çərşənbə günü, 11 noyabr 2026
     

YAP Xətai rayon təşkilatı 30 illik yubileyini qeyd etdi - FOTO

Image


Fevralın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı yaradılmasının  30 illiyini qeyd etdi.

Tədbir iştirakçıları öncə Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla andılar.

YAP Xətai rayon təşkilatında davam edən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Vüqar Rəhimzadə açdı. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Vüqar Rəhimzadə bildirdi ki, ötən il  ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən,  regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam oldu. Partiyanın keçdiyi 30 illik şərəfli yolun təhlili fonunda bu reallıq hər zaman qeyd edilir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. 1992-ci il noyabrın 21-də xalqın istəyi, zamanın tələbi ilə yaradılan YAP ilk gündən xalqın partiyasına çevrildi. Qısa zamanda partiyanın rayonlarda təsis konfransları keçirildi.  İlk yaradılan rayon təşkilatlarından biri də bu gün sıralarında 20 minə yaxın üzvü birləşdirən YAP Xətai rayon təşkilatıdır. Təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran ulu öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq  qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir.

 Vüqar Rəhimzadə qeyd etdi ki, son 30 ilin ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında hansı mühüm hadisələrlə yadda qaldığını sadalamaq üçün böyük zaman gərəkdir. Onların miqyası o qədər genişdir ki, bu barədə  günlərlə, aylarla danışa bilərik. Yaranma tarixi  Azərbaycanın müstəqilliyinin bərpası ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurunda öz payı vardır.  Bu dövr Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşması, müstəqilliyinin möhkəmləndirilməsi, dünya miqyasında böyük  hörmət və diqqət  göstərilən ölkəyə  çevrilməsi, bütün sahələri əhatə edən islahatlara, davamlı inkişafa, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunması, vətəndaş həmrəyliyinin, milli birliyin bərqərar edilməsi, ərazi bütövlüyünün təmini, işğalçılardan təmizlənmiş regionların dirçəldilməsi və nəhayət, Prezident-Xalq-Ordu birliyi kimi vacib məsələlərlə səciyyələnir.  Bu fikri böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda  qazanılan  nailiyyətlərin müəllifləri  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyev və dahi liderin layiqli davamçısı, son 19 ildən artıq dövrdə  Azərbaycanı ən yüksək zirvələrə yüksəldən  Prezident  İlham Əliyevdir. Ümummilli Liderin ideyaları uğurlarımızın əsası, stimulverici qüvvəsidir.

Vüqar Rəhimzadə daha sonra qeyd etdi ki, müasir müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci  müavini Mehriban xanım Əliyevanın dövlətə, xalqa xidmət nümunəsi olan fəaliyyətini  xüsusi qeyd etməliyik. Xalqımız daim bu əminliyi ifadə edir ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ulu öndər Heydər Əliyevin  şah əsəri olan müasir müstəqil Azərbaycan bundan sonra da  yeni-yeni-yeni hədəflərə doğru inamla addımlayacaq.

 Tarixi Zəfərimizin reallıqları fonunda Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında Mərkəzi Aparatın yenidən formalaşması, yeni   qərarların qəbulu, yeni Nizamnamənin və Proqramın təsdiqlənməsi partiyanın həyatında yeni səhifə açdı.   

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev  diqqəti Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərə yönəltdi. Bildirdi ki, 1990-cı illərin əvvəllərində  müstəqilliyini yenidən bərpa etmiş  Azərbaycandakı təlatümlü,  təhlükəli, gərgin ictimai-siyasi durumu o illərin şahidləri,  yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar. Bir tərəfdən ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran, digər  tərəfdən isə  torpaqlarımızın  ermənilər tərəfindən  işğalı, bir milyona yaxın soydaşımızın daimi yaşayış yerindən zorla qovulması xalqın səbir kasasını doldurmuşdu.   Belə bir mürəkkəb ictimai-siyasi şəraitdə xalqı zamanın sınaqlarından şərəflə çıxmış siyasi lider ətrafında sıx birləşdirməklə mövcud vəziyyətdən xilas etmək üçün yeni siyasi qüvvəyə ehtiyac vardı. Buna görə də Yeni Azərbaycan Partiyasının yaradılması zərurəti meydana çıxdı. Azərbaycanın 91 nəfər sayılıb-seçilən ziyalısı 1992-ci il oktyabr ayında o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə müraciət ünvanladı. Ümumilikdə xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edən həmin müraciətdə bu mühüm məqam xüsusi qeyd edilmişdi ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına  rəhbərlik  etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz. Yalnız  bu halda  yaranmaqda  olan  partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan  xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu  dolduracaq.  Ulu öndər Heydər Əliyev dövlətinə, millətinə sevgisini, hər zaman xalqının yanında olduğunu ziyalıların müraciətinə cavabı ilə ifadə etdi.  O da məlumdur ki, obyektiv səbəblərdən YAP təsis konfransını 550 nəfər təəssübkeşin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirdi və ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bütün bunları qeyd etməkdə məqsədimiz  bir daha indiki və gələcək nəsillərə  Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığını çatdırmaqdır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirməklə yanaşı, bu çağırışı da etdi ki, YAP-a xidmət etmək millətə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir.

Rafiq Quluyev Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs etdi. Vurğuladı ki, bu gün möhkəm təməl  üzərində qurulan müasir müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir. Bu gün, həmçinin dünya Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlardan bəhs edir. Şanlı Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. 

 YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  Pərvin Kərimzadə bildirdi ki, məqsədi xalqa, dövlətə  xidmət etmək olan Yeni Azərbaycan Partiyası hər günü tarixinə uğur səhifəsi kimi yazır. Dövrün, zamanın tələblərinə uyğun olaraq müəyyənləşdirilən hədəflərə doğru inamla addımlayan və onlara zamanında nail olan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən YAP-ın hər bir təşəbbüsü, qəbul etdiyi qərarlar xalqımız tərəfindən rəğbətlə qarşılanır. Partiyanın devizində edilən yeniliklər də bu nəhəng siyasi qüvvənin qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olduğunu təsdiqləyir. 2021-ci il martın 5-də tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının yeni yaradılanda devizi “Yeni Azərbaycan uğrunda!” idisə, qəbul etdiyi yeni Nizamnaməyə və Proqrama uyğun olaraq bu gün artıq “Biz birlikdə güclüyük!” şüarıdır.  Partiyanın proqramı onun fəaliyyətinin güzgüsüdür.  Sözlə əməl birliyi, tutduğu yola sadiqlik partiyanın milyonların sevgisini qazanmasında öz sözünü deyir.  1993-cü ildən başlayaraq bütün seçkilərdə YAP-a qələbə qazandıran da xalqın partiyamızın yaradıcısı ulu öndər Heydər Əliyevə  və onun bugünkü Sədri cənab İlham Əliyevə sonsuz inamı, etibarıdır.

Pərvin Kərimzadə bildirdi ki,  Heydər Əliyev ideyaları Azərbaycanın uğurlu gələcəyinin əsasıdır.  Son 19 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərə  nəzər salanda  qürur hissi keçiririk. Qısa zamanda  əldə olunan və bütün sahələri  əhatə edən uğurların fonunda qüdrəti, gücü daha aydın şəkildə nümayiş olunan Azərbaycan 2020-ci il noyabrın 10-da tarixi Zəfərə imza atdı. Dünya Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxmasının, torpaq, Vətən sevgisinin bir daha şahidinə çevrildi.

 Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizdə yaranan güclü birlikdən bəhs etdi. Qeyd etdi ki, bu birlik, eyni zamanda, müxtəlif millətlərin, xalqların birliyidir. Azərbaycan tolerant ölkədir. Ulu öndər Heydər Əliyev ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşamasını böyük sərvət kimi dəyərləndirib.  Bu, Azərbaycanın tarixi ənənələrə söykənən ən böyük uğurudur.  Yeni Azərbaycan Partiyasının 2021-ci ildə təsdiqlənən  yeni Proqramının əsas devizi də məhz  “Biz birlikdə güclüyük!”dür.  Bu birliyi, həmrəyliyi qoruyub saxlamaq və daha da möhkəmləndirmək  Proqramda  qarşımıza qoyulan ən başlıca vəzifələrdən biridir.

   Kamran Bayramov  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında xalqımızın birliyini, həmrəyliyini xüsusi qeyd etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk gündən bu çağırışı etdi ki, müstəqilliyimizi, suverenliyimizi  daimi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan vahid ideya - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb edilir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin hər bir təşəbbüsü, qəbul etdiyi qərarlar xalqımız tərəfindən dəstəklənir, Onun ətrafında sıx birləşərək gələcəyə doğru inamla addımlayır.

  Vətən Müharibəsi Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Anar Mirzəyev Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qalibiyyətindən, çoxəsrlik tarixinə Zəfər səhifəsini böyük qürur hissi ilə yazmasından bəhs etdi. Bildirdi ki, Azərbaycan Ordusu nəyə qadir olduğunu  Vətən müharibəsindən öncə,  2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin  Cünnüt əməliyyatında nümayiş etdirmişdi. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirməsi tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı. Bu Zəfərdə az da olsa payımın olmasından qürur duyuram.

 Çıxış edən akademik Vaqif Abbasov  ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının uğurlarından geniş danışdı. Diqqətə çatdırdı ki, dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində inamın növbəti ünvanını göstərərkən bu fikri məhz reallıqlara, əldə olunan uğurlara söykənərək bildirmişdi ki, mənim axıra çatdıra bilmədiyim işləri, planları cənab İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıracaq. Ümummilli Lider müstəqilliyimizin qarantı, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.

Vaqif Abbasov Azərbaycanın dayanıqlı inkişafında ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolunu xüsusi qeyd edərək ötən dövrdə imzalanan neft müqavilələrinə diqqəti yönəltdi. Bildirdi ki, bütün bunlar ölkəmizə, Heydər Əliyev siyasətinə inamın göstəricisidir.

 Xətai Rayon Ağsaqallar Şurasının sədr müavini, şəhid Rüfət Əsgərovun atası   Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid-kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov,  YAP Xətai rayon təşkilatının veteranı Kərim Ağayev, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov çıxış edərək  Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğurunda rolundan geniş bəhs etdilər. Bu fikri dönə-dönə qeyd etdilər ki, Azərbaycanı işıqlı yola çıxaran Ümummilli Liderin yaradıcısı olduğu, adını tarixə torpaqlarımızın xilaskarı kimi yazan Müzəffər Ali Baş Komandan, qalib Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən partiyanın sıralarında olmaq hər birimiz üçün böyük xoşbəxtlikdir.
 
Tədbirin sonunda YAP Xətai rayon təşkilatının  həyatında  fəal iştiraklarına görə bir qrup üzvə Fəxri fərmanlar, partiyaya yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olundu.

Müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş etdirildi və xatirə şəkli çəkdirildi.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ