çərşənbə günü, 11 noyabr 2026
     

İran rejiminin Urmiyə gölü ilə bağlı məkrli niyyətləri ifşa edildi

Image


İran rejiminin güneyli soydaşlarımıza qarşı ekoloji müstəvidə də terror siyasəti yürütməsi artıq getdikcə özünü daha qabarıq formada büruzə verir. Bu, yenə də Urmiyə gölünə münasibətdə özünü göstərir. Belə ki, ötən həftə Zab çayından Urmiyə gölünə su nəql etməsi üçün nəzərdə tutulan kanalın açılması yenidən naməlum səbəblərdən baş tutmayıb.

Ölkə rəsmiləri kanalın istifadəyə veriləcəyini bəyan etsələr də  bu, vəddən o tərəfə keçməyib. Rəsmilərin və Qərbi Azərbaycan valisinin sözlərinə görə, bu kanal fevralın 1-dən 11-dək açılmalı idi, lakin bu baş vermədi. Bu ilk dəfə deyil ki, sözügedən kanalın açılışı və ististamara verilməsi gecikir. Təbrizin parlamentdəki millət vəkili Ruhullah Mütəfəkkir Azad  Zab kanalının vəd edilmiş tarixdə açılmamasından sonra bildirib ki, bunlar əhalidə narazılığı artırır: “Vədlər yerinə yetirilməsə, parlamentdə layihənin məsuliyyətini götürən  şəxslərə qarşı fəaliyyətsizlik ittihamı irəli sürmək məcburiyyətində qalacağıq”. Onun sözlərinə görə, layihənin icraçı məmurları və Qərbi Azərbaycan valiliyinin rəsmiləri ona iki ay əvvəl bu kanalın açılacağını vəd ediblər. Bu yaxınlarda Qərbi Azərbaycan valisi Məhəmməd Sadiq Mötəmedian bir daha söz verib ki, kanal fevralın əvvəlində açılacaq. Lakin göründüyü kimi, yenə vədlər yerinə yetirilmir. Zab çayından Urmiyə gölünə su nəqli kanalı, İslam Respublikası rəsmilərinin bildirdiyinə görə, gölə 600 milyon kubmetr su ötürəcək mühüm layihələrdən biridir. Bir neçə dəfə açılışı ertələnən kanalın istifadəyə verilməməsi halında  gələn yayda gölün tamamilə quruması ehtimalı reallığa çevriləcək. Qeyd edək ki, Urmiyə gölünə su nəqli üçün 2015-ci ildə başladılan layihənin böyük bir hissəsinin tamamlanmasına baxmayaraq, Zab su ötürücü kanalındakı çatlar səbəbindən istifadəyə verilməyib. Texniki sahədə səhlənkarlıq ucbatından kanalda yaranan çatların təmiri üçün isə bu vaxta qədər əməli addımlar atılmayıb. Hesab edilir ki, İran rejimi bunu məqsədli şəkildə edərək, Urmiyə gölünün tam qurumasına çalışır. Bu fonda bildirilir ki, kanalın gövdəsindəki 750 metr uzunluğunda çatlar buradan su ötürülməsinə imkan vermir. Tunelin gövdəsində çatların olduğu barədə açıqlama verən şəxs isə sadəcə İranın Su və Enerji Resurslarının İnkişafı Şirkətinin baş direktoru Kərim Şeybani olub. O, ötən il iyul ayında enerji nazirinin qərbi Azərbaycana səfəri zamanı bu haqda mediaya məlumat verərək, suötürmə tunelinə vaxtından əvvəl su verilməsinin bu hadisəyə yol açdığını deyib. Bu texniki qüsur barəsində başqa bir rəsmi açıqlama verməyib.

2015-ci ilin oktyabrında kanalın qazılmasına başlanılması ilə bağlı İRNA saytında dərc olunan xəbərə görə, tunelin tikinti layihəsini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı podratçı “Xatəm Əl-Ənbiya” öz üzərinə götürüb. Elə bu səbəbdən kanaldakı qüsurlarda SEPAH-ın əlinin olması istisna edilmir. Bu tunelin gövdəsinin yüzlərlə metrində çatların olması ilə bağlı xəbər dərc edilməzdən əvvəl ölkə rəsmiləri layihənin 93%-nin tamamlandığını bildirmişdi. Hətta ötən il noyabrın 21-də Qərbi Azərbaycan valisi layihənin başa çatdığını elan edərək, iki həftə ərzində onun istifadəyə veriləcəyini vəd etmişdi. Piranşəhr şəhərində yerləşən “Kanisib” bəndindən Urmiyə gölünə illik 650 milyon kubmetrə qədər su ötürməsi nəzərdə tutulan Zab su kanalı gölün canlandırılmasında ən mühüm layihələrdən biri kimi qeyd edilib. Lakin indiyə qədər bütün vədlər boşa çıxıb. Hazırda Urmiyə gölünün vəziyyətinin çox ağır olduğu bildirilir, hətta sosial şəbəkələrdə bu gölün tam quruduğu ilə bağlı xəbərlər dərc olunur. Ətraf Mühitin Mühafizəsi Təşkilatının Su-bataqlıqların Mühafizəsi və Bərpası İdarəsi isə gölün tam quruması xəbərini təkzib edərək, göldən təxminən 1000 kvadrat kilometr ərazinin qaldığını, ancaq gölün su payı bəndlərdən təmin edilmədiyi təqdirdə tamamilə quruyacağını deyib. İranın rəsmi dövlət xəbər agentliyi olan İRNA bu yaxınlarda Urmiyə gölü ilə bağlı “Göllərin quruması litium ehtiyatlarına dəyərmi?” başlıqlı məqalə dərc edərək, İranda göllərin qurumasının onların xilası prosesində süründürməçilik və kifayət qədər diqqət verilməməsi nəticəsində baş verdiyini qeyd edib. Həmin məqalədə Urmiyə və ona bənzər digər göllərin yatağında litium kimi mineral ehtiyatların mövcudluğuna diqqət çəkilərək, Urmiyə gölü kimi göllərin canlandırılması və bərpası üçün səy göstərilməməsinin səbəbi bu litium mədənlərinin mövcudluğu ilə əlaqələndirilir. Lakin o da diqqətdən yayınmamalıdır ki, İran rejimi Cənubi Azərbaycanda Urmiyə gölü ətrafında yaşayan soydaşlarımızın buradan köçünə nail olmaq üçün sözügedən su hövzəsinin qurumasınnda maraqlı tərəf qismində çıxış edir. 1979-cu ildə göldə 33 milyard kubmetr su var idisə, hazırda bu rəqəm 1 milyard kubmetrdən də azdır. Həm də rejimin su siyasəti olduqca bərbaddır. Urmiyə Gölü Canlandırma Mərkəzinin keçmiş rəhbəri İsa Kələntəri bu yaxınlarda bildirib ki, ölkədə bütün göllər, çaylar, bataqlıqlar quruyub: “İqlim dəyişikliyi var, lakin İranın su istehlakı azalmaq əvəzinə günü-gündən artır”. O, həmçinin, yaxın 20 ildə ölkənin yeraltı su ehtiyatlarının tükənəcəyi ilə bağlı xəbərdarlıq edib.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ