çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Xocalının Meşəli kəndində qan donduran erməni vəhşiliklərini öz gözləri ilə gördü... Əməkdar müəllim Alış Alışov...

Image


Hər yerdən qan damırdı, hər yer qana bələnmişdi, torpaq da insanlar kimi qan içində can verirdi. Separatçılar heç kəsə aman vermək istəmirdi,  qanına qəltan etdiyi insanları üstəlik od vurub yandırırdı. Təkcə insanları yandırmırdılar ki, evləri, içi mal-qara, qoyun-quzu ilə dolu tövlələri, ilanyalı ot tayalarını, bir sözlə, nə vardısa hamısını yandırırdılar. Həm insanlardan, həm mal-mülkdən, həm də torpaqdan qisas alırdı düşmən.

Sıx meşəli, yaşıl ormanlı, buz bulaqlı, xəstə cana məlhəm havalı Meşəliyə divan tutan erməni separatçıları insanlığa sığmayan cinayətlər törətdilər. Təəssüf ki, hələ də nə Meşəli, nə Kərkicahan, nə Qaradağlı, nə Ballıqaya, nə də başqa kütləvi qətlimalara beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilib. Belə demək olarsa, bu barədə özümüz deyib özümüz eşitmişik. Hər il faciələrimizin ildönümlərini qeyd edəndə bu məsələlərdən danışılır, sonra isə bu mövzu növbəti ilə qədər unudulur...

Qırxqız dağlarının ətəyində yerləşən, indi viran qalan, torpağı şəhidlərin qanı ilə suvarılan, otu bitib suyu axmayan Meşəli kəndinin faciəsi çox dəhşətlidir. Meşəli 1991-ci ildə ermənilər tərəfindən yandırılıb, əhalisinin müəyyən hissəsi şəhid edilib, qalanları isə didərgin salınıb.

Meşəli faciəsi xalqımızın qan yaddaşında hər zaman qanayan bir müsibətdir ki, balanı atanın, atanı balanın gözünün qabağında öldürüblər, ailələr məhv edilib, əlinə silah alıb düşmənə qan udduran oğullar şəhid edilib, körpələr atasız-anasız, atalar-analar balasız qalıb.

  • “Düşmən hücumu nəticəsində 28 nəfər şəhidimiz oldu”

Meşəli faciəsini Xocalı rayonu Meşəli kənd sakini, Əməkdar müəllim, Tərəqqi medallı Alış Musa oğlu Alışovla birgə yada saldıq. Uzun müddət Meşəli kəndində məktəb direktoru işləyən Alış müəllim indi təqaüddədir. Meşəli hadisələri baş verən zaman və ondan sonra hadisələrin içində olan Alış Alışov o qanlı günləri ürək ağırısı ilə xatırladı. Alış müəllim deyir ki, Meşəli camaatı son damla qanına qədər erməni daşnaklarına qarşı qəhrəmanlıqla döyüşüb. “Meşəli 80 evdən və 380 nəfər əhalidən ibarət çox mənzərəli, geniş ərazisi olan dağətəyi bir kənd idi. Hadisələrin başlanğıcında Badaradan, Daşbulaqdan, Qayabaşıdan keçib Xocalıya gedib-gəlirdik. Ondan sonra isə yolumuz bağlandı. Miryusif Orucov erməni terrorunun ilk qurbanlarından biri oldu. Yolumuz tam bağlanandan sonra isə biz Qaragava, Qaragavdan  Çayqovuşana və Kosalara, ordan da Şuşaya yol çəkdik. Ora ilə işlədik. Erməni separatçıları bir dəfə məktəbimizi “Alazan”la atəşə tutdular, axşam tərəfi olduğu üçün uşaqlar məktəbdə yox idilər. Çayqovuşanda mağazaya ərzaq gətirən maşını güllələdilər. Yaralananlarımız oldu. Hadisələr davam etdi və vertolyot qəzası baş verdi. 1991-ci il dekabrın 23-də kənddəki rus hərbiçiləri çıxıb getdilər. Kənddə rus hərbiçiləri vardı, gəlib bizim ov tüfənflərimizi və s. yığıb getmişdilər. Biz də dörd tərəfdə postlar qurmuşduq. Səhərə yaxın aşağı kəndin girəcəyindəki posta erməni separatçıları hücum etdilər. O vaxt on nəfər könüllü bizə köməyə gəlmişdi, onlar evlərdə qalırdılar. Sonra məsləhət olundu ki, məktəbdə qərargah yaradılsın və könüllülər orada  qalsın. Biz özünümüdafiə bölüyü yaratmışdıq. Bizə verilən 19 avtomatın 11-i “uçebni” idi. Səhərə yaxın döyüş başladı. Erməni separatçıları kəndi üzük qaşı kimi mühasirəyə almışdılar. Bu hadisə 23 dekabr 1991-ci ildə baş verib. Döyüş səhərə yaxın başladı. Küçə-küçə, məhəllə-məhəllə döyüşlər getdi. Düşmən hücumu nəticəsində 28 nəfər şəhidimiz oldu. Məktəbli uşaqları, yaralıları Bakıdan olan çox cəsur döyüşçü Kamil məktəbin zirzəmisinə yığdı. Bəzi evlərdə də  əhali zirzəmiyə yığışmıdı. Sonra biz yavaş-yavaş meşəyə çəkildik. İbadullayev Nəbinin oğlu Əli, Mehrəliyev Mürsəlin oğlu Əli vardı, çox qəhrəman oğlanlar idilər. Yolda xəstə Hüseyni aparanda onların UAZ-ını güllələdilər və 4 nəfər elə onda şəhid oldu. Sonra Kosalardan Mehmanın dəstəsi Şükürün maşını ilə bizə köməyə gəldi. Bizim də sursatımız qurtarmışdı. Onlar gəlib bizə patron verdilər. Raminlə və Əkbərlə meşədən kəndə qayıtdıq. Meşəlini azad etdik. Amma evlərin çoxu yanırdı, tövlələr, ot tayaları da oda qalanmışdı. Çox böyük müsibətlər yaşadıq. Bunu sözlə demək çox çətindir. Erməni separatçıları heç kəsə rəhm etmədi, qarşısına çıxanı öldürdü, sonra da meyitləri yandırdılar. Biz kənddə olanda Şuşadan Oqtay kişi və oğlu Salman gəldi. Meyitləri tanınmaz hala salmışdılar, ona görə də öldürülənləri tanımaqda çətinlik çəkirdik. Ölənləri evlərin səmti ilə müəyyən edib kimin kim olduğunu bildik. Evdə bir topa döşəkağı vardı, gətirib hamısını ağa büküb adlarını yazdıq ki, bu Qənimətin, bu Bəhlulun, bu Allahverdinin və s. meyitidir. Kənddə ən güclü döyüşən Novruz (Novruzov Novruz Məhərrəm oğlu) kişi idi. Novruz kişinin evindən beş nəfər şəhid oldu - Novruzov Novruz Məhərrəm oğlu, Novruzova Adilə Məhəmməd qızı, Novruzov Allahverdi Novruz oğlu, Novruzova Rahilə Novruz qızı və Novruzova Rübabə Novru qızı. Novruz kişi son nəfəsinə qədər qəhrəmanlıqla, mərdliklə döyüşdü. Xeyli adam onun evinə yığışmışdı ki, Novruz kişi yaxşı döyüşçüdür bizi qoruyacaq. Hidayət də onun evində idi. O da gedib polis bölməsindən patron götürüb yenidən Novruz kişinin evinə qayıtdı, patronu qurtarana qədər döyüşdü, o da, Novruz kişi də şəhid oldu. Nə qocaya, nə uşağa, nə qıza, nə gəlinə aman verdi düşmən. Dörd nəfər də Qənimətin evindən şəhid oldu - Quliyev Qənimət Əbi oğlu, Quliyeva Ruba Hacı qızı, Quliyev Mətləb Qənimət oğlu, Quliyev İsmayıl Qənimət oğlu. Əvəzin evindən iki nəfər şəhid oldu. Hümbətov Bəhlul Müseyib oğlunu da separatçılar şəhid etdi. Bütün hadisələr gözümün qarşısında baş verdi, kəndçilərim şəhid edildi. Bu hadisələrdən sonra OMON ZiL maşında gəldi. Onlar da bizə kömək etdilər, yanan evləri, tövlələri, ot tayalarını söndürdük. Mal-qaranı kənddən çəkdilər. Gecə post quruldu, yaralıların yarasını sarıdılar...

Biz 40 gün Meşəli kəndini erməni separatçılarından müdafiə edib saxladıq, amma bizə kömək gəlmədiyi üçün vəziyyətimiz pis oldu”.

A.Alışov deyir ki, hadisələr zamanı kəndi müdafiə etmək üçün o zamankı hökumətdən lazımı dəstək ala bilməyiblər və onlara kömək əvəzinə imtina verilib. Ermənilərin məqsədinin kəndi işğal etmək olduğunu deyən A.Alışov vurğuladı ki, kəndi qorumaq üçün  çox adamlara müraciət edib. “Mən Ağdama Ala Yaqubun da yanına getdim. O imkan olmadığını dedi. Ondan da bizə kömək olmadı. Şuşaya Rəhim Qazıyevin də yanına getdim, dedim ki, bizə kömək verin gedək ermənilərdən qisasımızı alaq. Rəhim Qazıyev şəxsən mənə dedi ki, ora “perspektivsiz kənddir”, oranı boşaldın çıxın, camaatı qırdırmayın. O, Meşəlini “perspektivsiz” kənd adlandırdı.

Biz şəhid olanları apardıq Ağdamda, Yevlaxda, Ardaşda, Fərraşda dəfn olundular. Maşından qan damırdı. Çox dəhşətli idi. Bakıdan olan Kamil elə bir igid idi ki, ağır yaralanmışdı, məktəbi tərk etmirdi ki, gözlərimin qabağına öz balalarım gəlir, bu uşaqları qoyub getmək istəmirəm. Onu ağır yaralı halda atın belində aparanda demişdi ki, məni düşürün, can verirəm, qoyun Qarabağ torpağında ölüm. O da şəhid oldu. İnanın, hər yerdən qan damırdı. 28 nəfər şəhidimiz oldu. Şəhidlərdən biri VII sinifdə oxuyan Allahverdiyev Vidadi Müsül oğlu idi. Ən kiçik şəhidimiz Vidadi, ən yaşlı şəhidimiz isə 80  yaşlı Xudayarova Sürəyya (Siyahıda Mahmudova Sürəyya Alış qızı kimi qeyd olunub-İ.S) oldu.

Biz, dediyim kimi, əlimizdə olan çox məhdud silahla 40 gün kəndi müdafiə edə bildik, sonra bizə kömək gəlmədi. Son gülləmizə qədər döyüşüb kəndi müdafiə etdik... Şəhidlərimiz oldu. Bir nəfər girov düşənimiz oldu”.

A.Alışov qeyd etdi ki, Meşəlidə çoxlu syada alban abidələri, alban məbədləri, kurqanları olub, eyni zamanda da kəndin ucsuz-bucaqsız meyvə bağları olub.

Meşəli sakinlərinin geri qayıtmağa ümidlərinin olduğunu deyən A.Alışov bildirdi ki, 44 günlük müharibədə qazandığımız qələbə onları geri qayıdışa daha da ruhlandırıb. “Biz mütləq Meşəliyə qayıdacağıq. Buna ümidimiz çox böyükdür. Bu gün Meşəlidə yaşayan yoxdur. Dediyim kimi, kəndi tamamilə yandırıb viran qoyublar. Evlər hamısı uçuq vəziyyətdədir. Bu gün Meşəli əhalisinin sayı 600-ü ötüb. Goranboy rayonu ərazisində Meşəli qəsəbəsi slaınıb, əksəriyyətimiz orada yaşayırıq”.

A.Alışov qeyd etdi ki, Meşəli faciəsi hələ beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Əməkdar müəlim hesab edir ki, ermənilərin bizim başımıza gətirdiyi bəlalar bir-bir dünyanın diqqətinə çatdırılmalıdır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ