çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycanın Vardanyan şərti ilə Ermənistan da razılaşdı

Image


“Fevralın 23-nə qədər Ruben Vardanyan istefa verməlidir”. Bunu Ermənistan parlamentinin  hakim “Vətəndaş müqaviləsi” fraksiyasının sədr müavini, müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan bildirib. Lakin o, Qarabağdakı separatçı rejimin “dövlət nazirinin” postunu tərk edəcəyi barədə məlumatı haradan aldığını açıqlamayıb: “İndi mən dedim ki, məndə məlumat var, amma onu haradan və necə əldə etdiyimi izah etməyəcəyəm”.  

Bununla belə, iqtidarı təmsil edən deputat Azərbaycan prezidenti İlham Əliyevin bu xüsusda tələbinin də  yerinə yetiriləcəyini, eyni zamanda Vardanyanın gedişinin elə Ermənistanda da düzgün hesab edildiyini bildirib. Xatırladaq ki, prezident İlham Əliyevin Münhendə keçirilən təhlükəsizlik konfransında verdiyi bəyanatın ardınca Qarabağın separatçı siyasətçiləri arasında “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyanın istefası məsələsi qızğın müzakirələrə səbəb olub. Həmin konfransda keçirilən müzakirə zamanı isə prezident İlham Əliyev Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlara hazır olduğunu bildirmişdi: “Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, Yerevana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir... Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq”. Məsələ ilə bağlı Qaqik Melkonyan bildirir: “Ruben Vardanyana deyin: Ruben can, hardan gəldin geri qayıt. Təbii ki, əgər Laçın yolunun bağlı qalması Rubenin orada olması ilə də bağlıdırsa, “Qarabağ hakimiyyəti” Rubenə deməlidir ki, bu “vəzifədən” getsin”. Qaqik Melkonyan hesab edir ki, Ruben Vardanyanın gedişi təkcə Laçın yolunun açılmasına kömək etməyəcək, həm də Qarabağda “hakimiyyət” parçalanması məsələsini həll edəcək: “Ruben Vardanyanın orada olması “hakimiyyətdə” fikir ayrılığına səbəb oldu. Ondan soruş: səni kim göndərib və niyə Qarabağa gəlmisən? Qarabağın “hakimiyyətini” niyə böldülər? Təbii ki, ruslar göndərib”. Hakimiyyət təmsilçisi olan deputat əmindir ki, Ruben Vardanyan rusların dediyini edib. Onun sözlərinə görə, son vaxtlar Ermənistan hakimiyyəti ilə Qarabağ arasında münasibətlərin gərginləşməsinin səbəbi də bu olub və Vardanyanın gedişi ilə Qarabağla Ermənistan arasında sıxışdırılan “paz” aradan qalxacaq.

Hakim partiyanın nümayəndəsinin sözlərinə görə, Qarabağda ikili “hakimiyyət” – Arayik Arutyunyanın “hakimiyyəti” və Ruben Vardanyanın “hakimiyyəti” yaradılıb. Lakin “Qarabağ prezidenti”nin Moskvaya səfərindən sonra vəziyyət dəyişib: “Arutyunyan Moskvaya gedib qayıdanda başa düşdü ki, nəyisə qaçırıbsa, işini bitirib, ona görə də yenidən nəzarəti ələ keçirib”. Erməni mediası yazır ki, prezident İlham Əliyevin irəli sürdüyü ilkin şərtdən sonra üç aya yaxın “dövlət naziri” işləmiş Ruben Vardanyanın işdən çıxarılması ilə bağlı müzakirələr Qarabağda yenidən qızışıb. Qarabağ müxalifətçisi Tiqran Petrosyan da daha əvvəl vardanyanla bağlı qərar qəbul edildiyini bildirib. Sonuncu iddia edib ki, Arayik Arutyunyan Qarabağın “baş prokuroru” Qurgen Nersisyana “dövlət naziri” postunu təklif edib:

“Əvvəla, Qurgen Nersisyanla görüş oldu, o mənə bildirdi ki, qərar artıq qəbul olunub və Ruben Vardanyan getməlidir. Onun necə gedəcəyi məlum deyil, amma o, gedəcəyini deyib və Arayik Arutyunyan ona “dövlət naziri” vəzifəsini təklif edib”. “Baş prokurora” “dövlət naziri” vəzifəsi təklif olunubmu və o, təklifi qəbul edibmi? “Baş Prokurorluq” bu suallara yazılı cavab verəcəyini vəd etsə də, hələ ki, cavab açıqlanmayıb. Bundan əvvəl Qarabağın “baş prokuroru” Qurgen Nersisyan “Mediahab”a müsahibəsində ona “dövlət naziri” vəzifəsinin təklif olunduğunu təsdiqləsə də, hələlik qərar verməyib.

Qarabağda müxalif  qüvvələrin təmsilçisi Metaxe Akopyan əmindir ki, Ruben Vardanyanın özü “istefa verməyəcək” və Arayik Arutyunyan onu “istefaya”göndərməli olacaq. Metaxe Akopyan  bildirib ki, Arutyunyan bu addımı atarsa, bu, Əliyevin tələbini yerinə yetirməsi demək olacaq. Akopyanın sözlərinə görə, Ruben Vardanyan Bakının Qarabağ erməniləri ilə azlıq kimi dialoq aparmasının əleyhinədir. Lakin Vardanyanın bu mövqeyini Qarabağ erməniləri arasında ciddiyə alan yoxdur. Metaxe Akopyan əmindir ki, Arayik Arutyunyan Ruben Vardanyanı “işdən çıxarsa”, bu, Qarabağ ermənilərinin qəzəbinə səbəb olacaq. Vardanyanın özü və komandasının üzvləri fevralın 23-də gözlənilən “istefası” ilə bağlı xəbərlərə hələ də reaksiya vermirlər, yeri gəlmişkən, həmin gün prezident Arayik Arutyunyan Qarabağ ermənilərinə müraciət edəcək. Bu fonda erməni ekspert Artur Osipyan qeyd edib ki, Ruben Vardanyanın “komandası” təslim olub:  “Vardanyanın “komandası”nın üzvləri hazırdırlar ki, Ruben gedir. Ruben Vardanyan gedirsə, hər şey ikinci plana keçir. Belə çıxır ki, İlham Əliyev Münhenə gəlir və Rubenin getməli olduğu şərtini qoyur, Qarabağ erməniləri də buna tabe olurlar. Heç bir böhran da olmur. Əgər İrəvan böhran olmadığına qərar veribsə, deməli böhran olmur. Vardanyanın uzaqlaşması barədə Qarabağda da müəyyən söz-söhbətlər var: “Hər kəs bilir ki, o, çantalarını yığıb”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ