Ermənistanın "haram bucaqlarını" iyləyən İran şiə mollalarının əməllərini görə-görə gedirik. Bu yandan da Suriya şiə hakimiyyətinin oxşar əməlləri ortaya çıxdı. Özü bütün dünyanın gözündə hörmətsiz məxluqa çevrilmiş Bəşər Əsəd Ermənistan naziri Mizoyanı qəbul edərək Laçın yolu barədə elə "həvəslə müzakirə aparıb" ki, sanki ayaqlar altında 12 ildir tapdanan ölkənin şərəfinin buna heç aidiyyatı yox imiş...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Beləsini illər öncə Bakıya niyə gətirmişdik?.. Əsədin potensial erməni dostu və potensial türk düşməni olduğunu bilmirdik?...
İndi də İraq Kürdüstanının rəhbərləri...
Bir yandan bizi yanalayırlar, o yandan da ermənilərlə yaxınlaşırlar. Sanki nə oyun oynadıqlarını bilmirik. Dünya birliyinin gözündə özlərini müstəqil ölkə kimi tanıdırlar. Həm Azərbaycana, həm də Ermənistana "lağım" atırlar. Onlar da Əsədin yolunu gedəcəklər. Ən sonda Ermənistanı xarici portnyor kimi bizdən çox üstün tutacaqlar. Bunu onlara həm amerikalı-avropalı dostları sifariş edəcək, həm də Türkiyəyə barışmaz düşmənçilik mentaliteti... Baba Bərzani ölüm üçün Amerikanı seçmədimi? Ata Bərzani Kürdüstanı Amerikanın dəstəyi ilə qurmadımı? Bu da nəvə Bərzani...
Əsədlər kimi onlardan da Azərbaycana dost olmaz...
Tahir TAĞIYEV