Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri yaxşı fürsət olacaq. Trend xəbər verir ki, bunu Bakıda Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan-Rusiya günəliyi ilə bağlı bir çox məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır.