çərşənbə günü, 11 noyabr 2026
     

Bakının tələbi yerinə yetirilir: Vardanyan Qarabağdan qovulur

Image


“Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin”.

Bu fikirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı prezident İlham Əliyev bildirib.

Beləliklə, Azərbaycan Ermənistanı, Qarabağda qalan erməniləri fakt qarşısında qoyub. Ruben Vardanyan Qarabağda olduğu müddət ərzində Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlar aparması mümkün deyil. Əslində, bunu ermənilər də qəbul edir. Elə bu fonda Ruben Vardanyanın tezliklə Qarabağdan qovulacağına dair məlumatlar yayılır. “Azatutyun” radiosu bildirir  ki, Ermənistanın baş naziri Nikol Paşinyan prezident İlham  Əliyevin Ruben Vardanyana ünvanlanmış ittihamlarına reaksiya verməyib, buna baxmayaraq, Qarabağda “dövlət nazirinin” istefası söhbəti yeni vüsət alıb. Qarabağ müxalifətçilərindən Tiqran Petrosyan iddia edib ki, yaxın günlərdə “Qarabağ prezidenti” Arayik Arutyunyan “dövlət naziri” Ruben Vardanyanı vəzifəsindən azad edəcək və onun yerinə “baş prokuror” Qurgen Nersisyan təyin olunacaq: “Mən düşünürəm ki, Arayik Arutyunyan doğrudan da Ruben Vardanyanı yığışdıracaq və xalq arasında böyük məyusluq olacaq”. Müxalifətçi iddia edir ki, bu məlumatı Qurgen Nersisyanla, Arayik Arutyunyanla və Ruben Vardanyanın özü ilə söhbətlərindən əldə edib: “Əvvəlcə Qurgen Nersisyanla söhbətim oldu. O mənə dedi ki, artıq qərar qəbul olunub və Ruben Vardanyan getməlidir. Onun hansı üsulla gedəcəyi məlum deyil. Amma o dedi ki, “gedəcək və Arayik Arutyunyan Nersisyana dövlət naziri vəzifəsini təklif edib”. Tiqran Petrosyanın sözlərinə görə, o, daha sonra Ruben Vardanyanla danışıb və belə başa düşüb ki, onun “istefası məsələsi kənardan sırınır”. Amma o, bu “kənarın” hara olduğuna aydınlıq gətirməyib: “Mən sonra Ruben Vardanyanla görüşdüm və belə başa düşdüm ki, kənardan Arayik Arutyunyana deyiblər ki, Ruben Vardanyan getməlidir, amma Arayik Arutyunyan özü qalmalıdır. Mən xırdalıqlara getməyəcəyəm, çünki çox şeylərdən agah deyiləm. Bilirəm ki, Ruben Vardanyan istefaya gedəcəyini, Arayik Arutyunyanın onu işdən çıxarmalı olacağını deyib”.

Bunlarla yanaşı, separatçıların rəhbərliyindən başqa bəyanatlar da səslənir. Məsələn, Arayik Arutyunyan  bu günlərdə “Facebook”da çıxış edərək, ciddi daxili ziddiyyətləri etiraf edib: “Erməni icmasının idarəetmə orqanları ictimai əhval-ruhiyyəni tam əks etdirmirlər, bəzi hallarda isə lazımi səviyyədə etimada malik deyillər ki, bu da bugünkü qeyri-müəyyənlik və daim inkişaf edən hadisələr şəraitində çox vaxt obyektiv və subyektiv narazılığa səbəb olur, daxili sarsıntılara gətirib çıxarır”. Onu da xatırladaq ki, Xankəndidəki separatçı rejimin rəhbəri fevralın 23-də sakinlərə  müraciət edəcəyini açıqlayıb. Onun müraciətinin rejimin daxilində yaşanan siyasi intriqalarla bağlı olacağı gözlənilir. Ermənistan mediası məhz fevralın 23-də Vardanyanın “dövlət naziri” vəzifəsindən çıxarılacağını yazır. Gözləniləndir ki, Arayik Arutyunyan  müraciətində bunu elan edəcək. “İravnuk” nəşri mənbələrə istinadən bildirir ki, fevralın 23-də Vardanyanla bağlı qərar veriləcək, o, “vəzifəsindən” uzaqlaşdırılacaq. Vardanyanın “vurulması”nda əsas həlledici amilin Bakının tələbi olduğuna dair fikirlər var. Ermənilər hesab edir ki, bu tələb icra edilməsə, Bakının təzyiqləri güclənə bilər. bu da Qarabağda qalan ermənilər üçün müsbət heç nə vəd etmir. Bu fonda Qarabağdakı qondarma qurumun “nümayəndəsi” Artur Arutyunyan da etiraf edir ki, Vardanyanın uzaqlaşdırılması üçün müzakirələr gedir: “Hazırda Ruben Vardanyanın istefası barədə heç nə deyə bilmərəm, lakin təbii olaraq müəyyən müzakirələr var ki, onların nəticələri yaxın günlərdə bəlli olacaq”. O qeyd edib ki, bu proseslərin əsasında hər hansı şəxsi fikir ayrılıqları və ya gərginlik axtarmağa ehtiyac yoxdur: “Vardanyan istefa versə belə, bu, Azərbaycanın tələbinin yerinə yetirilməsinin nəticəsi olmayacaq, ancaq sırf “Qarabağ hakimiyyəti”nin situasiyanın imperativindən irəli gələn qərarı ilə şərtlənəcək”. Amma əslində, bunun Bakının tələbi ilə olması artıq danılmaz həqiqətdir. Ermənistanın “Qraparak” nəşri də məsələyə eyni prizmadan yanaşır: “Qarabağda “daxili siyasi həyat” sakit deyil. Yaxın vaxtlarda “kadr dəyişiklikləri” olacaq. Ruben Vardanyanın “vəzifə”dən uzaqlaşdırılması qaçılmazdır. Rusiya tərəfi də bunu bəyənərək təklif edib ki, Qarabağ sakinləri həll yolunu özləri tapsın”. Erməni ekspert Artur Osipyan vurğulayır ki, Ruben Vardanyanın meydana çıxması Qarabağda “parçalanma”ya səbəb olub: “Qarabağda korrupsiya “rejimi”ndən xilas olmaq mümkün deyil. Korrupsioner “rejim” məsuliyyətə cəlb olunmayana qədər Qarabağda həmrəylik olmayacaq. Qarabağda məsələnin həlli oradakı “hakimiyyət”dən qurtulmaqdır, mübarizə gedir”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ