Kahramanmaraş mərkəzli 11 vilayətdə baş verən zəlzələ ilə bağlı televiziya və radiolarda birgə təşkil edilən "Türkiyə Tək Ürək" kampaniyasında 115 milyard 146 milyon 528 min lirə vəsait topanıb.
213 yerli və beynəlxalq televiziya kanalı və 562 radioda yayımlanan kampaniya çərçivəsində 9 milyon 10 min SMS göndərilib.
Türkiyənin hər yerindən və xaricdən çoxlu siyasətçi, iş adamı, sənətçi və idman dünyası ilə yanaşı, bir çox tanınmış simalar Kahramanmaraşda zəlzələdən zərər çəkənlərə vəsait toplamaq üçün canlı yayımda iştirak ediblər.
Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.
TAHİR