzifələri uğurlu icra edir.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, partiyanın VII qurultayının müəyyən etdiyi əsas vəzifələrdən biri də partiyanın strukturunun yenilənməsi, yerli təşkilatların müasir çağırışlara uyğun yenidən qurulması idi. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq partiyanın yerli təşkilatları yeni prinsiplər əsasında formalaşdırıldı. Son iki ilin uğurları səmərəliliyin yüksək səviyyədə təmin olunduğunu, hər bir rayon təşkilatının qarşıya qoyulan vəzifələri müasir tələblər səviyyəsində həyata keçirdiyini nümayiş etdirir.

“Partiyanın 5 fəsildən ibarət olan yeni Proqramı bugünümüz və sabahımız üçün mövcud çağırışların məcmusudur” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ötən il 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu dövrün hesabatını təqdim etdi. Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşması, müstəqilliyinin möhkəmləndirilməsi, dünya miqyasında böyük hörmət və diqqət göstərilən ölkəyə çevrilməsi, bütün sahələri əhatə edən islahatlara, davamlı inkişafa, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunması, vətəndaş həmrəyliyinin, milli birliyin bərqərar edilməsi, ərazi bütövlüyünün təmini, işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanması, bunların fonunda Prezident-xalq birliyinin daha da möhkəmlənməsi bu illərin uğurlarının ümumiləşdirilimiş ifadəsidir. Məhz bu uğurlara söykənərək dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultayda bu inamı ifadə etdi ki, partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Zəngin ənənələri olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, yeni Proqramda əsas hədəflərdən biri Böyük Qayıdış proqramının uğurlu icrasına, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına dönüşünə dəstək olmaqdır. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ötən il partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə uğurlarımızın təhlili fonunda bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, biz Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının ölkəmizdə siyasi dialoq mühitinin daha da möhkəmləndirilməsi, siyasi partiyalar arasında birliyin, həmrəyliyin yaradılıması istiqamətində fəaliyyətini xüsusi qeyd etdi. VII qurultayda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı YAP-ın cəmiyyətdə gündən-günə artan nüfuzunun göstəricilərindəndir. YAP-ın sözlə əməl birliyi, tutduğu yola sadiqliyi, dövrün, zamanın reallıqlarına uyğun qərarları partiyanın bugününə və gələcəyinə inamı şərtləndirən əsas amillər sırasındadır. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP hədəflərə doğru inamla addımlayaraq, daim ölkəmizin dayanıqlı inkişafına, insanların sosial rifahının gücləndirilməsinə öz töhfələrini verməkdən qürur hissi keçirir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ