Lənkəranda ulu öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə tez-tez tədbirlər təşkil olunur. Növbəti belə tədbir Lənkəran şəhərində yerləşən N saylı hərbi hissədə keçirildi. Belə ki, hissədə “Heydər Əliyev İli” nə həsr olunmuş, 80 zabit və əsgər heyətin qatıldığı “Heydər Əliyev və Milli Ordu quruculuğu” mövzusunda konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxundu, Vətən müharibəsi zamanı canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Hərbi hissənin baş zabiti S.Sadıqov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini S.Həmidov çıxış edib ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində gördüyü işlərdən, müstəqil Azərbaycan dövlətinin inkişafında göstərdiyi xidmətlərdən, gənclər üçün yaradılmış şəraitdən danışdılar, Heydər Əliyev siyasi kursunun müasir dövrdə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla yerinə yetirməsini bildirdilər.
Daha sonra mövzuya aid video çarxlar nümayiş olundu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü