çərşənbə günü, 11 noyabr 2026
     

Rüstəm Usubova qarşı ifşaedici məhkəmə ifadələri - Hacının cinayətlərini öncədən bilirmiş...

Image


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan sabiq şöbə rəisi Sahib Ələkbərov Bakı Apellyasiya Məhkəməsindəki çıxışı zamanı Baş Prokurorluğun keçmiş rəhbərliyinə bir sıra ittihamlar səsləndirib.

Sahib Ələkbərov deyib ki, onunla bərabər Zakir Qaralov və Rüstəm Usubov da cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Ələkbərov Prokurorluqda ona qarşı ittihamların arxasında qisasçılıq hissinin olduğunu deyib. Əlavə edib ki, baş prokurorun birinci müavini Rüstəm Usubov vaxtilə Hacı Məmmədov cinayətlərində ondan ifadə aldığı üçün ondan qisas alır.

Sahib Ələkbərovun müstəntiq kimi Rüstəm Usubovdan aldığı ifadədə olduqca maraqlı məqamlar var.

Rüstəm Usubov 13 mart 2002-ci ildə Respublika Baş Prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin qətlə yetirilməsi ilə bağlı bildiklərini belə nəql edir: “Rəhbərlik tərəfindən həmin işin istinatıqının aparılması mənə həvalə edilmiş, Prokurorluq və əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. Həmin işin DİN-in istintaqı zamanı ortaya bir sıra fərziyələr çıxmış və həmin fərziyələrlə əlaqədar istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir. 11 avqust 2003-cü ildə Prokurorluğun rəhbərliyi məni mərkəzi aparata dəvət etmiş və bildirmişlər ki, bir qadın məxfi olaraq Rövşən Əliyevin qətli və digər hadisələrlə bağlı məlumat vermək istəyir. Dəvət olunmuş otaqda prokurorluğun digər əməkdaşları da vardı. Həmin otaqda sonradan bildiyim 1970-ci il təvəllüdlü, Bakı şəhərində «Knauf» firmasında menecer vəzifəsində işləyən, boşanmış, bir uşaq anası, Fatmayı kəndindəki bağ evlərində müvəqqəti yaşayan Nəsibova Rəna Yusif qızıdır. Rǝna Nəsibova bildirdi ki, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında DİN-in əməkdaşı Hacı Məmmədov durur. Hacı Məmmədovun bir neçə cinayətkar dəstəsi vardır. Bir cinayətkar dəstənin üzvləri digər dəstənin üzvlərini tanımırlar…”

Maraqlıdır ki, bu qədər sübut və dəlillərin olmasına baxmayaraq, nə keçmiş MTN rəhbərliyi, nə də Sabiq baş prokuror və onun tabeçiliyində  olan Rüstəm Usubov qanqsterlik edən Hacı Məmmədovla bağlı heç bir tədbir görməyib.

Buna görə həmin adamlar hüquqi  məsuliyyət daşıyırlarmı?

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307-ci maddəsində cinayət barəsində xəbər verməmə və qabaqcadan vəd etmədən cinayəti gizlətmə adlı cinayət nəzərdə tutulub:  “Həmin maddəyə görə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək, cinayət barəsində xəbər verməmə 1500 manatdan 2500 manata kimi cərimə, iki ilə qədər islah işləri, ya da iki ilə qədər müddətə azadlıqdan məhrum etməylə cəzalandırılır. Həmçinin, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə 307-ci maddənin ikinci hissəsinə görə cərimə cəzasından başqa, həm də üç ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmədə söhbət  xüsusilə adam öldürülməsindən gedir. İki ildən beş ilə kimi azadlıqdan məhrum edilməylə cəzalandırılır. Burada yalnız istisna hal ondan ibarətdir ki, həmin maddənin qeyd hissəsində qeyd olunub ki, arvadı, əri, övladları, valideynləri və qanunvericiliklə qəbul edilmiş digər yaxın qohumlar tərəfindən hazırlanmış və törədilmiş cinayətin xəbər verilməməsi cinayət məsuliyyətindən kənarda qalır. Digər hallarda şəxsin borcu həmin cinayət barədə məlumat verməkdir. Sizin dediyiniz məsələ əgər istintaqda öz təsdiqini taparsa, qəsdən adam öldürmə cinayətini bilib, gizlədən şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Bu şərhdən belə qənaətə gəlmək olur ki, adlarını qeyd etdiyimiz şəxslər Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Çünki həmin vəzifəli şəxslərin Hacı Məmmədovla heç bir qohumluq əlaqəsi olmayıb ki, məsuliyyətdən azad olunma ilə bağlı qeyd onlara şamil olunsun. Bəs onda sual olunur: Hacı Məmmədovla bağlı bir çox mətləblər əvvəlcədən bəlli olsa da, niyə onunla bağlı heç bir hüquqi addım atılmayıb? Təbiidir ki, bütün bunların cavabı istintaqın gedişində bəlli ola bilər. Təəssüf ki, hələlik belə bir istintaq aparılmır. Zamanında alınmış izahatın üzə çıxması və oradakı detallar belə bir istintaqın aparılmasını zəruri edir. Çünki zamanında Rüstəm Usubov kimilər doğru addım atsaydı Hacı Məmmədovun qarşısı alınardı və o, silsilə cinayətləri törədə bilməzdi.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ