Fevralın 23-də Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Paşinyan Putinə deyib ki, Azərbaycan Laçın yolunu "blokadaya" salmaqla, guya Qarabağda humanitar, ekoloji və enerji “böhranı” yaradır.
Sözsüz ki, Paşinyanın iddiası kökündən yanlışdı. Orada hər hansı bir ekoloji və digər böhrandan söhbət gedə bilməz. Paşinyanın
iddia etdiyi “ekoloji böhran” nə deməkdir?
Əgər orda bizim təbii sərvətlərimizin istismar edilməsinin qarşısını almışıqsa, bu ekoloji böhrandır? Niyə Putin buna susub və Paşinyana cavab verməyib?
Humanitar böhranın, enerji böhranının mənasını anlayırıq, baxmayaraq ki, bunların heç bir yaşanmır, amma ekoloji böhranı anlamaq olmur.
Bu halda bəs Paşinyanın iddia etdiyi ekoloji böhran nə deməkdir?
“Ekoloji böhranın səbəbkarlanın, ekologiya terrorçularının, ekoloji soyqırımın memarlarının Azərbaycan əleyhinə hansısa bir fikir səsləndirməsi absurd və gülüncdür”
Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində “Əvvəla, Paşinyanın Putinlə danışığı Ermənistanın növbəti yalanları ilə xarakterizə olunur. Paşinyanın iddia etdiyi ekoloji böhranı yaradan Ermənistan, onun uzun illərdir havadarlıq etdiyi Xankəndidəki separatçılar və bir çox xarici şirkətlər olub. Eyni zamanda bu məsələdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına göz yuman, Xankəndi və ətrafına müvəqqəti olaraq yerləşmiş rus sülhməramlılarının da böyük günahı var. Bu baxımdan, Paşinyanla Putinin danışığı növbəti dəfə Ermənistanın boş yalanları ilə xarakterizə olunub. Paşinyanın söylədiyi ekoloji böhranı yaradanlar elə Ermənistan və onun havadarlarıdır. Bir çox xarici şirkətlərlə, Vartan Sirmakes kimi quldurlarla əlbir olub Azərbaycanın sərvətlərini 30 il boyunca istismar ediblər” – deyə bildirdi.
T.İsmayılov qeyd etdi ki, onlar təkcə Azərbaycanın yox, regionun ekologiyasına da ciddi zərbələr vurublar. “Belə olan təqdirdə ekoloji böhranın səbəbkarlanın, ekologiya terrorçularının, ekoloji soyqırımın memarlarının Azərbaycan əleyhinə hansısa bir fikir səsləndirməsi absurd və gülüncdür. O baxımdan, Paşinyanın Putinlə danışığına Putinin daha sərt reaksiya verməsi lazım idi, Ola bilsin, bəlkə də danışıqlar bu fonda keçib: Özəlliklə son dövrlər Ermənistandakı anti-Rusiya addımları Putini və Rusiya hakim komandasını narahat edir, deyə düşünürəm. Amma hər halda, ictimaiyyətə bu hissələrin açıqlanacağını da düşünmürəm”-deyə T.İslmayıov qeyd etdi.
İradə SARIYEVA