çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Xocalı soyqırımı qurbanlarının xatirəsi Parisdə ehtiramla yad edildi - FOTO

Image


Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə səfir Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, Milli Məclisin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov çıxış edərək Ermənistanın ölkəmizə qarşı başladığı silahlı münaqişənin ən qanlı səhifəsini 31 il əvvəl Xocalı şəhərində törədilən soyqırımının təşkil etdiyini bildiriblər. Çıxışçılar bölgədə strateji məntəqə olan Xocalının ermənilər tərəfindən blokadaya alınmasından, soyuq qış gecəsində erməni silahlılarının mülki əhaliyə hücum edərək 613 qadını, uşağı və ahıl insanı vəhşicəsinə qətlə yetirməsindən danışıblar. Dinc sakinlərin girov götürüldüyü, yüzlərlə insandan bu günədək hələ də xəbər olmadığı qeyd edilib.

Səfir Leyla Abdullayeva XX əsrin faciəsi olan Xocalı soyqırımı ilə beynəlxalq və humanitar hüququn müddəalarının kobud şəkildə pozulduğunu bildirərək, dünya mediasında dərc olunan və Xocalı soyqırımında erməni vəhşiliyini aydın şəkildə əks etdirən məqalələrdən sitatlar gətirib. Bildirib ki, Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyan “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik” deməklə britaniyalı jurnalistə qanlı hadisənin təşkilatçılarından olduğunu etiraf edib. O, Xocalı soyqırımını Fransanın Oradur-sür-Qlan “şəhid qəsəbə”si ilə müqayisə edərək, bu soyqırımının bəşər tarixinin ən dəhşətli faciələrindən biri kimi yaddaşlardan heç vaxt silinməyəcəyini deyib.

Diplomat qeyd edib ki, Xocalının harayı bütün dünyada eşidilməlidir. Məhz buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına start verilib və bu kampaniya sayəsində dünyanın 17 ölkəsinin parlamenti, ABŞ-nin 30 ştatı və 2 beynəlxalq təşkilat tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınıb.

“Ümid edirəm ki, Fransanın hakimiyyət dairələri də ermənilərin mülki insanlara qarşı törətdikləri bu qətliamı tanıyacaq. Cinayətkar cəzalanmadan ədalət bərpa oluna bilməz. Biz intiqam yox, ədalət tələb edirik”, - deyə L.Abdullayeva vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistanın azərbaycanlılara qarşı soyqırımı cinayəti törətməsinin fakt və dəlillərlə sübuta yetirilməsindən danışıb. O, Xocalı soyqırımının tanınması istiqamətində atılan addımlardan, Avropa İnsan Hüquqları Məhkəməsinin Xocalının mülki əhalisinin qətliamını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər” kimi qiymətləndirməsindən söz açıb.

S.Məmmədov bu faciənin dünya miqyasında tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasının xüsusi rolundan, kampaniyanın strateji məqsədlərindən danışıb. Diqqətə çatdırıb ki, Xocalı Azərbaycan xalqının şəhidlik tarixində misilsiz bir səhifə, eyni zamanda, ümumbəşəri cinayət olaraq hər zaman təbliğ ediləcək və öyrəniləcək.

UNESCO yanında daimi nümayəndə Elman Abdullayev erməni silahlılarının Xocalıda insanları məhz azərbaycanlı olduqları üçün qətlə yetirdiklərini diqqətə çatdıraraq, nifrət və ayrı-seçkilikdən uzaq gələcək qurmağın hər kəsin mənəvi borcu olduğunu deyib. Xocalının ölkəmizin tarixində dərin izindən danışan E.Abdullayev bildirib ki, Xocalı qatilləri ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.

Azərbaycanın bütün sahələrdə dinamik inkişafına, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə layiqli töhfə verən Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı fotomateriallardan ibarət sərgisi erməni qəsbkarlarının insanlığa sığmayan qətllərini tədbir iştirakçılarına əyani olaraq çatdırıb.

Tədbir Xocalı qurbanlarının xatirəsinə həsr olunan konsert proqramı ilə davam edib. Konsertdə Əməkdar artist, tarzən Sahib Paşazadə, azərbaycanlı skripkaçı Sabina Rakçeyeva, fransız bəstəkar Pyer Tiluanın musiqi qrupu Fikrət Əmirovun, Qara Qarayevin, Xəyyam Mirzəzadə və xarici bəstəkarların əsərlərindən nümunələr səsləndiriblər.

Konsertdə fransız bəstəkar Pyer Tiluanın Xocalı soyqırımına həsr etdiyi “Xocalı 613” kompozisiyası da ifa edilib.

Anım mərasimində Fransada akkreditə olunmuş səfirlər, UNESCO yanında daimi nümayəndələr, Türkiyənin Fransadakı səfiri Ali Onaner, qardaş ölkənin UNESCO yanında daimi nümayəndəsi Gülnur Aybet, diplomatlar, yerli ictimaiyyətin, eləcə də Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ