Qarabağa “zənbillə” düşmüş erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan barədə indiyə qədər çox bənzətmələr deyilib. Amma separatçı, oğru, mafioz Vardanyana layiq olduğu əsl qiyməti separtçıların “Müdafiə Ordusu”nun keçmiş “mətbuat katibi”, polkovnik Senor Həsrətyan verib.
Erməni mediasında gedən məlumata görə, R.Vardanyanı kəskin tənqid edən Həsrətyan Feysbuk hesabında yazıb ki, bəziləri Vardanyanı Rusiyanın əlaltısı, bəziləri ingilis casusu kimi görür, bəziləri ona pul kisəsi kimi, bəziləri də Qarabağda “cənnət yaradacaq” adam kimi baxır. Vardanyanın “tərifi”ni Həsrətyan verib və deyir bu adam fırıldaqçıdır, dələduzdur, ingilis casusudur. Əslində, onun əsl simasını bu adam ifşa edib, onun kim olduğunu erməni özü açıb. Vardanyanın dələduz, qeyri-müəyyən keyfiyyətlərə, xarakterə malik kilmliyini Həsrətyan çox dəqiq ifadə edib.
Göründüyü kimi, artıq Vardanyanın kim olduğunu, Qarabağa hansı məqsədlər üçün gəldiyini ermənilər özləri də dərk edir və onu lazımı şəkildə xarakterizə edirlər.
Əli TURABOV