Bazar ertəsi günü, 14 sentyabr 2026
     

Molla rejimindən Çikaqoya sığınmış güneyli mübariz Əli Süleymani… - MÜSAHİBƏ

Image


“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında müsahibimiz hazırda ABŞ-ın Çikaqo şəhərində mühacir həyatı yaşayan, 21 ildir ki, Güney Azərbaycana gedə bilməyən ictimai-siyasi fəal, mübariz insan Əli Süleymanidir.

Əli Süleymani bütöv Azərbaycan sevdalısıdır. Araz çayının zümzüməsi, anaların hicran havalı bayatıları ilə böyüyüb, boya-başa çatıb. Mübarizliyi xan Arazın coşqusundan, minlərlə Azərbaycan fədaisinin mücadiləsindən, azadlığı Babəkin vəsiyyətindən canına-qanına çəkib. Yüz min zülm çəkib, nə şahın zülmündən, nə də molla rejiminin təzyiqlərindən qorxub, əksinə, bu onun müqavimətini daha da gücləndirib.

  • “Dəfələrlə həbs olunmuşam, sürgün edilmişəm, başıma min cür müsibətlər gətirilib”

Ə.Süleymani uzaq Çikaqoda yaşayır, orada sığınacaq tapıb, oradan zalıma və zülmə səsini ucaldır. Əli Süleymani ilə vatsap üzərindən əlaqə saxladıq və ondan müsahibə götürdük.

- Əli bəy, siz ABŞ-ın Çikaqo şəhərində yaşayırsınız. Amma mühacirətə gələnə qədər bəlli bir mübarizə yolunuz olub. Bir az özünüzdən danışın.

- Mənim həyat yolum hamar olmayıb, çox keşməkeşli, eniş-yoxuşlu, çox məşəqqətli və çətin olub. Azərbaycanın milli hərəkatının ilk nümayəndələri ilə tanış olmuşam, onlarla ünsiyyətim, əlaqəm olub.

- Kimləri nəzərdə tutursunuz?

- Seyid Cəfər Pişəvərinin yanında olan adamları nəzərdə tuturam. Demokrat Firqədən danışıram. Cənubi Azərbaycan Milli Hökumətinin üzvü, daxili işlər naziri olan Salamulla Cavidlə çox sıx əlaqəm vardı, evinə gedib-gəlirdim. Bizim Əli Təbrizimiz vardı. Rəhmətlik Əli Təbrizi Azərbaycanın milli hərəkatında çox önəmli şəxsiyyətlərdən biri idi.  Doktor Həmid Nitqi ilə də çox ciddi əlaqələrim vardı.

- Əlbəttə, bu şəxsiyyətlərin hər birinin Azərbaycan milli hərəkatında yeri əvəzsizdir. Siz özünüz nə zaman milli hərəkata qoşuldunuz?

- Mən lap gənc yaşlarımdan mübarizənin içində olmuşam. Dəfələrlə həbs olunmuşam, sürgün edilmişəm, başıma min cür müsibətlər gətirilib.  1977-ci ildə milli fəaliyyətimə görə həbs olundum. Türmədə olarkən çox maraqlı hadisə baş verdi. Orada İrandakı Kürdüstan Demokratik Partiyasının rəhbərləri ilə tanış oldum. Onlar Pişəvəri ilə işləmişdilər, onunla əlaqədə olan insanlar idilər. Onlarla yoldaşlıq etdim, bir süfrədə çörək kəsdim. Biz o zaman Təbriz zindanında kürd liderləri ilə birgə olduq. Onlar Pişəvəri ilə görüşmüşdülər, onunla əlaqələri olmuşdu.

Bütövlükdə, Pişəvərini tanıyan, onunla əlaqədə olan insanlar, ictimai-siyasi xadimlər, milli hərakat üzvləri ilə əlaqələrim mənim düşüncəmə çox təsir edib. Məndə həmişə milli ruh olub. Hətta şah rejimi dövründə doktor Hüseyn Məmmədzadə Sədiqlə (Hüseyn Düzgün) də çox sıx əlaqəm vardı. Təxminən 6 ay bundan əvvəl vəfat edib. Doktor Sədiqin çox gözəl kitabları vardı.  O, “Şeyx Səfiəddin Ərdəbilinin şeirləri, sözləri, öyüdləri və mənqibələri” kitabını yazıb,  Kaşğarlı Mahmudun "Divani Lüğat-it Türk" əsərini çevirib. “Divani Lüğat-it Türk" ilk dəfə İranda doktor Sədiqi çap etdirdi. Biz bu cür böyük milli şəxsiyyətlərdən, onların ideyalarından bəhrələndik.

Sonra doktor Cavad Heyət “Varlıq” jurnalını  çap etdi. “Varlıq” jurnalının yazarları ilə lap əvvəldən əlaqəm vardı. Həsən Məcidzadə ilə də əlaqəm çox yaxşı idi. Bu insanların adlarını qeyd etməyi özümə borc bilirəm. Bilmirəm, Həsən Məcidzadə rəhmətə gedib, ya qalıb, güman edirəm ki, yaşayır. İnqilabdan əvvəl bunların hamısı ilə əlaqədə olduq.

Köhnə milli hərəkatçıların çoxu rəhmətə gedib. Bunlardan sonra Azərbaycanın yeni milli hərəkatının yaranmasında, araya-ərsəyə gəlməsində rolu olan adamlarla da sıx ünsiyyətim vardı.

- Neçə ildir, mühacirətdəsiniz?

- 20 ildən çoxdur ki, Cənubi Azərbaycana gedə bimirəm. 2001-ci ildə oradan çıxmağa məcbur oldum və Bakıya gəldim. Bir neçə il Bakıda yaşadım. Bakı mənim üçün çox doğmadır. Bütövlükdə, bu tay Azərbaycan da vətənimdir.

- Bəs Bakıdan, Şimali Azərbaycandan niyə getdiniz, sizi mühacirətə nə çəkdi belə?

- Mühacirətə getməyə məcbur qaldıq. Bizə Şimali Azərbaycanda oturum vermədilər. Dedilər ki, nə qədər qalırsan qal, bizim səninlə işimiz yoxdur. Amma sənədsiz yaşamaq mümkün deyildi. İctimai-siyasi fəal olduğum üçün tez-tez məni xaricə tədbirlərə dəvət edirdilər, amma sənədim olmadığı üçün gedə bilmirdim. Hətta o vaxt Türkiyədə Novella Cəfəroğlugillə bir tədbir təşkil etmişdik, lakin sənədim olmadığından o tədbirə qatılamadım.

Bu səbəbdən də BMT-nin xətti ilə ABŞ-ın Çikaqo şəhərinə mühacirət etdim. Şimali Azərbaycana gedib-gəlirik, ora bizim doğma evimizdir. Məcbur olub 2010-cu ildə oranı tərk etdim.  

- Siz əvvəlcə şah dövründə həbs edilmişdiniz səhv etmiriksə.

- Bəli. 1979-cu ildə həbsdən çıxdım, yenə də siyasi aktivliyimi qorudum, yenə də mübarizəmi apardım. Hatəminin prezidentlik dövrünə qədər həmişə dövlət təhlükəsizlik orqanlarının nəzarətində olmuşam. Əgər kəndimizdən çıxıb şəhərlərə getmək üçün mütləq icazə almalı idim. Hatəminin hakimiyyəti dövründə biz dostlarımızla “Şəmsi Təbriz” qəzetini çıxarmışıq. Bu qəzetin idarə heyətinin üzvü olmuşam. İki-üç il bu qəzeti çıxardıq. Bir gün “Şəmsi-Təbrzi” qəzetini bağladılar, məni də həbs etdilər. Aylarla türmədə qaldım. Türmədən çıxandan sonra Babək qalasına yürüşlərdə çox aktiv oldum. Xüsusən də yürüşlərə tərtib verməkdə, tarixinin başqa tarixlə əvəz olunmağında fəaliyyətim olub. Biz dostalrımızla Babəbək qalasına yürüşün tarixini ona görə dəyişdik ki, tələbələrin imtahanları qurtarsın və orada rahat iştirak etsinlər. Bababək qalasına yürüş aksiyası ilə bağlı da dəfələrlə evimizə dövlət təhlükəsizlik orqanları hücum etdilər, evimizi bir-birinə vurdular. 2001-ci ildə molla rejimi məni növbəti dəfə həbs etdi, üç ay Ərdəbil türməsində qaldım. Sonra görüm ki, vəziyyət çox ağırdır. Hətta  motoskletlə vurub qıçımı da sındırdılar.

- Ailəniz barədə nə deyərsiniz?

- Mən 1959-cu ildə Cənubi Azərbaycanın Muğan mahalında doğulmuşam, amma qohumlarımın yarısı Şimali Azərbaycandadır. Həyat yoldaşım Zəngilan rayonundandır, zəngəzurludur. İki övladımız var.  

- Qohumlarınız ordan gəlib, yoxsa sizin babalarınız burdan gedib?

- Bizim əslimiz Qarabağdandır. Babalarımız Qarabağın Ağcabədi rayonun Avşar kəndindəndir. Əslimiz Avşar tayfasındandır. Abbas Mirzə müharibə edəndə bizim babalarımız Bəhramtəpədə yerləşib. Babam Abbas Mirzənin ordu komandanlarından biri olub. Biz fərmandeh deyirik. O zaman da hələ sərhəd yox imiş. Müharibə qurtarandan sonra babalarımız maldarlıqla, əkinçiliklə məşğul olublar. Sabirabaddan tutmuş Bəhramtəpənin üstünə qədər bizim torpaqlarımız olub. İndi də həmin yer mənim babamın və qardaşının adı ilə “Vəlixan” və “Həsənxan” adlanır. Bu da indi İran ərazisinə düşür. O zamandan da yarımız o tayda, yarımız bu tayda qalmışıq. Atamın iki bibisi Şimali Azərbaycanda qalıb, iki əmisi, iki bibisi  isə Cənubi Azərbaycanda qalıb. Bu tayda olan qohumlarımızın bir hissəsi Bakıda, o biri hissəsi isə İmişlidə yaşayır.

Bizim evimiz düz Arazın yanındadır. Araz Bəhramtəpədən qırılıb Şimali Azərbaycana ki keçir, biz düz orada məskən salmışıq. Bir tarixçə danışım. Azərbaycanın böyük mütəfəkkiri Mirzə Fətəli Axundov Tiflisə gedərkən gəlib bizim evdə qonaq qalıb. Hətta buna öz xatirələrində də işarə edib. Həmin sənədin üzünü Tiflis arxivlərindən bir nəfər mənə gətirib deyir ki, bax, sənin babanın evindən danışıb. Mirzə Fətəli Axundovun evində qonaq qaldığı Vəlixan mənim babamdır. Babam o kəndin ağsaqqalı olub, hamısı qohumlarımızdır. Kəndimizin adı Vəlixanlıdır.  

- Cənubi Azərbaycanda molla rejimi, ondan əvvəl şah rejimi nə qədər təzyiqlər göstərsələr də xalqımız heç zaman birləşmək arzusundan əl çəkməyib.

- Biz sərhəddə yaşayırdıq. Heç İran televizyasına baxmırdıq, radiosuna qulaq asmırdıq. Amma təzyiqlər olurdu, dövlət təhlükəsizlik orqanları izləyir deyə qorxumuzdan Bakı televizyasına da baxa bilmirdik. Yadıma gəlir, o vaxt Azərbaycan Kommunist Partiyasında Heydər Əliyev çıxış etmişdi, çox həyəcanlı bir çıxış idi. O zaman Heydər Əliyev demişdi ki, biz istəyirik iki Azərbaycanı birləşdirək. O zaman İran mətbuatı bundan çox qıcıqlandı və  çox böyük hay-küy saldılar. Mən qəzet alıb gətirmişdim, atamı çağırıb dedim ki, ata, gör Heydər Əliyev nə deyib. Dedi nə danışırsan? Dedim budur, qəzet yazıb ki, Heydər Əliyev “biz istəyirik ki, iki Azərbaycanı birləşdirək” deyib. Atam qəzeti götürüb otağa keçib qapını arxadan bağladı, gördüm kişi ağlayır. Neçə saat otaqdan çıxmadı. Bizim ailə həmişə bütöv Azərbaycan arzusunda olub, hər zaman bu tay Azərbaycanla nəfəs alımışıq. Çünki nəslimizin yarısı bu tayda, yarısı o tayda idi.

- Əlaqələriniz necə idi? Ünsiyyətiniz vardımı qohumlarla?

- 1975-ci ilə qədər babam o taya gedib (Şimali Azərbaycana) gəlirdi. Mənim atamın əmisini güllə ilə vurmudular, adı Əli idi. Onun adını da babam mənə qoymuşdu. Babamgil qənd, xına, sarıkök və başqa ədviyyatlardan yığıb atla o taya gedirmiş. 1975-ci ilə qədər o taya get-gəl var imiş. Ondan sonra Sovet İttifaqı sərhədi çox möhkəmləndirib…Keçmək mümkün olmadığı üçün gedə bilmədi. O tayda qohumlarımız çoxdur. Üç ay bundan qabaq Bakıda idim. Bakıdan rayondan qohumlarının evinə gedəndə hamısı deyər ki, bizə də gəl, getməyəndə də küsərlər. Qoca nənəmin qəbri  Sabirabadın Mürsəlli kəndindədir. Gedəndə gedib qəbrini ziyarət edirəm, fatihə verirəm. Təəssüf ki, indi Mürsəllidə qohumlarımızdan heç kim qalmır, ya Bakıya köçüblər, ya da İmişliyə gediblər.

Yadımdadır, hələ məktəb oxuyurdum. Dayımgilin kəndi Saatlının qarşısında idi. Yəni orada onların qışlaqları vardı. Anamgil tərəkəmə idilər. Mən o vaxt xalamgilə, dayımgilə gəlirdim. Mənim bir dayıoğlum vardı, indi 80 yaşı var. O mənə deyirdi Əli, hara gedək? Deyirdim məni hara aparırsan?  Deyirdi ki, bəlkə sərhədə gedək. Çünki o bilirdi ki, sərhəd mənim ən çox sevdiyim yerdir. O da yaz ayıarına təsadüf edirdi. Yazda camaat ot çalmağa gəlirdi. Biz də həmişə çox maraqlı bir şeir oxuyurduq:

Ulduzları saya-saya
İnsan ayaq qoyur aya.
Niyə bu taydan, o taya
Keçənmirəm səndən, Araz?

- Bunu marş kimi on dənə uşaq bir ağızdan oxuyurdu. O heç vaxt mənim yadımdan çıxmaz (kövrəlib ağlayır). Biz o cür böyüyüb, boya-başa çatmışıq. İndi də Şimali Azərbaycana gedəndə Arazın səddindən həmişə evimizə baxaram. Bu bizim taleyimizdir, o tayda bu tayın, bu tayda o tayın həsrətini çəkmişik. Vətənim kimi qəlbimiz də parçalanıb. Amma əminəm ki, gün gələcək, o tay bu taya qovuşacaq, Vətənimiz bütövləşəcək…

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ