çərşənbə günü, 11 noyabr 2026
     

Qarabağda separatizm tarixinə Paşinyandan təftişçi yanaşma - icmanın sərt etirazı...

Image


Qarabağda erməni separatizminin baş qaldırması nəticəsində böyük faciələr yaşandı, amma çox təəssüf ki, Ermənistan və separatçılar bundan dərs götürmək əvəzinə bu gün də qızışdırıcı mövqelərindən əl çəkmirlər. Götürək, Ermənistanın Baş naziri Nikol Paşinyanın fevralın 20-də Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı verdiyi bəyanatı.

Erməni mediasının geniş tirajdığı bəyanatda Paşinyan iddia edib ki, guya 1988-ci ilin 20 fevralında Qarabağda başlayan nümayişlər kortəbii olub. Guya bu nümayişlər Ermənistan tarixdə “milli oyanış və azadlığın simvolu kimi qalacaq”. Paşinyanın bəyanatında bir sıra məsələlər yer alıb ki, onlar sepatizmin, revanşizmin alovlanmasına imkan verir. 

Ermənistan baş nazirinin məlum bəyanatını Qərbi Azərbaycan İcması narazılıqla qarşılayıb. İcmanın mətbuatda yayılan bəyanatında qeyd edilir ki, Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyan 20 fevral 1988-ci ildə Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanat verərək, həmin aksiyanın guya kortəbii şəkildə başladığını iddia etmiş və onu insan hüquqlarına aid məsələ kimi təqdim etməyə cəhd etmişdir.

Əslində həmin nümayişlər xeyli əvvəlcədən hazırlanmış olmaqla, Azərbaycana qarşı ərazi iddiasına və azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə xidmət edən sistemli bir qəsdin tərkib hissəsi idi.

Ermənistan tərəfi bu nümayişlərdən xeyli əvvəl Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etmiş və Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı zorakılıq yolu ilə total etnik təmizləməyə başlamışdı. Ermənistan tərəfinin başlatdığı bu proseslər insan hüquqlarına və beynəlxalq hüquqa zidd olmaqla mono-etnik məkanın yaradılmasına və ərazi ekspansiyasına xidmət edir. Məhz bu irqçi və aqressiv yanaşma ilə Ermənistan öz ərazisindən azərbaycanlıları qovmuş, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini işğal etmiş və oradan da bütün azərbaycanlıları qovmuşdur.

Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olmaqla iki ölkə arasında sülh imkanlarını artırıb. Ermənistan rəhbərliyinin yaranmış bu unikal imkandan istifadə edərək, sülh üçün konkret addımlar atmaq, ələlxüsus, indiki Ermənistan ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geriyə qayıtmasına imkan yaratmaq əvəzinə ərazi iddiasını və etnik təmizləməni təcəssüm edən bədnam bir hadisənin ildönümü münasibəti ilə bəyanat verməsi təəssüf doğurur.

Azərbaycanlıların qayıdıb öz evlərində yaşamasına imkan verməyən Ermənistan hökumətinin, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni etnik mənsubiyyəti olan Azərbaycan vətəndaşlarının hüquqları məsələsi ilə spekulyasiya etməsi riyakarlıqdır.

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hələ də öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir”-deyə İcmanın bəyanatında vurğulanır.

  • “Silva Kaputikyan,  Zori Balayan kimi şovinistlər Xankəndidə başlanan haqsız etiraz mitinqlərinə rəhbərlik edir, separatçılara təlimatlar verirdilər...”

Məsələyə şərh verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, icmanın bəyanatında qeyd edilənlər faktdır. “Əvvəlcə onu deyim ki, icmanın bəyanatı çox faktları əks etdirir və burada yer alan məsələlər tamamilə doğrudur. Qərbi Azərbaycan İcmasının Paşinyan hökumətini danışıqlara çağırması tam məntiqlidir. Bir ovuc erməniyə haqsız yerə “muxtariyyət” tələb edən Ermənistan yarım milyona yaxın Azərbaycan türkünün geri qayıtması barədə heç danışmır. Halbuki, Qərbi Azərbaycana qayıtmaq onların halal haqqıdır. İcmanın etirazı da, tələbi də tam məntiqlidir və bu öz nəticəsini verməlidir.

1988-ci ilin 20 fevralında başlanan mənfur hadisələr bizim gözümüzün qarşısında baş verib, bütün prosesə şahidlik etmişəm. Proses necə “kortəbii” başlamışdı ki, həmin ilin sonlarına yaxın 300 minə yaxın azərbaycanlı öz yurdlarından deportasiya olundu? Bu açıq şəkildə onu göstərir ki, məqsədlərdən biri Azərbaycan türklərini öz tarixi torpaqlarından deportasiya etmək, qovmaq olub. Torpaqlarımızı ələ keçirmək üçün xalqımıza qarşı hər cür terror törədilib. Bir tarixçi kimi Paşinyanın dediklərini təhlil edirəm və onun birmənalı şəkildə yalan danışdığını aşkar şəkildə görürəm. Birmənalı olaraq deyirəm ki, 1988-ci ilin 20 fevralında  Xankəndidə baş verənlər qətiyyən təsadüfi deyildi, bu xüsusi hazırlanmış nümayişlər idi. Bu nümayişlər kortəbii şəkildə keçirilmirdi, konkret məqsədləri vardı ki, onu da tezliklə bildik. Ermənilər bu nümayişlərə uzun illər idi ki,  hazırlaşırdılar. Onlar Yuxarı Qarabağı Azərbaycandan ayırmaq üçün planlar qurmuşdular. Bu təxribatçı planların da əsası XX əsrin əvvəllərində “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması ilə qoyulmuşdu. Bu proses Sovetlər dövründə də davam etdirildi. Nəhayət ki, XX əsrin sonlarında düşünülmüş, planlı şəkildə hadisələr başlandı. Başlayan dövrdə də bilirsiz ki, ermənilər müxtəlif qıcıqlandırıcı hərəkətlər edirdilər. Topxana meşəsini qırdılar, azərbaycanlıları ayağa qaldırmaq, təxribatlara çəkmək üçün çox işlər görürdülər. Ona görə də Xankəndidə başlayan nümayişlər davamlı olsun deyə o ardıcıl aparılırdı. Əvvəlcə işdən tətillər, sonra isə nümayişlər başladı. Aqambekyanın çıxışından sonra bütün dünya ictimaiyyətinə elan etdilər ki, “Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir”. Bilirsiz ki, hadisələr bu məcrada başladı. Hər şey planlı və hazırlanmış şəkildə idi, proseslər idarə olunurdu. Bu gün Paşinyanın 35 il əvvəl Xankəndidə başlanan  separatizm dalğasını “kortəbii” proses kimi qələmə verməsi məntiqsizdir. Xüsusi idarə olunan bir prosesin bu cür adlandırılması gülməlidir. Bu real deyil. Paşinyanın bu hərəkəti suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Ermənistan hökuməti də, separatçılar da bilirlər ki, bir qarış da olsun torpaq mənimsəyə bilməyəcəklər, ermənilərə heç bir halda muxtariyyət verilməyəcək, onlar Azərbaycan vətəndaşları kimi yaşayacaqlar. Azərbaycan dövləti ermənilərin orada yaşamasına heç bir etiraz etmir, onlar bizim vətəndaşlarımız kimi yaşaya bilərlər”.

Q.Hacıyev hesab edir ki, Paşinyan və onun kimiləri bu gün də stəkanda fırtına yaratmaqla məşğuldurlar, qondarma blokada iddiaları ilə dünya ictimiayyətini bezdirirlər. Q.Hacıyevin fikrincə, bu gün qarabağda olan dinc ermənilər burada qalıb yaşaya bilərlər, amma separatçılar, araqarışdıranlar bizim torpaqları tərk etməlidir.

Q.Hacıyev qeyd etdi ki, hadisələr zamanı Moskvadan xüsusi təlimat alan Silva Kaputikyan, Zori Balayan kimi araqarışdırıcılar, şovinistlər hər ay Xankəndiyə gəlirdi və orada separatçı hərəkətlərə dəstək verirdilər: “Silva Kaputikyan,  Zori Balayan kimi şovinistlər Xankəndidə başlanan haqsız etiraz mitinqlərinə rəhbərlik edir, separatçılara təlimatlar verirdilər. Bu hərəkətlər onlar kimilərinin rəhbərliyi ilə həyata keçirilirdi. Bu təsirlər altında da Sumqayıt hadisələrini də planlı şəkildə təşkil etdilər. Paşinyana xatırlatmaq lazımdır ki, Xankəndidən əvvəl  1987-ci ildə Zvartnots meydanında antitürk mitinqləri başlamışdı və şüarları da belə idi:  “rədd olsun türklər”, “Ermənistan ermənilər üçündür”, “bir nəfər də türk qalmamalıdır”. Ermənilər bu şüarlarla çıxış edəndə onun əks-sədası hara gedib çıxmalı idi? 1988-ci ilin fevralından bir neçə ay sonra azərbaycanlılar bir nəfər kimi öz doğma yurdlarından, vətənlərindən qovuldular. Eyni zamanda bu təsir altında Xankəndidə bu nümayişlər təşkil edildi və bu planlı şəkildə axıra qədər aparıldı ki, 1991-ci ildə münaqişə hərbi hücumla nəticələndi, Ermənistan torpaqlarımıza hücum etdi. O zaman “Dağlıq Qarabağ Respublikası” adı altında qondarma “respublika” elan etdilər, heç bir dünya dövləti onu tanımadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə rəşadətli ordumuz tərəfindən o “respublikanın” özü də, adı da birdəfəlik darmadağın edildi”-deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ