çərşənbə günü, 11 noyabr 2026
     

Əliyevin enerji infrastruktur siyasətinin iki mühüm xassəsi... Avropanın illər sonra ehtiyac hiss edəcəyi layihənin əsasları yaradılır... - Aydın QULİYEV yazır...

Image


Mingəçevirdə Prezidentin iştirakı ilə böyük elektrik stansiyasının təməlinin atılması ölkənin enerji tarixində növbəti səhifəni açmaqla bərabər, enerji siyasətinin bəzi istiqamətlərinə və məqamlarına yenidən baxmağı da zəruri edir.

1981-cı ildə istismara verilmiş və müəyyən bərpa işləri sayəsində günümüzə qədər işləyən Mingəçevir SES-in olduğu bölgədə 1280 meqavatlıq yeni elektrik stansiyasının tikintisi tək bu arqumentlə izah edilə bilməz ki, köhnə SES çoxdan tikildiyi üçün onun səmərəlilik göstəriciləri aşağı düşüb. Bu cəhətdən daha mötəbər fikri peşəkar energetiklərə buraxaq. Sadə bir məntiqlə  yanaşsaq müstəqil Azərbaycanın tarixində belə böyük elektrik stansiyasının tikintisinin zərurət olduğu mübahisəsizdir. Bir sıra amillər də perspektiv tələbatlar baxımından yeni stansiyanın tikintisinə dolğun strateji mahiyyət verir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin enerji və nəqliyyat layihələri ilə bağlı siyasətinin komplektarlığı və qabaqlayıcı xarakteri iki mühüm xüsusiyyət olaraq ayrıca qeyd edilməlidir. Son 15 ildə həyata keçirilmiş böyük nəqliyyat və enerji layihələrinin texniki -iqtisadi göstəriciləri başqa təhlillərin mövzusudur. Lakin belə bir  məqamın üstündən heç bir halda ötəri keçmək olmaz ki ,bu layihələr tək indinin tələbləri ilə yox, həm də gələcəyin tələbləri baxımından dəyərləndirilməlidir. İlham Əliyevin Mingəçevirdə həyata keçirməyə başladığı yeni enerji layihəsinə də onun siyasəti üçün xarakterik olan komplektarlıq (tamlıq) və qabaqlayıcılıq meyarları ilə baxmaq lazımdır. Tamlıq və qabaqlayıcılıq Əliyevin enerji strategiyasının mühüm keyfiyyətləridir.

Əliyevin enerji siyasətində tamlıq dedikdə müəyyən məkanda və zamanda atılan addımların mövcud tələbatlara uyğunluğu və tam qarşılaya bilməsi nəzərdə tutulur. Son 15 ildə yaradılmış enerji infrastrukturlarının hər biri öz dövründə konkret tələbatdan doğdu, artıqlıq yaratmadı. Hələ illər öncə Bakıda və yaxın ətraf bölgələrdə qurulmağa başlanmış günəş və külək enerjisi infrastrukturları həmin bölgələrdə qiymətli təbii potensialın necə deyərlər" havaya buraxılmasının qarşısını aldı, həm də bölgənin cari enerji tələblərinin əhəmiyyətli hissəsini qarşılaya bildi. Daha konkret desək enerji infrastruktur layihələrinin heç biri lüzumsuz yerə yaradılmır, risq ehtimalı yoxdur və hər hansı vəsait itkisindən söz gedə bilməz.

Əliyevin enerji siyasətinin qabaqlayıcı xüsusiyyəti daha geniş məzmuna malikdir. Hələ 2003-cü ildən başlayaraq neft və qaz nəql kəmərlərinin təkmilləşdirilməsi, yenilərinin tikintisi və genişləndirilməsi öz zamanında kimlərdəsə suallar doğura bilərdi. Faktdır ki, böyük neft və qaz yataqlarının işlək vəziyyətə gətirilməsinə qədər kəmərlər sistemi artıq qurulmuşdu və ya qurulmaq üzrə idi. Elə buna görə, də Azərbaycanın özü enerjiyə artan daxili tələbatlar baxımından heç vaxt risqlərlə üzləşmədi, eyni zamanda bəlli geosiyasi faktorların üzündən Avropanın alternativ enerji mənbələrinə tələbatı birə-beş artanda Azərbaycan bu tələbatı qarşılamağa artıq hazır idi. Serbiyanın prezidenti Vuçiçin bizim Prezident barədə ritorik olaraq dediyi "Sizi Avropada niyə bu qədər sevirlər" və Macarıstan baş nazirinin "təəssüf ki, mən Əliyevdən hər şeyi öyrənə bilmədim" kimi sözlərinin bağlı olduğu köklərdən biri heç şübhəsiz ki budur.

Avropanın Azərbaycanın yaşıl enerjisi ilə təmin edilməsi layihəsi olan Qara dənizin dibi ilə Rumıniya və Macarıstana kabelin çəkilməsinə də bu nöqteyi-nəzərdən baxmalıyıq. Avropa bir tərəfdən neft və qaz kimi ənənəvi enerji növlərindən asılılığı minimuma, hətta sıfıra endirmək üzərində işləyir, digər tərəfdən yaşıl enerji təchizatını mümkün qədər gücləndirmək istəyir. Buyurun, Azərbaycan Avropanın neçə illər sonra hava-su kimi ehtiyac hiss edəcəyi layihənin əsaslarını yaradır. Həm də Əliyevin enerji strategiyasının  təkcə Avropanın qayğıları üzərində kökləndiyini də düşünmək səhv olardı. Hər məsələdə olduğu kimi burada da Azərbaycanın öz milli, dövlət mənafeləri prioritet təşkil edir. Çünki, əvvəla Azərbaycanın çox böyük yaşıl enerji istehsal potensialı mövcuddur, ölkəmizin günəş və küləkdən bol nəyi var ki?! Bu qədər böyük potensialdan niyə də istifadə olunmasın?! İkinci, bir halda ki, Avropanın gələcəyi yaşıl enerjidən maksimum istifadə dövrünə üz tutub və bu cəhətdən Azərbaycan üçün çox nəhəng alıcı ola bilər, o zaman yaxın perspektivin böyük qəniməti olan bu şansı niyə də əldən buraxaq?!

Nəhayət, Mingəçevirdə 1280 meqavatlıq yeni elektrik stansiyasının tikintisinə də eyni qabaqlayıcılıq prinsipindən baxmaq lazımdır. Bu stansiya təkcə qaz sərfiyatının daha da optimallaşdırılması baxımından köhnə stansiyadan fərqlənmir. Sözsüz ki, bu yöndə fərqlər böyükdür, hətta ilkin hesablamalar ildə yeni stansiyada 1 milyard kubmetr qaza qənaət ediləcəyini deməyə əsas verir. Bundan başqa, Mingəçevir SES qədər olmasa da, ondan az fərqlənən yeni generativ güc mənbəyinin yaradılması Azərbaycanın enerji təhlükəsizliyinə daha möhkəm təminat deməkdir.Vətən müharibəsində Ermənistanın Mingəçevir SES-i hədəfləmiş terror-təxribat planlarını unutmaq olmaz. Onu da əlavə edək ki, Zəngəzur dəhlizi ilə üzü Avropaya növbəti enerji nəql marşrutu fəaliyyətə başlayanda Mingəçevirdəki yeni stansiya göydəndüşmə effekti verəcək. Həm də bu perspektiv hələ yeni-yeni stansiyaların tikintisinə zərurət yaradır...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ